“HARAY! HARAY!! MƏN TÜRKƏM!!!” !!!

PAYLAŞIN

“KEÇMİŞİMİZ GƏLƏCƏYİMİZDİR”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Mənim haqqımda Avropadan tutmuş Rusiyaya qədər yayılmış azərbaycanlılar və Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında çox ciddi əks təbliğatın getdiyindən xəbərdaram. Məni Azərbaycanın düşməni, Azərbaycanda yaşayan talışların , ləzgilərin, saxurların düşməni kimi tanıdıb erməni, kürd kimi qələmə verdiklərini və mənim haqqımda nifrət toxumları əkdiklərini bilirəm. Hər gün təhdid olunuram, şantaj olunuram. Bilirəm ki, Türklük və Bütöv Azərbaycan davası apardığım üçün bu linc etmə kampaniyası İran tərəfindən təşkil olunur. 

İranın Azərbaycan tarixində və mədəniyyətində formalaşdırdığı Şüubiyyə izlərini silib atmağa çalışıram. Azərbaycan İran deyil, Turandır. 

Mən Azərbaycanın İrana çevrilməsinin, İran fars ənənələrinin Azərbaycan mədəniyyətinin ruhuna sızmasının qarşısını almaq mücadiləsi verirəm. Azərbaycan Turan olacaqsa İran da Turan olacaddır buna əmin olun. Fars kültürünün və ənənələrinin, ruhunun Azərbaycan kültüründən, ənənələrindən, ruhundan silinməsi üçün çox çalışmalıyıq. Bu bir zəhərdir, bizi dirçəlməyə, özümüz olmağa qoymur. Harda fars kültürünün izi varsa orda Türkün sazı, sözü qırılmışdır. Siz Şüubiyyə hərəkatını yaxşı öyrənin. Şüubiyyə islamı Şiyəliyə çevirmiş, Sasanlını bərpa etmişdir. Şüubiyyəni öyrəndikcə İran-Fars millətinin başqa millətlər, özəlliklə də türklər və ərəblərə yönəlik bir faşizm, panfarsizm olduğunu görəcəksiniz və özünüzü qorumaq istəyəcəksiniz. Türk Millətinin bütün böyük imperiyalarını, dövlətlərini, mədəniyyətini, sarayını, krallarını Şüubiyyə içdən gəmirib çökdürmüşdür. Bəli.Mən Azərbaycan mədəniyyətinin içindəki Şüubiyyənin bütün yıxıcılıq əməllərini görürəm, bilirəm və əlbəttə ki, millətimi uyarıram, qorumaq istəyirəm.

Diqqət etmişəm ki, mənim haqqımda sosial şəbəkələrdə iftira kampaniyası aparanlar hamısı İranın aşiqləri, pərəstişkarları, agentləridir. Bunların səhifələrində “Böyük İran Mədəniyyəti” nə vurğunluq aşkar görünür.

Bunlar niyə məni linc etməyə çalışır. Çünki mən deyirəm və yazıram.

1. Bütöv Azərbaycan qurulacaq və Turanın mərkəzi olacaq. Azərbaycan Turandır. 

2. Azərbaycan dili yoxdur. Türk dili var. 

3. Azərbaycanlı milləti yoxdur, Türk Milləti var.

4. Türk milləti Azərbaycanda dominant millətdi və titul millətdir.

5. Azərbaycanda yaşayan bütün xalqlar və vətəndaşlar bərabərdir və azaddır. 

6. İran mədəniyyəti Fars mədəniyyəti deyildir.

7. Farsların e.ə. VII-IX əsrlərdə İran coğrafiyasına gəlişinə qədər bu coğrafiyada Aratta,Manna,ELam, Midiya mədəniyyətlərinin 4- 5 min il yaşı olmuşdur. Farslar mədəniyyət qurucu deyil, mədəniyyət yıxıcı millətdir və saxta bir İran mədəniyyəti mifi uydurmuşlar. Fars alimi Nasir Purpirar “12 əsr sükut” əsərində yazır ki, Farslar İran coğrafiyasına hakim olduqdan sonra özlərindən əvvəlki bütün sivilizasiyaları məhv etdilər. Nasir Purpirar e.ə. VII əsrlə -b.e. VII əsri arasında qalan tarixi Orta Doğunun qaranlıq tarixi adlandırmışdır. Çünki bu dövrdə fars Əhəməni və sasanlı dövlətləri hakim olmuşdu. Nasir Purpirar Farsların Dövlət qurmağa qabil olmayan bir millət hesab edir. Mən isə onların 3 dəfə saray çevrilişi etdiklərinə diqqətinizi çəkirəm. Midiyada saray çevrilişi edərək Əhəmənilər hakimiyyətə gəlmişdir. Parfiyada saray çevrilişi edərək sasanilər hakimiyyətə gəlmişdir. Türk qacarlarda saray çevrilişi edərək Pəhləvilər hakimiyyətə gəlmişdir. Xainliklə, siyasətlə, hiylə ilə. İran Sosioloqu Əli Şəriəti “Özə dönüş” əsərində farsların Türk və Orta Doğu mədəniyyətini, İslam mədəniyyətini necə məhv etdiyini, yer üzündən silməyə çalışdığını ayrıntıları ilə təsvir etmişdir. 

8. Bu günkü İran coğrafiyası Elam-Midiya coğrafiyasıdır və Bu dövlətlərin varisləri Türklərdir. Elam və Midiya dili də Türk dili kimi aqlütinativ dildir.

9. Elam Midiya coğrafiyasında farsların cəmi 3 dövləti olmuşdur. Əhəməni,Sasanlı və indiki Pəhləvi-Şiyə Molla dövləti. İran coğrafiyasında Türk Dövlətçilik tarixinin 7 min illik bir yaşı var. M.Tağı Zehtabi “İran Türkləri” əsərində, Firudun Ağasıoğlu “9 bitik” əsərində, Vil Durant “Batıya yön verən mətnlər” əsərlərində bu barədə geniş bilgilər verməkdədir.

10. Elam Midiya coğrafiyasında qurulmuş Türk dövlətlərinin varisi Türk millətidir. Bu günkü İranda Türk Dövlətçilik tarixi bərpa olunacaqdır. İranda Türklər əhalinin çoxluğunu əksəriyyətini təşkil edir və iranın hər yerinə, bütün şəhərlərinə, kəndlərinə yayılmışdır. Bu barədə Rəcəb Albayrağın “Türklərin İranı” adlı iki cildlik kitabını oxumaq yetərlidir. 

11. Türkiyə və Böyük Azərbaycan(indiki İran) konfederativ birliyi , konfederativ dövləti qurulacaqdır. Anadolu, Transqafqaz, Türküstan ( Cənubi Türkistan( Əfqanıstan) da daxil olmaqla Uyğurustan) üçgənindən ibarət böyük Turan qurulacaqdır. 

Bu məqsədlə bu günkü İranda və Azərbaycanda Türk Milli Hərəkatı yüksəlməkdədir və o hərəkatın ən aktiv üzvlərindən də biri mənəm. Sonunacan mübarizə aparacağıq. Bu günkü İran bir Turandır. İranı Turan edəcəyik. Keçmişdə olduğu kimi. Keçmişimiz gələcəyimizdir.

Bakı Təbriz Ankara-biz hara farslar hara.

Haray Haray Mən Türkəm.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*