HAKİMİYYƏTİN DAXİLİNDƏ BİR “ƏLİ İNSANOV İSTERİKASI” DOLAŞMAQDADIR !!!

PAYLAŞIN

“BAKININ BƏXTİNİ HƏLL EDİR ZAMAN…”!!!

Hakimiyyətin daxilində cərəyan edən “Əli İnsanov isterikası” artan xətlə davam edir və hər gün bu isterikaya qoşulan hakimiyyət təmsilçilərinin sayı artır. Bu isterikanı körükləyənlər, olub-bitənlərin sabiq nazirin xeyrinə işlədiyini də bilməmiş deyillər. Özlüyündə isterika o qədər dərininə işləyib və o qədər sarsıdıcı boyutlara varıb ki, hakimiyyətdəkilər hətta

Tolikin xidmətindən belə yararlanmağı pəsinmirlər.  YAP iqtidarının onsuz da tükənən sosial və siyasi dayaqlarını bir az da yıpradan hakimiyyət təmsilçilərinin bununla nəyə nail olmaq istədikləri və ya kimə xidmət etdikləri heç anlaşılan deyil…

Bu arada, siyasi arenanın müxalif cinahından da Əli İnsanova qarşı bəzi səslər eşidilməkdədir və bunların da belə addımlara getməsinin səbəb və məqsədləri hələlik bəlli deyil. Amma görünəni o ki, Azərbaycanın siyasi cameəsinin tamamında bir narahatlıq var və Əli İnsanovun artıq azadlıqda olmasından qafaları qarışanlar, moralı pozulanlar, eləcə də, hələ başlanmamış siyasi rəqabətə start verənlər kifayət qədərdi. Qarşıda böyük qovğalar və amansız savaşlar var demək,.. sonu nə ilə bitəcəksə artıq…

“Kimin olacaqdır son hökm, son qərar

Necə qurtaracaq bu vuruşmalar

Bakının bəxtini həll edir zaman …”

Allahdan xeyirlisi !!!!!!!!!!!!!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*