“HAYDI, BİR AĞLAYIB-BOZLAMA, BƏSDİR, KÜSÜB, İNİLDƏYİB, SIZLAMA, BƏSDİR”!!!

“DEMƏDİM MƏŞƏQQƏT İZTİRAB GƏTİR,

ŞEİRİM, ÜSYAN GƏTİR, İNQİLAB GƏTİR” !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

***

Başımın üstündə buludlar qara,
ünvanım vətəndir, burulsam hara,
düşsəm də tufana, burulğanlara,
demədim məşəqqət, iztirab gətir,
şeirim üsyan gətir, inqilab gətir.

Haydı, bir ağlayıb-bozlama, bəsdir,
küsüb, inildəyib, sızlama, bəsdir,
göynər yaralarım duzlama, bəsdir,
kim dedi, qəm gətir, dərd-əzab gətir.
şeirim üsyan gətir, inqilab gətir.

Qanımmı xarabdı, sözümmü xarab,
yenə buz başımı qızdırıb şərab,
gəzdiyim azadlıq çeşməsini tap,
get ara bul gətir, axtar, tap gətir,
şeirim üsyan gətir, inqilab gətir.

Gəlirəm, yola bax, aralığa çıx,
düz ayrı qəlblərə misranı sıx-sıx,
aramız hələ də yaratək açıq,
Arazı tikməyə iynə-sap gətir,
şeirim üsyan gətir, inqilab gətir.

Ərimə əlimdə təptəzə qartək,
sızlama kamantək, ağlama tartək,
çatlayıb, qanına bulanma nartək,
ürəyim, səbr elə, dərdə tab gətir,
şeirim üsyan gətir, inqilab gətir.

Keçirdi at üstə ömrünü çapar,
atalar düz demiş, axtaran tapar,
qusmağa qızıldan teştini apar,
süfrəmə düzməyə taxta qab gətir,
şeirim üsyan gətir, inqilab gətir.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*