İLHAM ƏLİYEV, DƏRHAL MÜDAFİƏ NAZİRİNİZƏ ƏMR VERİN:

“ZAKİR HƏSƏNOV, DÖYÜŞÇÜNÜN YANINA QAÇARAQ MARŞ” !!!

 

HƏRBİ PARADA SÖZARDI VƏ YA APREL DÖYÜŞÇÜSÜ:

“MƏNİ DƏNİZƏ ATIN, ÖLÜM DEYİR” !!!

CƏNAB ALİ BAŞ KOMANDAN, CƏNAB ZAKİR HƏSƏNOV, DÖVLƏT ƏRKANINDA YER ALAN DİGƏR SORUMLU CƏNABLAR!

ADAM DÖYÜŞDƏ OLUB, BİLDİK, VƏTƏN ÜÇÜN SAĞLAMLIĞNI QURBAN VERİB, ONU DA BİLDİK, İLLƏRLƏ YATAQDA QALA DA BİLƏR, BURASI DA AYDINDI, BƏS ONUN QAYĞISINA ADAM BALASI KİMİ QALMAĞA, NORMAL MÜALİCƏSİNİ, AİLƏSİNİNİN VƏ ÖZÜNÜN NORMAL YAŞAYIŞINI TƏMİN ETMƏYƏ, ADAMIN CANINI KİRAYƏLƏRDƏN VƏ QOHUM-ƏQRABANIN, QONUM-QONŞUNUN SÖZ-SOVUNDAN QURTARMAĞA NƏ DEYİRSİNİZ???!!!

BU ARADA NƏSƏ DEMƏYƏ SÖZ TAPA BİLMİRƏM, ÖZÜNÜZ BAXIN BU ŞƏKLƏ VƏ ALLAHDAN QORXUN, QULDAN UTANIN BƏ, ADAMLAR, YETƏR TRİBUNALARDAN PAFOS RİTORİKASI SƏSLƏNDİRMƏK, SİZİN DƏ BALALARINIZ, AİLƏNİZ VAR. BİRCƏ ANLIQ DA OLSA ÖZÜNÜZÜ BU DÖYÜŞÇÜNÜN, AİLƏNİZİ VƏ UŞAQLARINIZI DA ONUN AİLƏSİNİN VƏ BALALARININ YERİNDƏ HİSS ETMƏYƏ ÇALIŞIN. İNSANLIQDAN BU QƏDƏR UZAQ DÜŞƏN SİZLƏRƏ, BƏLKƏ DƏ DAHA QULLARIN GÜCÜ YETMƏZ, AMMA ALLAHIN GÜCÜNÜN VƏ QÜDRƏTİNİN SONSUZ OLDUĞUNU VƏ BİR HESAB GÜNÜNÜN MÜTLƏQ GƏLƏCƏYİNİ UNUTMAYIN…

SİZ DƏ BU ŞƏKİLƏ BAXIB ÖZ HESABINIZI GÖTÜRÜN, ÖZ DƏRSİNİZİ ALIN, ÖVLADI ƏSGƏR OLAN ANALAR VƏ ATALAR, ƏRİ DÖYÜŞÇÜ OLAN, AZYAŞLI ÖVLAD SAHİBİ OLAN GƏLİNLƏR, SEVDİYİ ƏR OĞULLAR ƏSGƏRDƏ OLAN QIZLAR, QARDAŞLARI VƏTƏN SINIRLARINDA XİDMƏT KEÇƏN BACILAR, HANSI BİRİNİZ BU MƏNZƏRƏ İLƏ ÜZLƏŞMƏYƏ HAZIRSINIZ???!!!

HƏ, BİR DƏ BU DÖYÜŞÇÜNÜN SÖN ÜMİD YERİ BİLƏRƏK ÜZ TUTDUĞU MEHRİBAN XANIM, SİZ NECƏ, BU MƏNZƏRƏ İLƏ ÜZLƏŞMƏYİ TƏSƏVVÜR EDƏ BİLİRSİNİZMİ ???… 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*