İLHAM ƏLİYEV DƏRHAL ÖZÜMÜN DƏ OĞLUMUN DA VƏTƏNDAŞLIĞINA XİTAM VER !!!

PAYLAŞIN

MƏN ÖVLADIMIN GƏLƏCƏYİNDƏN NARAHATAM!!!

SİZİN DƏ BALALARINIZ VAR, ALLAHDAN QORXUN!!!

SƏRDAR-000001

Sərdar ƏLİBƏYLİ

ÖLMƏK ÖLMƏKDİSƏ, BƏS XIRILDAMAQ NƏ DEMƏKDİ ???!!!

ARTIQ YETƏR OLSUN

qaqaş-002DÜNƏN OĞLUMUN 24 YAŞI OLDU, 24 İLDƏ İLK DƏFƏ NƏİNKİ ONUN AD GÜNÜNÜ QEYD EDƏ BİLMƏDİM, HƏTTA ÜZÜNNƏN ÖPÜB “OĞLUM, AD GÜNÜN MÜBARƏKDİ” – DEMƏYƏ BELƏ UTANDIM. ZATƏN O BUNUN FƏRQİNDƏ OLMAZ, OLA BİLMƏZ, İMKANLARI XARİCİNDƏDİ BU ONUN. AMMA MƏN Kİ, BİLİRDİM, FƏRQİNDƏYDİM HƏM DƏ. TALEYİN HÖKMÜ İLƏ MƏNİM ONUN ÜÇÜN BUNNAN SAVAYI YAPA BİLƏCƏYİM HEÇ NƏ YOXDUSA VƏ BUNU DA YAPA BİLMİRƏMSƏ, O ZAMAN YAŞAMAQ BELƏ HARAMDI, NİYƏ YAŞAMALIYAM Kİ???!! BURDAN O TƏRƏFİ YOXDU DAHA!!!

qaqaş-001SUSMAQ İSTƏDİM, ZATƏN KİM MƏNNƏN AYIN TARİXİNİ SORUŞURDU Kİ, AMMA BAĞRIM ÇATLAMAQ HƏDDİNDƏDİ, DAHA SUSULMALI DƏRD DEYİL BU VƏ SUSMAĞIN BİR YERİ DƏ YOXDU. BİZ ABIRIMIZA QISILIB ŞAPALAQLA ÜZ QIZARTDIQCA, BUNLAR DAHA DA ABIRSIZLAŞIR, HƏYASIZLAŞILLAR. OLSUN!!!

AMMA BURDA, BU GÜN, BU DƏQİQƏ AND İÇDİM VƏ KƏNDİMƏ SÖZ VERDİM Kİ, ARTIQ YETƏR OLSUN. GƏLƏN AYIN 25-DƏ MƏN OĞLUMUN AD GÜNÜNÜ KEÇİRƏCƏM VƏ KEÇİRƏCƏYİM YERİ DƏ BİLİRƏM. QOY BU DA MƏNƏ BORC OLSUN. BU BİR YIĞIN NAMUSSUZLARIN NAZINNAN OYNADIQ YETƏR ARTIQ, MƏN DAHA BU CÜR YAŞAMAQ İSTƏMİRƏM,

ÖLMƏK-ÖLMƏKDİRSƏ, BƏS XIRILDAMAQ NƏ DEMƏKDİ???!!!.

ilham-eliyev-51-300x242Sərdar Əlib.DÜZ BİR AYDI DURUMUN ARTIQ ÇƏKİLƏ BİLMƏYƏCƏK HALA GƏLDİYİNNƏN BAĞLI MƏKTUB GÖNDƏRMİŞƏM. ARTIQ MƏKTUBA BAŞDANSOVDU CAVAB BELƏ GƏLMİR. BU, ARTIQ ÜMUMİYYƏTLƏ BİZİ ADAM YERİNƏ QOYMULLAR DEMƏKDİ. OLSUN. O ZAMAN MƏN MƏKTUBUMU, HƏM DƏ DƏRHAL CAVAB GƏLƏCƏK ÜNVANA GÖNDƏRRƏM. SENTYABR AYININ 1-DƏ İSƏ OĞLUMUN DA ƏLİNDƏN TUTUB PİYADA ÖLKƏNİ TƏRK EDƏCƏM. ƏGƏR İSTİYİLLƏRSƏ, QOY BU ŞƏRƏFSİZLƏR SƏRHƏDDƏ GÜLLƏLƏSİNLƏR BİZİ. AMMA DAHA GERİYƏ DONÜŞ YOXDU. MƏN DEMƏLİ OLDUĞUMU DEDİM.

İLHAM ƏLİYEV MƏNİM BU YAZIMI AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN İMTİNA ƏRİZƏSİ KİMİ QƏBUL ELƏ VƏ DƏRHAL ÖZÜMÜN DƏ, OĞLUMUN DA VƏTƏNDAŞLIĞINA XİTAM VER!!! SENTYABRIN 1-NƏDƏK BU SƏNƏDLƏR MƏNƏ RƏSMƏN TƏQDİM OLUNMASA, OLACAQLARIN MƏSULİYYƏTİ SƏNİN ÜZƏRİNƏ DÜŞƏCƏK !!!

ilham və heydər balaca

BİTƏCƏK SEVDALAR ONSUZ DA BİTƏCƏK, BİTSİN ARTIQ BU SEVDA!!! BU SƏN, BU DA 23 İLİN ÖTƏSİNDƏ ŞƏR(İNİZ)Ə TƏSLİM ETDİYİN ÖLKƏ, KİRİMİŞCƏ SAĞOLLAŞSAQ YAXŞIDI MƏNCƏ. ANLADA BİLDİMMİ ???!!!

ALLAH SİZƏ LƏNƏT ELƏSİN, ALLAHSIZLAR !!!!!!!!!!!!!


P.S.

MƏN ÖVLADIMIN GƏLƏCƏYİNDƏN NARAHATAM!!!

SİZİN DƏ BALALARINIZ VAR, ALLAHDAN QORXUN!!!

İlham- mehribanAzərbaycan Respublikasının prezidenti İlham Əliyevə

Surəti:

Birinci Ledi, Millət vəkili Mehriban xanım Əliyevaya

Sərdar Əlib.Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəh. Xətai rayonu, Vunq-Tau küç.ev 11b mən. 60-da yaşayan, 18 il hərbi xidmətdə keçən ömrü Sizin hakimiyyətin “simasız quldurlar”ı tərəfindən yeyilən, ən üstün səviyyəli göstərişlər əsasında qanunsuz və məhkəməsiz həbs edilərək qapadılan və bununla da 14 illik mətbu fəaliyyətinə xitam verilən “Nota bene”, “Nota”, “p.s. Nota” və “Polad” qəzetlərinin, “ps-nota.com” saytının baş redaktoru Əlibəyli (Əliyev) Sərdar Məhəmmədəli oğlu tərəfindən

A Ç I Q  M Ə K T U B

(Müraciət)

Cənab Prezident!

 Çox hörmətli Mehriban xanım!

Mən avqust ayının 25-də 24 yaşı tamam olacaq anadangəlmə əlil olan və hazırda ömürlük I qrup əlil statusu daşıyan Əlibəyli Fəxrəddin Sərdar oğlunun atasıyam və Sizə yazdığım bu müraciət də, əslində, yeganə övladım olan bu uşağın taleyindən narahatçılığımnan bağlıdır. Bəri başdan onu da deyim ki, indi içində yaşadığım durumun və əlil övladımın gələcəyinnən bağlı görünən və gözlənən perspektivlər nə qədər ağır və vahim olsa belə, mənim bu müraciətimi nə xahiş və ya yalvarış kimi qəbul etmənizi, nə də bununla bağlı mənə hər hansı şəkildə minnət qoymanızı rica edirəm. Sadəcə, əlil ovladının taleyinnən bağlı bir atanın və Azərbaycan dövlətinin (Əgər bu dövlət varsa – S.Ə.) faktiki sahibləri olaraq, Sizlərin üzərinə düşməli olan və bundan sonra düşəcək görəvlərnən bağlı, Sizinlə söhbət etməklə, ortada olan və vahimliyi ilə tükləri ürpədən situasiyadan danışmaq istəyirəm…

Düz 24 il öncə, Tanrı bəndənizə bir bala və onunla birgə, bir ömür çəkiləcək bəla göndərdi. Mən də Tanrıdan gəldi deyə, bu bəlanı balamdan da çox sevib, bağrıma basdım və ötən bu illər ərzində, bir an belə onu qucağımdan yerə qoymadım, sırtımdan düşürmədim. Yorulmadan, yılmadan, əyilmədən qollarımın üstündə və ürəyimin başında gəzdirdiyim balamla birgə, onunla gələn bəla da boy atdı, böyüdü. Bundan sonra da mən bu dərdlə, bu ağır yüklə yaşamağa məhkumam və bu bir tale yazısı , Tanrı hökmü olaraq ömrümün sonunadək boynumun borcudu və üzərimdə olan haqqdı. Bu həm də mənim üçün Tanrımın və övladımın qarşısında sözsüz qəbul olunmalı bir görəvdi…

ilham eliyevin ailəsi-2Amma bununla belə, əgər səhv etmirəmsə, bu cür problemlərin həllində, həm bütövlükdə dövlətin də, bu dövləti təmsil edənlərin də müəyyən görəvləri olmalıdı. Hələ-hələ, Azərbaycan kimi varlı dövlətdə bu görəv birə-beş artıq olmalıdı ki, əskik olmamalıdı. Bunun üçün dövlət və qeyri-dövlət xətti ilə fəaliyyət göstərən yüzlərlə qurumlar, təşkilatlar var və hər Allahın günündə mətbu və teleefirlərdən onların fəaliyyəti ilə bağlı ağlasığmaz mədhiyyələr söylənir, Heydər Əliyevin başlatdığı, Sizin də davam etdirdiyiniz analoqsuz siyasətin nəticəsində, bütün sahələrdə, xüsusən də sosial sahədə qazanılmış çox böyük uğurlardan bəhs olunur. Oysa, dərhal diqqətinizə çatdırım ki, ötən 24 ildə bu uşağın taleyi ilə bağlı nəinki maraqlanan, heç bircə dəfə də olsun telefon açıb, öldü-qaldısını belə soruşan olmayıb. Ayrıca da, bütün bu illər ərzində övladımın dövlətin qanunları ilə tanınan, ana südü kimi halal haqlarını belə, böyük məşəqqətlərdən, bəzən məmurlar və dövlət qurumları ilə ölüm-dirim müharibəsinə çıxmaqla əldə edə bilmişəm. Hələ bu yöndə özümə qarşı rastlaşdığım haqsızlıqlardan və qanunsuzluqlardan danışmağa belə dəyməz. 18 illik hərbiçi kimi Vətənə xidmət etdiyim ömrümü yeyən Sizin “simasız quldurlar”,  sonradan əlavə peşə kimi qazandığım və 14 ilə yaxın göstərdiyim mətbu fəaliyyətimi də hər cürə əngəlləməyə çalışdılar və həmişə də buna nail oldular. Heç bir əsas və səbəb olmadan, dəfələrlə alnıma cinayətkar damğası vurmaqdan, hətta  aylarla (Təkcə son həbs müddətim 1 il 5 ay olub – S.Ə.) qazamatlara da qatmaqdan çəkinmədilər. Bu mənada, bircə şeyi özünüz bir düşünün, 16 ildən çoxdu ki, məni faktiki olaraq, bir əlil uşağın pensiyası ilə yaşamağa və bu boyda dərdlərin içində əzilməyə vadar buraxan Sizin və atanızın yaratdığı sistemdə yaşamaq nə deməkdi? Günü bu gün də, durum qədərindən artıq vahim və dəhşətlidi. Belə ki, nə sirri-ilahidisə, dövlət tərəfindən təyin olunan rəsmi yaşayış minimumu 110 manatın üzərində olunduğu halda, elə bu dövlətin adından verilmiş sənəddə “ömürlük dayə ehtiyacı var” yazılmış I qrup əlilə, cəmi 67 manat pensiya ödənilir. Övladının əlilliyinə görə 24 ildi ki, onun yanında zəlil olan ali təhsilli anası və bütün ömrü Sizin “simasız quldurlar” tərəfindən yeyilən atası işsiz olduğu halda, bu ailənin necə yaşadığını təsəvvür edə bilirsinizmi? Dünyanın heç bir ölkəsində, hətta ən geridə qalmış ölkələrdə belə, bu boyda Allahsızlıq, haqsızlıq və ədalətsizlik yoxdu və ola da bilməz. Belə bir vəziyyətdə, bəndəniz bu uşağın indiyə qədər yaşaya və mümkün müalicələr alması üçün çəkicə onun özündən də ağır pullar xərcləyib. Bəs sizcə, mən bu pulları haradan almışam və bundan sonra haradan almalıyam? Uşaq xəstədi, bunu bildik. Bəs onun anası və atası nədən Sizin analoqsuz siyasət yürütdüyünüz və dünyada analoqu olmayan inkişaf səviyyəsinə gətirdiyiniz ölkədə, gündəlik çörək puluna yetəcək qədər pul-para qazanacaq iş tapıb, işləyə bilmirlər. Düz 16 ildi ki, mənə hərbi xidmətdən niyə uzaqlaşdırıldığımı və o zamanlar mənə böhtan kimi yaxılan siyasi motivlərin kimlər tərəfindən uydurulduğunu araşdırıb, bir nəticəyə gələ bilmirəm. O zaman da, indi də mövcud olan qanunların tələbinə görə, himayəsində əlil övladı olan valideynlərin heç bir halda ixtisara salına bilməyəcəyi açıq-aydın göstərilsə də, Sizin həşəmətli generalların bunu necə və hansı yolla edərək, məni hərbi xidmətdən ixtisara saldıqlarını kimsə izah etməyib, edə də bilməz. Çünki, qanunların geriyə icrası olmur…

Nə isə, bunlar çox uzun söhbətlərdi və sadəcə məlumatınız olsun deyə söylədim bunları. Ancaq ortada olan vəziyyət bircə şeyi göstərir və sübut etməkdədi ki, bu gün dövlət səviyyəsində yeganə övladı əlil olan bir ailəyə qarşı soyqırım siyasəti həyata keçirilir. Başqa sözlə, Sizin başında durduğunuz dövlətin adından üç nəfərlik ailənin 67 manatlıq əlil təqaüdünə möhtac buraxılması, faktiki olaraq, bu ailənin barəsində qanunsuz və məhkəməsiz ölüm hökmü vermək deməkdi. Hələ orasını demirəm ki, birdən taleyin qismətilə mənim başıma bir iş gələrsə, o zaman, bir əlil uşaqla, bir zəlil ananın başına nələr gələr?!

Cənab Prezident!

 Hörmətli Mehriban xanım!

Artıq olanlar olub və necə deyərlər, ziyanın harasından qayıtsan, xeyirdi. Bundan o tərəfə, daha nə bu dərd çəkiləsidi, nə də bu cür yaşanılası. Düz 24 ildi ki, avtobuslarda, metro vaqonlarında bu uşağın etdiyi qeyri-adi hərəkətlərə və ya adi uşaqlardan fərqli səslər çıxardığına dönüb baxan 10 minlərlə gözlərin qarşısında onun valideynlərinin neçə dəfə ölüb-dirildiyini təsəvvürünüzə gətirə bilirsinizmi? Gətirəmməzsiniz, bunu ancaq yaşayanlar bilir, Sizlər ömrünüz boyu heç avtobusa, metroya minmədiniz ki. Yaxud da, 24 ildi ki, III mərtəbədə faktiki olaraq türmə (kamera) şəraitində yaşayan bu uşağı arada bir “proqulka” üçün həyətə endirib, gün işığına çıxardığımız zamanlarda, hələ dünyanın gəliş-gedişindən xəbəri olmayan 3-4 yaşlı qayğısız və sağlam uşaqların, dörd bir yandan, “DƏLİ GƏLDİ, DƏLİYƏ BAX” haray-qışqırıqları ilə onu dövrəyə almasını görəndə, neçə min dəfələrlə özümüzü cocuq qatili olmaqdan zor tuta, saxlaya bilməyimizdən xəbəriniz varmı?! Olmaz təbii ki. Haradan olacaq?! Amma Sizin də balalarınız və yağ içində böyrək kimi bəslənən gül kimi nəvələriniz var, ALLAHDAN QORXUN!!!

Cənab Prezident!

 Hörmətli Mehriban xanım!

Bütün bunları nəzərə alaraq və bir daha durumun vahimliyini diqqətinizə çatdıraraq, eləcə də Azərbaycan dövlətinin indi az qala bütün dünyaya maddi imkanları baxımından meydan oxumaq səviyyəsində olmasını, dünyanın çeşidli ölkələrində Sizlərin təşəbbüsü ilə aparılan xeyriyyəçilik işlərini, ölkənin içində canlı paraların faktiki olaraq, ya varvarcasına mənimsənildiyini, ya da göyə sovrulduğunu diqqətinizə çatdırmaqla, əfvinizə sığınaraq, Sizdən aşağıdaki məsələlərin təcili həll olunmasını tələb edirəm:

1. Azərbaycan Respublikasında ilkin yaşlarından əlil olan uşaqların pensiya təminatına yenidən baxılsın və bu pensiyalar, hansı qrup olmasından asılı olmayaraq, minimum 300, maksimum 500 manat həddində müəyyənləşdirilsin.

2. Mənim 24 yaşlı əlil övladım, nəhayət ki, türmə həyatından xilas olaraq, normal yaşam şəraiti və həyətyanı sahəsi olan müvafiq standartlara uyğun evlə təmin olunsun.

3. Artıq bu uşağın avtobuslarda və metroda aparılıb, gətirilməsi, mümkünsüz hala gəldiyinə, həmçinin də onu bir an belə evdə tək qoyub, harasa getməyin mümkünsüzlüyünü nəzərə alaraq, onun adına dövlət tərəfindən avtomobil ayrılsın, eləcə də həmin avtomobilin hərəkət təminatını verən aylıq yardım müəyyənləşdirilsin.

Cənab Prezident!                                         

Hörmətli Mehriban xanım!

Bir şeyi də diqqətinizə çatdırıram ki, bu müraciəti, mənim Sizə və Sizin başında durduğunuz dövlətə hələ də bitməmiş inamımın və şəxsi sayğılarımın nəticəsi kimi Sizlərə ünvanlayıram. Əminəm ki, vətəndaşların ölkənin ali rəhbərliyinə müraciətlərinə qanunla müəyyən olunmuş qaydada baxılması çərçivəsində, bəndənizin bu müraciətini də diqqətlə öyrənib, elə qanunla müəyyən olunmuş müddətdə də görülmüş və görülməmiş işlər barəsində məni məlumatlandıracaqsınız. Bir xüsusi xahişim də var ilham əliyev mehriban əliyevaya orden verdiki, mənim bu müraciətimi nə yerli orqanlarda, nə də bələdiyyə və icra qurumlarında oturdduğunuz “SARI ŞƏMİSTANIN GƏDƏLƏRİ”NƏ göndərməyin.

Özünüz də əmin olun ki, qanunla müəyyən olunmuş vaxt bitdiyi gün, Sizə ünvanladığım bu müraciəti, olduğu kimi internet vasitəsilə beynəlxalq humanitar təşkilatlara və Bakıda təmsil olunan bütün səfirliklərə ünvanlamaqla, onlardan problemin həllində yardımçı olmalarını istəmək, ardınca isə, övladımın gələcəyi üçün, özümü mükəlləf bildiyim müəyyən addımları atmaq məcburiyyətində qalacam.

Səmimiyyət və sayğılarla:                   

/ Sərdar ƏLİBƏYLİ/ 

10.06.2016

 

 4060 total views, 4 views today

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*