HARDA BİR ŞAİR ÖLSƏ … !!!

PAYLAŞIN

RUHUN ŞAD OLSUN, ƏZİZİMİZ FƏRQANƏ XANIM!

BİZ SİZİ UNUTMAYACAĞIQ!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

ÖYDƏ QAL

На изображении может находиться: 2 человека, в том числе Ramiz Qusarçaylı, люди стоят и в помещенииAxirət öyünü tərk etmə
Öydə qal, Fərqanə, öydə qal.
Daha bu yerlərə ərk etmə
Göydə qal, Fərqanə, göydə qal…

Yüz sirr var hər ölüm boyunda,
Udan yox bu fani oyunda,
…Oynadıq balanın toyunda
Toyda qal, Fərqanə, toyda qal.

Nə çoxdu qış ayı, yay ayı,
Gün günü qovacaq, ay ayı,
Sultandı bu ilin may ayı,
Mayda qal, Fərqanə, mayda qal.

Axirət öyünü tərk etmə
Göydə qal, Fərqanə, göydə qal…

На изображении может находиться: 6 человек, в том числе Ramiz Qusarçaylı, люди сидят, стол, дерево и на улице

Ruhun şad, məkanın cənnət olsun,Fərqanə!
03.05.2020

——————————————————————————

На изображении может находиться: 3 человека, в том числе Giya Paçxataşvili, люди стоят и на улицеSöz vaxtına çəkər. Bir il bundan öncə Fərqanənin ata ocağında idik…Köhnəlmiş təndirin ətrafında kövrələrək qol-boyun da olduq. Onun təndiri “çörək vermirdi” – məni isə Vətəndə vətənsizlik yandırırdı. Xeyli dərdləşdik onda. Bakıya bir maşında qayıtdıq…Ondan çox-çox qabaq “Atatürk Mərkəzi”ndə mənim “Tut ağacı” kitabımın təqdimatına gəlmişdi…Tədbirin şirin yerində “Givi, tanıdın bu mənəm?!” -deyərək, elə mənim “Bu – mənəm” şeirini əzbər deyərək gəldi məni qucaqladı və təbrik etdi. Keçən ilin payızında Fərqanəyə xəbər etmədən Sehran Allahverdi ilə onların evinə getdik. Bizi “susqun” bağlı qapı qarşıladı. Sehranı danladım da. “A kişi, bir zəng eləyərdin də – bu boyda yolu havayı gəldik”. Elə həmin axşamı Sehran На изображении может находиться: 2 человека, в том числе Giya Paçxataşvili, люди стоят, дерево, растение и на улицеFərqanəyə bunu dedi…Sonra dönə-dönə mənə də, Sehrana da dedi ki, nolar, bizə gəlin!.İş elə gətirdi ki, Xatirənin səhhətində problemlər olduğundan Fərqanə ilə görüşümüz alınmadı…

Taleyin işinə bax ki, sonra mən də ağır ürək əməliyyatı keçirtdim – bu dəfə Fərqanə mənə baş çəkə bilmədi…Beləcə səhhətimizdəki problemlər “araladı” bizləri…Bir yandan da bu başıbəlalə koronavirus evdə “dustaq etdi” bizləri – indi də bu bəd xəbər – bir şairə bacımızdan olduq.

Əzizim Fərqanə! Son vaxtlar səhhətin yaman narahat edirdi səni – qurtardın bu ağrı-acılardan. Yerin cənnətməkan olsun. Sənin şeirlərin və heç vaxt xəstəliyə təslim olmayan ruhun unutdurmayacaq nə yaradıcılığını, nə də insanlığını. Rahat yat, ey gedişi ilə bizləri göynədən bacım.

————————————————————————————

HARDA BİR ŞAİR ÖLSƏ

şeirimdən bir parça…
yenə bu gecənin səssiz qonağı şair Ferqane Mehdiyevanın xatirəsinə… ((

Tək bircə misrasından sözünü tanıyaram,

Duyğuları gözümdən qəmi silib aparar.

Hüznündən, həsrətindən özünü tanıyaram,

Harda bir şair ölsə, qəlbim tufan qoparar.

… Mən də belə dəliyəm, gör nələr düşünürəm…

Harda bir şair ölsə, mən burda üşüyürəm…

Kiminçün yazır şair, nədir onu dindirən?

Nədir təmiz ruhunu göy üzündən endirən?

…Çətindir şair ömrü, çətindir şair yolu.

Bircə gün yaşamazlar şairlər gözüdolu… –

susdurarlar, vurarlar…

sonra o şeirlərlə elə onu vuranlar

özləri gözü dolu salamına durarlar…

onu yola salarlar…

Harda bir şair ölsə… 

 —————————————————————————–

 P.S. 

Hər insan həyat nağılının xoş sonluqla bitməsini hak edir, o cümlədən şairlər.

AYB- nin üzdə, tanınmış simaları, siz bir şairi (üstəlik əməkdaşınız idi) son mənzilə yola salmaqla nağılını xoşbəxt sonlandira bilərdiniz. Uzağı 1 saat vaxt sərf edəcəkdiniz, üç cümlə də vida sözü.
O, bunu hak edirdi..

Hardasa sizdən söz açanda adınızın qarşısına “dəyərli” kəlməsini qoyurdu, amma bilmirəm siz buna dəyərsinizmi?

Ruhun şad olsun, əzizimiz Ferqane xanım!Biz sizi unutmayacağıq.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*