“HALIMIZ MƏMLƏKƏTİN HALIDI …” !!!

PAYLAŞIN

“ƏDALƏTİN BİTDİYİ, HAQQIN ÇARMIXA ÇƏKİLDİYİ, HÜQUQUN BURULĞANA DÜŞDÜYÜ MƏKANDIR BURASI”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“Qanunsuzluqlar burulganında.”

Hər dəfə yaşadıgım əraziyə yaxınlaşdıqda űrək agrısı keçirirəm. Əvvəllər xoş əhval-ruhiyyə yaradan yaşîllıq acımazcasına məhv edilmiş, yerində ətrafın arxitekturasına qətiyyən uymayan biri “gøydələn”, digəri onunla műqayisədə liliputa bənzəyən binalar inşa edilmişdir. Avtomobil sıxlıgından həyətə sakinlərin daxil olması belə műşkűlə çevrilib.

Nə veclərinə iqtidardakıların, hərəsinin hektarlıq ərazilərdə yerləşən villasî, ičində çərhovuzu, ekzotik agacları da meşə kimi…

Ərazidəki agaclar elə vəhşicəsinə kəsildi, bina sakinlərinin uşaqlar űčûn qurub-yaratdıqları əyləncə qurguları elə vandallıga məruz qaldî ki, őlkədə qanunları işləmədiyinə bir daha şahidlik etməli oldum…

Əvvəlcə, ərazini hasarlayıb, qarşısında təmtəraqlı lővhələr vurdular; “burada Xətai rayon İcra hakimiyəti abadlıq işləri aparacaq”mış… Nəticə gőz qarşısında, bag-bagat soyqırîma məruz qaldı, usaqların əylənməsi űčűn bir qarış ərazi saxlanılmadı, sîxlıqda ki, dəhşət sačır…

Bu azmış kimi, yaşıllıq ərazinin bir hissəsi hələ də çəpərlənmiş vəziyyətdə qalmaqdadır. Bøyűk ehtimalla nővbəti “gőydələn”in yolunu gőzləməkdədir. Iqtidarımızı maraqlandıran isə yalnız puldur, pul. Pul bűtűn qanunsuzluqlara yol açır məmləkətimizdə. İnanmırsınız?! Onda, buyurun gəlin Xətai rayonu, M.Hadi kűçəsi 23/24 ûnvanına. Ədalətin bitdiyi, haqqın çarmıxa çəkildiyi, hüququn burulgana dűşdűyű məkandır burası.

Necə demişlər; halïmız məmləkətin  halı…

Ramiz TAĞIYEV

CANP sədri

 

————————————————————————

P.S.

Gőrəsən bu őlkə, bu şəhər hansı qanunlarla idarə olunur?…

… Və űmumiyyətlə idarə olunurmu?

Fb-NİN GÜNDƏMİNDƏN

Millətim

13 sentyabr 2019

“Hələ də zűlm edib, pul qazanmaqdan çəkinmirlər.”

Yazdıgım status tikinti mafiyasını hərəkətə gətirib. Bu gűn artıq komunikasiya xətlərinin yerini dəyişməyə başlayıblar ki, ərazidə yenidən yaşıllıq soyqırımı aparıb, “gőydələn”in inşasına “start” versinlər. O qədər azgınlaşıblar ki, minlərlə insanın etirazından çəkinmirlər. Pul mafiozların insanlıq hissini itirmiş, gőzlərini qapatmışdır. Gőrmək istəmirlər ki, nővbəti “gőydələnin” inşası ərazidə məskunlaşmış minlərlə insan űçűn əsil faciəyə çevriləcək. Gőrəsən bu őlkə, bu şəhər hansı qanunlarla idarə olunur?…Və űmumiyyətlə idarə olunurmu? Haqqı sőyləyənin űstûnə elə hűcum çəkilir ki , başqalarına gőrk olsun, səsləri kəsilsin. Dűşűnűrəm ki, bu dəfə tikinti mafiyası istəyinə nail ola bilməyəcək. Məhəllə sakinlərinin əhval-ruhiyyəsi bunu sőyləməyə əsas verir. Nəzərə alınsa ki, ərazidə həm uşaq baxçası, həm də poliklinika yerləşir və tikilməsi planlaşdırılan “gőydələn” həmin műəssisələrin havasını, gűnəşini əlindən alacaq, o zaman Bakı şəhər Icra hakimiyyəti də bu məsələyə etinasız yanaşmamalıdı.

Gőrəcək gűnlərimiz varmış… Bir qrup pul hərisi minlərlə insanın taleyilə çirkin oyunlara baş vura bilərmiş.
Dogru deyirlər, őlkə qanunlarla deyil, mafiya qaydalarıyla idarə olunur.

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*