“İLAHİ, BU MİLLƏTİ YOX OLMAQDAN HİFZ ELƏ” !!!

PAYLAŞIN

“BORÇALI” BƏYAN EDİR:

zəlimxan məmmədliyunus oğuz-1

“BU, MİLLƏTİMİZİN BİRLİK VƏ BƏRABƏRLİYİNƏ TƏHDİDDİR, TƏXRİBATDIR!!!

Zəlimxan MƏMMƏDLİ: ““Gürcüstan azərbaycanlıları niyə susdu” başlıqlı yazı təxribatdır”

Yunuz OĞUZ: “O yazını mən yazmışam, yaxşı etmişəm və bundan sonra da kefim necə istər, elə də yazacam” 


Rüstəm BehrudiŞaman  kimi  sözlərdən
Mən tale toxuyuram,
Ürəyimdə sək-səkə,
Ruhumda bir zəlzələ.
RÜSTƏM-6Hər gecə göy üzünə
mən dua oxuyuram;

–  İlahi,  bu  milləti yox olmaqdan  hifz elə.

Rüstəm BEHRUDİ


“Borçalı”İctimai Cəmiyyətinin bəyanatı

Təbriz-Şəhid
DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU… RUHU ŞAD OLSUN!

“Olaylar.az” saytı Gürcüstan türklərinin heysiyyatına toxunan, eyni zamanda Azərbaycanın mənəvi birliyinə xələl gətirən yazı dərc edib. Guya həm Gürcüstanda, həm də Azərbaycanda yaşayan soydaşlarımız vətən müharibəsinə biganə qalıblar. Bu cəfəngiyyatın müəllfi isə saytın rəhbəri Yunus Oğuzdur. Telefon açaraq bu bölücü, təxribat xarakterli yazınının obyektiv gerçəkliyi əks etdirmədiyini və səhifədən götürülməsini tələb etdim. Onun sərxoş olduğunu hiss etdim və danışıq tonunda “bu yazını mən yazmışam, yaxşı etmişəm və bundan sonra da kefim necə istər, elə də yazacam” – söylədi. Ən sonda təhqir etməkdən belə çəkinmədi. Bildirirəm ki, həm soydaşlarımız, gürcü dostlarımız və “Borçalı” Cəmiyyəti soydaşlarımızın maraqlarını ifadə edən təşkilat olaraq müharibənin ilk günüdən kifayət qədər dövlətçi mövqe sərgilədilər. Bu müharibədə Borçalıdan şəhidlər də verilmişdir. Ruhları şad olsun. Hesab edirəm ki, bu gün birlik və bərabərliyimizin mütləq tələb olunduğu bir zamanda “Olaylar.az” saytında dərc olunan “Gürcüstan azərbaycanlıları niyə susdu” başlıqlı yazı təxribatdır, vəhtədimizi təhdid məqsədi ilə verilmişdir və obyektiv gerçəkliyi əks etdirmir. 

“Borçalı” Cəmiyyəti adından “Olaylar.az” saytının rəhbərliyindən tələb edirəm ki, millətimizin birlik və bırabərliyini təhdid edən təxribat xaraktrli yazını dərhal saytdan yığışdırsın və müəllifsiz yazının sahibini müəyyənləşdirib izahat versin. Eyni zamanda Dövlət başçısına, Prezident İlham Əliyevə, “Olaylar.az” saytını himayə edənlərə, hüquq mühafizə orqanlarına, millət vəkili, Mətbuat Şurasını sədri Əflatun Amaşova müraciət edirəm. Bu təxtibat birbaşa dövlətçiliyimizə qarşı yönəlmişdir və baş redaktorun məsuliyyətə cəlb olunmasını və bu cür destruktiv halların birdəfəlik aradan qaldırılması üçün zəruri addımlar atılmasını xahiş edirik. 

Borçalının pilot şəhidi
Bu gün torpağa tapşırılan qəhrəman pilotumuz Təbriz Musazadə ulu Borçalının (Dmanisi rayonu) Yaqublu kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə canından keçmiş sayca üçüncü şəhididir. Harada, hansı bölgədə yaşamasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş hər bir Vətən övladı fəxrimizdir, başımızın tacıdır.

 

 

 

                                             Sədr Zəlimxan MƏMMƏDLİ

                                                                       10.04.2016




ÇAĞDAŞ POEZİYAMIZDAN ZAMANA AYNA TUTAN NÜMUNƏLƏR

ALƏMZƏRAləmzər SADIQQIZI

YOLUNDA CANIMDAN KEÇƏCƏK QƏDƏR 

Elə yorulmuşam, elə bitmişəm,
İçimdə alışıb sönəcək qədər…
Özüm öz könlümdə elə itmişəm,
Küsüb bu dünyadan köçəcək qədər…
Ey şəhid ölkəmin şəhid balası!
Ay Şəhid atası, şəhid anası!
Qarşında deməyə söz də tapmıram…
Ölüb xəcalətdən bitəcək qədər!
Daha unutmuşam hardasa qan var…
Ağlayan körpə var, ağrıyan can var…
Neçə ki,OVLAR var…neçə ki, yan var…
Öz dərdim özümə yetəcək qədər!
Baxmadım yüz llik gözüm yaşına..
Gözümdən düşəni qoydum qaşıma…
Ağlım indi-indi gəlir başıma…
Dostu düşmənimdən seçəcək qədər.
Bətnimdə oğlumu doğrayanları…
Sonra kirvə etdik balayanları!
Cana can gətirdik can alanları…
Hələ çəkəcəyik çəkəcək qədər!!!
O bunu, bu onu güdaza verdi…
Düşmən murad üstdən murada erdi…
Bilmədim nə oyun, nə dərd, nə sərdi…
Düşməni güldürdük güləcək qədər!
Həsrət tüstüsündə yanıb tütənim…
Gözümün içində gözdən itənim!
Mən səni sevirəm gözəl VƏTƏNİM!
Yolunda canımdan keçəcək qədər!!!
Aləməm sığındım yenə qoynuna…
Aç torpaq sinəni bas öz bağrına!
Qaldır qollarını dola boynuma…
Ölüm qollarında öləcək qədər!

11.4.2016.

Şəhid Elnur Əliyev

2 Comments

  1. dunyada en demokratik dovlet bizik deyin gorum bizde olan ermeni dovlet memurlari hansi dovletde var hec amerikada yoxdur kim dese bizde demakratiya yoxdur inanmayin Demakratik rejim nedir de-iki makr-mekr-wer iki wer quvve iqtidar- muxalifet=rejimin iki wer quvvesinin birlewmesinden emele gelen rejime Demakratiya deyilir

  2. Yaxshi beyantdir.Chox hayif ki ünvan sehv salinib.,,…..Eyni zamanda Dövlət başçısına, Prezident İlham Əliyevə, “Olaylar.az” saytını himayə edənlərə, hüquq mühafizə orqanlarına, millət vəkili, Mətbuat Şurasını sədri Əflatun Amaşova müraciət edirəm… ” Bu təxtibat bir basha ilham ailiyevin ,ya da ramiz mehdiyevin tapshirigi ile edilib,edilir ve edilecek, o adamin serxosh olmasinin da sebebi ele aflatun amashovdan emr almasidr. derdini unutmaq üchün ichib. ne etsin, yaziq qalib sechim qarshisnda ,ya bölücülük,texribat ,ya da ki ish yerini itirmek .

Leave a Reply

Your email address will not be published.


*