İFLASA UĞRAYAN PAMBIQ SİYASƏTİ !!!

VƏ UNUDULAN, UNUTDURULAN “AĞ QIZIL” NAĞILI!!!

Oysa, bu siyasətin başından bəri iflasa məhkum olduğunu, ölkənin kolxoz dönəmlərinə qaytarılmağa cəhd edildiyi, pambıqçılığın ölkə iqtisadiyyatının prioritet sahəsi kimi hay-küylü təbliğatının getdiyi zamanlarda, prosesin lap əvvəlindən söyləmişdim. Bu gün Mark xatırlatdı, mən də hesab elədim ki, bu yazını yenidən çəmiyyətin diqqətinə, ictimai rəyin müzakirəsinə təqdim edim.   

Fb-NİN GÜNDƏMİNDƏN

SÜRÜNMƏK ÜÇÜN YARANANLAR UÇA BİLMƏZLƏR !!!

Qara qızılın havasına uçan millətin ümidlərini göylərin ənginliklərindən kəllə-mayallaq yerə buraxıb param-parça edənlər, indi də milləti ağ qızıl havasına oynadıb-oynadıb uçurtmaq istəyirlər. Amma bu ağ qızıl deyilən nəsnənin də nəmənə olduğunu bu millət görüb axı. O vaxtlar Vəzirov Moskvanın göstərişinnən Azərbaycandakı ağ qızıl nağıllarını özünün əkdiyi qoz ağacının altında, “Çox çəkməz mənim qozlarımı yeyərsiniz” şüarı ilə dəfn elədi. İndi də “hərəyə bir fındıq ağacı əkək” şüarı ilə həmin nağıllara can vermək, ağ qızıl nağıllarının personajlarını təzədən gündəmə gətirib qəhrəman düzəltmək istəyirlər. Hələ aradabir “badam və zeytun əkək” şüarları da səslənir. Bütün bunlar da “ölməyin qoyunlarım ölməyin, illər ötər fındıq, badam yeyib şellənərsiniz” kimi təzə nağıllar dünyası yaradır…

Barı ölkə boyu yonca əksəydilər də, onsuz da yaza birtəhər çıxacaq qoyunlar doyunca yeyib cana gəlsəydi. Çünki bu millətdə o qədər fındıq və badamın yetişəcəyi illəri gözləyəcək can yoxdu. O da hardan çıxdı ki, hələ dünyanın düz vaxtında qoz, badam, zeytun kimi delikates yeməkləri bayramdan bayrama görən millət, bundan sonra qoz, fındıq, badam yeyəcək? O vaxtlarda belə, bayramda da bu şeyləri hamı görməz, hamı yeməzdi, bir çox evlərdə isə sadəcə bəzək kimi stola qoyulmaq üçün idi bu nəsnələr…

Demək istədiyim o ki, bəlkə bu nağıllara inanmaq istəyən kimsə var, amma vallahi də, billahi də, allahı sevərsiniz, gedin yonca əkin, yoxsa bu qoyunlar yaza çıxsa da, yazdan o tərəfə gedəsi deyil. Bəs sizin o qoz, fındıqları kim yeyəcək? Qoz fındıq ləpələri qoynunda (plantasiyalarda işləyəcək adamları deyirəm) kim üzəcək?

Nə isə, onsuz da bizim dediklərimizə bu məmləkətdə nə qulaq asan var, nə də qoz qoyan. Olsun, amma məndən söyləməsi ki, bu qış çətin olacaq. yaza çıxa biləsi qoyunlar amanatı. Fındıq, badam sevdalıları isə yaşamağa davam eliyə biləllər.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*