HEYDƏR ƏLİYEVİN ÖZÜNDƏN ƏVVƏL DƏFN EDİLƏN SƏRƏNCAM(lar)I!!!

PAYLAŞIN

“SANMA Kİ, TƏK QARABAĞ BÖLGƏMİZ İŞĞAL OLUNUB,

NAXÇIVANDAN BAKIYA ÖLKƏMİZ İŞĞAL OLUNUB” !!!

———————————————————————————

Pənah Hüseyn Heydər Əliyevin sensasion sərəncamını dərc elədi-VİDEO

Elçibəy hökumətinin Baş Naziri Pənah Hüseyn özünün facebook səhifəsində Heydər Əliyevin sensasion sərəncamının mətnini yayıb. Pənah Hüseyn yazıb:

“Mən təklif edirəm ki, Milli Məclis 09 iyul 2019-cu il tarixli iclasında Heydər Əliyevin aşağıdakı sərəncamının (xüsusilə, 1-ci bəndin 2-ci abzası) nə üçün, niyə, nəyin müqabilində, kim və ya kimlər tərəfindən yerinə yetirilmədiyi məsələsini müzakirə etsin. Bu sərəncam indi də qüvvədə olduğuna görə icra edilsin.
Sərəncamı kimlər, nəyin müqabilində sabotaj edib, icra etməyib, Xəzərsahili torpaqların hasarlanması (xalqdan oğurlanması) qanununun əsil müəllifi kimdir, bu qanunun qəbul edilməsində korrupsiya faktları və s. barədə yaxın günlərdə Xural TV-nin “Siyasət meydanı” verilişində canlı evirdə müzakirə ediləcək.”

————————————————————————————————–

Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə

dair bəzi tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son vaxtlar vətəndaşların Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı müraciәtlәrindәn aydın olur ki, bir sıra yerlərdə Xəzər dənizinin (gölünün) sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilmişdir. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilmiş, dənizin içinədək hündür hasarlar çəkilmişdir. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılmışdır.

Ölkə vətəndaşlarının Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı, 50-ci və 74-cü maddələrini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırılsın ki: [1]

Xəzər dənizi (gölü) sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər:

həmin torpaqlar hüquqi və fiziki şəxslərin istifadəsindən geri alınarkən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsində göstərilmiş tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Xəzər dənizi sahillərindən istirahət və turizm məqsədləri üçün daha səmərəli istifadə olunması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi ilə birlikdə təkliflər hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Bu Sərəncamın 1-ci bəndində göstərilən icra hakimiyyəti orqanları verilən tapşırığın icrası barədə Azərbaycan Respublikasının Prezidentinə hər ay məlumat təqdim etsinlər.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2003-cü il
№ 1122

———————————————————————————————

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

13 avqust 2010-cu il tarixli 321 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 726)

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 13 avqust 2010-cu il tarixli 321 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 726) ilə 1-ci bəndində “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilmişdir.”

——————————————————————————————–

Redaksiyadan:

2003-cü ildən verilən bu sərəncam göründüyü kimi əhəmiyyətsiz bir kağız parçası kimi kənara atılmış və Xəzər dənizinin sahilləri Heydər Əliyevin sərəncamına baxmayaraq, əhalinin üzünə qapadılmışdır. Biz səlahiyyət sahiblərini işlərini icra etməyə çağırır, bu məsələnin geniş müzakirəsinin təşkil olunmasını tələb edirik. Bu günlərdə xural.com-un baş redaktoru Əvəz Zeynallının çəkdiyi və qısa müddətdə rekord sayda baxış toplayan videosüjeti diqqətinizə təqdim edirik:


Xural.com

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*