“İLHAM ƏLİYEV, SİZDƏN XAHİŞ VƏ TƏLƏB EDİRİK Kİ …” !!!

“BAŞ VERƏ BİLƏCƏK FACİƏYƏ GÖRƏ MƏSULİYYƏT SİZİN ÜZƏRİNİZDƏ QALACAQDIR” !!!

Azərbaycan Resublikasının Pezidenti İlham Əliyev cənablarına

M Ü R A C İ Ə T

Biz, bir qrup siyasi partiya sədrləri, istiqlalçı millət vəkilləri və tanınmış ziyalılar dərin narahatlıq hissi ilə sizə bildiririk ki, şərlənərək ikinci dəfə cinayət məsuliyyətinə cəlb edilən bloger Mehman Hüseynov 10 gündən artıqdır ki, acllıq aksiyası keçirir. Vəkilinin verdiyi məlumata əsasən, aclıq müddətində onun səhhəti xeyli pisləşərək həyatına ciddi təhlükə yaranmış, hətta, vəziyyəti son dərəcə kəskin pisləşdiyinə görə hospitala təxiyyə edilmişdir. O, çox ağır vəziyyətdə olsa da, özünə, eləcə də digər siyasi məhbuslara qarşı baş verən haqsızlıqlara etiraz olaraq ölüm aclığını davam etdirməkdə israrlıdır. Buna baxmayaraq, Siz və hakimiyyət təmsilçilərindən heç kəs onun qanuni tələbinə reaksiya vermirsiniz. Bizdə belə bir təəssürat yaranır ki, həyatını itirmək təhlükəsində olan bu gəncin taleyi ölkə Prezidenti kimi sizi narahat etmir. Biz, bu müraciəti imzalayan şəxslər, M.Hüseynovun həyatına görə son dərəcə narahat olan insanlar sizdən xahiş və tələb edirik ki, təxirə salmadan onun hüquqlarını bərpa edib həyatını xilas edəsiniz. Əks halda, baş verə biləcək faciəyə görə məsuliyyət Sizin üzərinizdə qalacaqdır və biz də onun haqq işini dəstəkləmək üçün müxtəlif kütləvi aksiyalar həyata keçirəcəyik.

İmzalar:

1. Mətləb MÜTƏLLİMLİ

2. Hacıbaba ƏZİMOV

3. Mirmahmud MİRƏLİOĞLU

4. Rəhim QAZIYEV

5. İskəndər HƏMİDOV

6. Ramiz TAĞIYEV

7. Əli ƏLİYEV

8. Elşad MUSAYEV

9. Əhməd ORUC

10. Ağasif ŞAKİROĞLU

11. İbrahim İBRAHİMLİ

12. Namizəd SƏFƏROV

13. Sərdar ƏLİBƏYLİ

————————————————-

P. S.

Müraciət imzalanmaq üçün açıqdır.

05.01.2019

1 Comment

  1. Mehmanın Azad olunmasını tələb edənlərdən biri də mən və həmkar dostlarımdan təşkilatın sədri Rəhmi Tucer, Bloger, Avropa İnsan Hüquqları müdafiə təşkilatının Qavqaz bölgəsi üzrə təmsilçisi, hüquq müdafiəçisi İntigam İbrahimoğlu.

Leave a Reply

Your email address will not be published.


*