“İLHAM ƏLİYEV, NƏHAYƏT BAŞA DÜŞÜN, DƏRK EDİN VƏ NƏTİCƏ ÇIXARIN Kİ, …” !!!

Tahir BABAYEV:

“Quruculuğu yolunda şirin canımdan keçdiyim dövlətdən, yaxud ona rəhbərliyi qəsb edənlərdən dilənməyi ağlıma belə gətirmirəm.”

——————————————————————————-

Azərbaycan Republikasının prezidenti

İlham Əliyevə

 

Sumqayıt şəhəri 10-cu mkr., 21 saylı evin77-ci

mənzilində qeydiyyatda olmaqla, Sumqayıt

bağları, “Qurd dərəsi” bağlarmassivində yaşayan

Tahir Xamməd oğlu Babayev tərəfindən

Ə R İ Z Ə

Cənab İlham Əliyev!

Bu yazıya ________ vərəqdə əlavə olunmuş sənədləri şəxsən Sizin özünüzə təqdim edərək, tələb edirəm ki, ölkə rəhbərinin kreslosunu zəbt etməyi Sizdən heç kim, o cümlədən şəxsən mən xahiş etməmişəm və YAP-ın seçki tamaşasında Azərbaycanı, Azərbaycan dövlətçiliyini və dövlətini sevən bir nəfər olsun belə iştirak etməmişdir və Sizi ölkə rəhbəri hesab etmirik.

Şəxsən araşdırın, yalansız və plansız .

Nəhayət ki, başa düşün, dərk edin və nəticə çıxarın ki, Sizi ölkə başçısı kimi elə Sizin özünüz təkrar-təkrar təyin etməkdən və qorumaqdan yorulmadığınız nazirlər, komitə sədrləri, icra başçıları, hakimlər, prokurorlar və s. və i.a. ətrafınız bütövlükdə tanımır, hərəkətləri və hərəkətsizlikləri ilə hökümətdən salır, məsğərəyə qoyurlar. Ciddi tələblər formasında irəli sürmüş olduğunuz fikirləri “şirin nağıllar danışır daa, nə etsin özünün ömrü boyu yaşadığı şəraiti elə əksəriyyətinin də yaşadığı xülyasındadır” – deyə qavrayırlar.

Ata-anaların ərkəsöyün uşaqları başqa cürə düşünə də bilməzlər – deyirlər ölkəyə rəhbərliyi belə bir adamın işğal etməsi hər bir vətəndaşa faciələr gətirir. Son iki-üç il ərzində mənim və ailəmin başına gətirilənlər bunun bir nümunəsidir.

Mən 20 ilin dövlət qulluğçusuyam. 2015-ci ilin aprelində xüsusi dövlət əhəmiyyətli tapşırığın dövlət material ehtiyarları anbarlarının inventarlaşdırılması icrası zamanı daimi ikinci kənar şəxsin köməyinə ehtiyacı olan ömürlük birinci dərəcəli əlilə çevrilmişəm.

Xarici ölkələrdən birində müalicəyə ehtiyacım vardır. Bundan ötrü 50000(əlli min) manata yaxın vəsait tələb olunur.

Bu vəsaiti quruculuğu yolunda şirin canından keçdiyim dövlətdən, yaxud ona rəhbərliyi qəsb edənlərdən dilənməyi ağlıma belə gətirmirəm. Çünki müraciət etməyi qüruruma sığışdıra bilmirəm.

Problemi 1990-cı illərin axırlarında böyük əziyyət və alın tərinin hesabına tikdirərək istifadəyə verdiyim fərdi evimi satmaq yolu ilə həll etmək istəyirəm. Bunu da edə bilmirəm, çünki Kərəm Həsənovun korrupsiya və rüşvət labirintindən keçə bilmirəm. Evim dövlət reyestrinə daxil edilmir. Məhkəmələr isə qanunları və vətəndaşı yox, Kərəmi qoruyur və açıq deyirlər ki, bu Mehriban Əliyevanın tapşırığıdır.

Sənədləri təqdim edərək, qərarınızı gözləyirəm və nəzərinizə çatdırıram ki, gözləməkdə davam etməyə nə vaxtım, nə də ki səbrim qalmamışdır . Artıq taqətdən düşmüşəm.

Qoşma: ____ vərəqdə

İmza:

Tahir B.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*