HOLLİVUDA MƏKTUB

PAYLAŞIN

“…bu ölkədə nə qədər lal, kar, kor şair var”

Yafəs TÜRKSƏS

Yafəs

Salam əziz və hörmətli Hollivud rejissorları

Sizi Azərbaycana dəvət edirəm.

Gəlin burada dünyanın ən maraqlı, ən gülməli həyat filminə baxıb yaxşı kinofilmlər çəkin.
ən xarakterik hadisə və məqamları sizə göstərəcəyəm.

Sizə göstərəcəyəm on il susan senatorları

Hollivud

Ağzına su alan müğənni, aktyor, şair, təlxək, şahmatçı, yazıçı, aşıq senatorları.

Sizə başa salacağam
Spikerin “alma” deyəndə leyhinə, “armud” deyəndə əleyhinə düymə basdıqlarının səbəbini.

Gəlsəniz görəcəksiniz necə rüşvət alır, dayə körpədən,
komandir əsgərdən, müəllim şagirddən, polis dilənçidən, həkim əlildən, professor tələbədən.
Ən maraqlı işlərin şahidi olacaqsınız;
Rejissorlar film çəkməyə on il növbə gözləyir.
Yazıçılar çap elədiyi kitabı evə aparır.
Aktyorlar işsiz ola-ola necə yaşayır,
Dayələr on dollara, müəllimlər 20 dollara işləyib necə fərəhlə yaşayır.
Qəribə şairlər görəcəksiniz

Görəcəksiniz ki, Vaqif Bayatlı qağayılarla danışır bütün günü.
Ramiz Rövşən on beş il susa-susa necə kitablar çıxardır.
Səməd Qaraçop uşaqları məktəb yaşında ölməyə çağırır.
Adil Mirseyid heç vaxt görmədiyi Parisdən yazır.
Abbas Abdulla saqqal qoyub, osmanlıca danışır.
Çingiz Abdullayev yazarlar birliyinin kompüterlərini necə öz kabinetində gizləyir.
Musa Urud parlamentdə şairliyini necə gizləyir.
Zəlimxan Yaqub əldəqayırma elektirk qatarlarına şerlər qoşur.

Gəlsəniz görərsiniz bu ölkədə nə qədər lal, kar, kor şair var.
Zavodlar maketə, adamlar robota oxşayır,
Sözü saxta sikkə kimi bir-birinə ötürür adamlar,
Rüşvət salam vermək kimidir.
Yaltaqlıq ədəb kimidir.
Sürücülərə yalançı vəsiqələr verilir.
Avtobusa qabaqdan minib, arxadan düşürlər.
Evlərdə qızdırıcıları söküb atırlar.
Bütün pasportlar rüşvətə verilir.
Bütün məmurlar rüşvət alıb-verməyi bacaranlardı.
Ən maraqlı hadisələr sözlə deyiləsi deyil,

Hollivud-1

Gələndə bircə-bircə göstərəcəyəm.

Yolunuzu gözləyirəm.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*