HAKİMİYYƏTİN ƏLİ İNSANOV SANCILARI BAŞLADI!!!

PAYLAŞIN

YANDAŞ MEDİA  BU SANCILARIN ŞÜVƏNİNİ ELƏ QOPARDI Kİ …  

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

Dünən, publika qarşısında, küçüklük edərək, hər fürsətdə atasını görən uşaq kimi qabağına qaçdığı  bir şəxsə, bu gün pulika qarşısında böyüklük etmək həvəsinə düşmək, ata nəsihəti vermək, ya gerizəkalılıq əlamətidi, ya da sahibinin atdığı sümük dalınca qaçan itin gününə düşməkdi. Allah ağıl, fikir versin, hidayət eləsin, şəfasını əsirgəməsin … 

Misir MƏRDANOV:

“Əli İnsanov, 73 yaşın var. Get nəvələrinlə oyna. Vaxtilə döydüyün, söydüyün adamlarla necə iş aparacaqsan? Sən camaatın nifrəti qarşısında dayana bilməzsən. Bu yaramaz əməllərindən əl çək!”

Misir Mərdanov: "Əli İnsanov, 73 yaşın var. Get nəvələrinlə oyna. Vaxtilə döydüyün, söydüyün adamlarla necə iş aparacaqsan? Sən camaatın nifrəti qarşısında dayana bilməzsən. Bu yaramaz əməllərindən əl çək!"

Posted by Azərbaycan Reallığı TV on Friday, 3 May 2019

———————————————————————————–

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

Əgər adına “siyasət” deyilən zadın sözügedən qrafasının baş paraqrafı  Rauf Arifoğlu əxlaqından, “Yeni Müsavat” zehniyyətindən və bu müstəvidə, patronun “fass” əmrinə müntəzir olanlardan ibarətdisə, o qarfanı qanmamaq nədi, heç ora yaxın düşməmək gərəkdi. Ki, çirkaba bulaşıb, ətrafa üfunət saçmayasan, cəmiyyət mədəsi bu pssliyə bulaşmışları həzm etmir daha, ürək bulandırırlar ona görə …

Elşad MƏMMƏDLİ

İnsanovun qanmadığı siyasət…

Müşahidələr, analizlər və faktlar onu deyir ki, əslində, Əli İnsanovun siyasətdən qandığı qrafa yoxdur. Onun dünən vermiş olduğu müsahibəsi isə gerçəklikdə və politoloji qiymətləndirmədə özünübitirmədir….

 

(“Yeni Müsavat” 03.05.2019)

http://musavat.com/news/insanovun-qanmadigi-siyaset_610587.html?fbclid=IwAR3BpcsNAsoc8rc14VCYK2eMeUFrRmu_rrzvNR1iKd1NkU3QnyUe9LhqrO8

Aygün MURADXANLI

İnsanov – başqa ananın oğlu

… İndi bu korrupsioner, yolu tibb müəssisəsinə düşənləri canından bezdirən, həyatdan, Vətəndən küsdürən eks-nazir, ABŞ mediasına açıqlama verib utanmaz-utanmaz “siyasi partiya yaradıb ölkədə demokratiya uğrunda mübarizə aparacağam, bu yola boynumda kəfən çıxmışam” deyir. Bircə kəfən məsələsində haqlıdır. 73 yaşlı insan gərək kəfən məsələsini bir an belə yadından çıxarmasın…

http://musavat.com/news/insanov-basqa-ananin-oglu_610620.html

(“Yeni Müsavat” 04.05.2019)

—————————————————————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

Bu gədəyə də ha deyirsən ki, oğul bala, kişi söhbətinə qarışma, bir türlü nə söz anlıyır, nə də him-cim qanır. Bunun Xaç Atası dərdi var zatən, sevməz, sevəməz, ağriyan və ağrıdan maziləri var adamın, keçmiş olsun …

Eynulla FƏTULLAYEV 

Xaç atası necə Nelson Mandela ola bilər?

“… Və ən ağrılısı odur ki, sabiq səhiyyə naziri öz cəzasını etdiklərinə görə çəkmədi. Təəssüf! Çünki İnsanov dövləti cinayətkardır, bütöv xalqa qarşı ən ağır siyasi cinayətləri törədib. İnsanov keçmişdə kim olub? Bəlkə bu canavarın cinayətlərini özünə və bütün Azərbaycan xalqına xatırlatmağa dəyər? …”

(“Virtual Azərbaycan” 03.05.2019)

https://virtualaz.org/aktual/139890

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*