“İLHAM ƏLİYEVDƏN BAŞQA BİR ŞEY GÖZLƏMƏK AĞILSIZLIQDIR”!!!

PAYLAŞIN

“YAP hakimiyyətinin bünövrəsini yalan, talançılıq, soyğunçuluq və rüşvət təşkil etdiyindən …”!!!

999 999 – cu cinayətkar  bütün  maneələri  aşırdılaraq birinci oldu. 

“NİYƏ” SUALININ İSƏ NƏ MƏNTİQİ, NƏ HÜQUQİ, NƏ DƏ Kİ İNSANİ BAXIMDAN İZAHI YOXDUR.

Azərbaycanda  bu gün hökm  sürən reallıqlardan çıxış  edilərsə, bəlkə də bunu başa düşmək olardı. Amma təkcə biri  hər şeyi qara rəngə boyamasa idi. İlham Əliyev, Mehriban Əliyeva, Fikrət Məmmədov, Zakir Qaralov, Ramil Usubov, Fuad Ələsgərov, Əli Əsədov, Əli Əhmədov, Əli Hüseynli, Kərəm Həsənov, Eldar Əzizov və Zakir Fərəcov

(hansı ki, konkret cinayət xarakterli əməlləri barəsində “ps – nota.com və digər mətbuat vasitələrində seriya yazılar dərc edilmiş və nəticədə 1- ci dərəcəli “vətənə xidmət”(hansı vətəndən söhbət getdiyi aydınlaşdırılmayıb) ordeninə layiq görülüb) birinci növbə olmaqla, İcra başçıları, prokurorlar, məhkəmələr, hakimlər, polis adı daşıyan quldurlar, dövləti sökərək hazırda İlham Əliyevin toxunulmazlar fonunda istirahət edən Ziya Məmmədov, Fazil Məmmədov, Eldar Mahmudov, Fizuli Ələkbərov, Heydər Əsədov (hazırda növbəti yağlı vəzifə alıb), Səlim Müslümov

(indi ən etibarlı sayılan qanadlar altındadir) və çoxsaylı digər talançılar, soyğunçular, cəlladlar kimin kölgəsinə sığınmışlar və bu vəzifəli şəxs hansı fövqəl qüvvəyə arxayındır ki, bütün cinayətkarları öz qanadları altına alaraq məsuliyyətdən, cavabdehlikdən qoruyur?  Təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarından kənarda belə bu sualların cavabları hamıya bəllidir və artıq çoxsaylı Dünya siyasi elitasında söz sahibi olanlar Azərbaycanın siyasi rəhbərliyi ilə bir masa arxasına əyləşərək ciddi problemləri müzakirə etməyi özlərinə rəva bilmir, təhqir sayırlar. Bu məsələyə diqqət yetirilməsinə mən xüsusi əhəmiyyət verirəm. Çünki itirilmiş torpaqların taleyi bilavasitə və birbaşa bundan asılıdır. Leqitim olmayan İlham Əliyev rejimini bir tərəfdən Dünyanın söz sahibləri tanımır, digər tərəfdən işğal altında zarıyan torpaqların yalnız danışıqlar yolu ilə azad oluna biləcəyi tələbini irəli sürürlər. Buradan belə bir nəticə hasil olur ki, Beynəlxalq təşkilatların hər bir sözünə boyun əyən İlham Əliyevin hakimiyyəti dövründə torpaqlar düşmən tapdağı altında qalmaqda davam edəcəkdir.

Bu gun heç kimə sirr deyildir ki, Azərbaycanda keçirilən seçkilər gözə kül üfürməkdən başqa bir şey deyildir. Vəziyyət o həddə çatmışdır ki, biavasitə yerli icra hakimiyyətləri tərəfindən təşkil olunmuş seçki komissiyaları öz vəzifələrini ağalarının qaralamasını yazıb verdikləri protokollarda ədədləri tələb olunan qrafalara yazmaqdan ibarətdir. Bu situasiya nə qədər davam edəcəksə bir nəfərin belə dəstəkləmədiyi hakimiyyəti mənimsəməkdə ittiham olunan İlham Əliyev kreslodan əl çəkməyəcəkdir.

Ölkədə düşünə bilən baş qalıbsa, qoy fikirləşsin. Mən üzümü özlərini müxalifət adlandıran, lakin, həqiqətdə iqtidara tula sədaqəti göstərməklə şəxsi mənafelərini təmin edənlərə tutaraq xəbərdarlıq etməyə ehtiyac görürəm.

Belələrinə onların əsil simasını ifadə edə biləcək söz axtardım, ancaq tapa bilmədim.

Mehriban Əliyevanın fond adından  bütün dünyanı mənşəyi məlum olmayan “çirkli” pullarla zibillədiyi, Azərbaycan dövlətinin qanunverici orqanı olan Milli Məclisi Avropa Şurasında təmsil edən deputat qrupunun rəhbəri Səməd Seyidovun (Avropadan biabırcasına qovulmasına baxmayaraq tutduğu kresloda yeri daha da bərkidilmişdir) fiaskoya uğramış rüşvət və əxlaqsız qadınlar sərgüzəştləri ölkəni Dünyada rüsvay etmiş, onun nüfuzuna öldürücü zərbə vurmuş, tərəfdaşlar arasında etibardan salmışdır.

Bütün bu biabırçılıqlar, rüsvayçılıqlar fonunda, çirkab axınının baş təşkilatçısı və cavabdehi İlham Əliyev Azərbaycan məkanında islahatçı özünü, korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübariz kimi tanıtmağa cəhd göstərir. Ölkədə yaranan böhran vəziyyətində qarşısına  çıxan bütün sağlam cücərtiləri amansızcasına yuyub aparan yalan selinin mənşəyi olan telekanalların faktiki sahibi Əflatun Almasovun mövcudluğu buna münbit şərait yaradılmasını şərtləndirir.

Hörmətli oxucularıma üz tutaraq xahiş edirəm ki, YAP yalanlarına uymasınlar. İlham Əliyev və onun komandası Azərbaycan xalqının, dövlətinin düşmənləridirlər və birmənalı olaraq hakimiyyətdən uzaqlaşdırılmalıdırlar. Bu sivil və qanuni yolla həyata keçirilməli, Dövləti cinayətkarlar layiqli cəzasını almalıdırlar.

Bir neçə gün bundan əvvəl keçirilmiş bələdiyyə seçkilərində hamının gözünün qarşısında bütün protokollar saxtalaşdırıldı. Xalqa növbəti dəfə dirsək göstərildi. Bununla da mövcud iqtidar əsas məqsədinə çatdı. İcra başçıları və onların aparatları ( bütün rayonlarda bələdiyyəyə vəzifəyə gətirilənlərdən külli miqdarda rüşvət aldılar. Onu da qeyd edim ki, pul onlar üçün önəm kəsb etmir. Pulunu almaqla yeni özünüidarə rəhbərlərini rejimə köləyə çevirirlər, tam asılı vəziyyətə qoydular. Təqribi hesablamalar onu göstərir ki, son bələdiyyə seçkiləri korrupsiya və rüşvət bataqlığında boğulan seçki komissiyalarının ümumi sayına daha 500(beş yüz) nəfərdən artıq adam əlavə oldu. Kabab iyinə gələn bu binavələr başa düşünməlidilər ki, bu rejimin yolu uçurumadır və onlarla da istənilən əlaqə ağır faciənin başlanğıcıdır.

Ağdaş və Yardımlı rayonlarında aparılmış müşahidələr iqtidarın saxtakarlıqdan əl çəkmək fikrinin olmadığını, seçkilərin daha biabırçı formaya salındığını təsdiq etdi. Azərbaycan əhalisi tam ciddiliyi ilə bilməlidir ki, bu dəfəki saxtakarlıq yaramaz iqtidarla yanaşı ölkənin də taleyini həll edə bilər. Saxta protokol tərtib etməyə hazırlaşan komissiya üzvlərinin nəinki barmaqları, qolları belə yerindən qoparılmalı, onlar cəmiyyəyin qınağına məruz qalmalı, əməllərinə görə cavab verməlidirlər.

Ağdaşda bələdiyyə seçkilərinin sükanını əlində saxlayan Əsgərxan Həsənov əvvəlcədən nəzərdə tutduğu adamların bələdiyyəyə daxil edilməsi üçün bütün qanunları tapdaladı. Yardımlıda isə Azər Xamiyev elə gedişlər etdi ki, müşahidəçilər hüquqi dövlətdə olduqları ilə cəncəllikdə olduqlarını səhv saldılar. Sözsüz ki, digər şəhər və rayonlarda vəziyyət bundan heç nə ilə fərqlənməmişdir. Sumqayıtda bələdiyyə korrupsiya  və rüşvət yuvası olaraq, qorunaraq saxlanıldı.

Burada mən bir məsələni də qeyd etməyə ehtiyac duyuram. Ağdaş və Yardımlı rayonlarında icra başçılarının Ziya Məmmədovdan miras qaldığı nəzərə alınarsa, belə bir nəticəyə gəlirik ki, patronların adları artıq uzaq keçmişlər sırasında hallanan bu rayonların rəhbərləri son akkordlarını vururlar. Axırıncı imkanlardan istifadə edərək lil suda balıq tuturlar. Kim bilir bəlkə yuxarılardan belə tapşırıq olmamışdır. Bu kişilər bazar vərdişlərindən əl çəkə bilmir və imkanlardan sui-istifadə edirlər. Qoy bununla səlahiyyətli orqanlar maraqlansınlar. Ona görə də “???” işarələrinə müraciət ünvanlayaraq deyirəm barıt çəlləyinə odla yaxınlaşmayın. Bir daha komissiyalardan xahiş edirəm vicdanınızı heç bir şeyə satmayın. Bu gün mövcud olan rejim milli xainlərdən ibarət olmaqla Azərbaycan xalqınin, dövlətinin düşmənlərindən ibarətdir. Onların yola salınmasına mane olanlar, istəyir adına müxalifət desin, istəyirsə, seçki komissiyasının məharətli saxtakar üzvü desin, fərq etməz. Gec–tez onların əsl üzləri açılacaq, xalqın lənətinə, Allahın qəzəbinə düçar olacaqlar. Korrupsiya və rüşvətlə mübarizə, korrupsioner və rüşvətxorların bunu elan etməsi və yeri gəldi–gəlmədi bol–bol danışması müsbət heç bir şey demək deyildir. YAP hakimiyyətinin bünövrəsini yalan, talançılıq, soyğunçuluq və rüşvət təşkil etdiyindən, onun bu yoldan dönməsi mümkünsüzdür.

15 il ərzində bütün sahələrə rəhbərliyi alçaqlara, rüşvətxorlara tapşırmış, rüşvətsiz heç bir sualın həll edilməsi üçün iynənin ucu qədər nazik nəfəs yolu belə qoymayan bir insanın bu gün bu istiqamətdə nəsə edəcəyi absurddan başqa bir şey deyildir.

İlham Əliyev bu eşqə düşməzdən əvvəl öz ətrafını nəzərdən keçirməlidir. Əgər özünün ən yaxın ətrafında olanlar içərisində (Mehriban Əliyeva da daxil olmaqla)təkcə bir nəfərin tutduğu vəzifəyə qabiliyyəti və mənəvi haqqının olduğunu müəyyənləşdirərsə, onda müvafiq qərar qəbul etsin. Mən 2016–cı ilin yanvarında, hələ İlham Əliyevin şanslı olduğunu hesab etdiyim üçün, ona açıq məktubla müraciət etdim. YAP-ın təxirə salınmadan buraxılması, xalqın itirilmiş inamını bərpa etmək üçün ciddi addımlar atmağı təklif etdim. Heç bir reaksiya göstərilmədiyi üçün həmin materialları elektron mediada da ictimailəşdirdim.

İslahat adı altında yüksək vəzifələrə gətirilənlərə sözün əsil mənasında mənim yazığım gəlir və onların halına acıyıram. Kərəm Həsənovla çiyin-çiyinə işləmək nəsibi olmuş gənclər kimdən görüb-götürəcək, kimdən nə öyrənə biləcəklər? Kərəm ölkənin iqtisadiyyatının çökdürülməsində öz “müstəsna rolunu”xarici təhsillilərə yeritdikcə, yəqin ki, digər həmkarları ilə yanaşı ölkə başçısının aparatında hakimiyyətə şərik statusunda köhnə külüngvuranlardan olan Fuad bəy də atasından miras qalmış rüşvət təcrübəsinin islahatçılar tətrəfindən mənimsənilməsinə az əmək sərf etməyəcəkdir.”İslahatçıların” ixtiyarında daha zəngin və əlçatan, hələlik tarixə çevrilməmiş təcrübə istinadgahı mövcuddur. Bu respublikada və onun hüdudlarından kənarda “boz kardinal” ləqəbi ilə tanınan milli baş korrupsioner Ramiz Mehdiyevin hələ ki soyumamış, müasir texnologiyaların nailiyyətləri əsasında qurulmuş korrupsiya, rüşvət mexanizmidir. Mənşəyi qarışıq, mənəviyyatı kəsif bataqlıq iyi verən talançıları, quldurları, soyğunçuları, xainləri, satqınları, bir sözlə, Azərbaycan dövlətinə və dövlətçiliyinə qənim kəsilmişləri(Fizuli Ələkbərov, Ziya Məmmədov, Fazil Məmmədov, Eldar Mahmudov, Etibar Pirverdiyev, Səlim Müslümov, Heydər Əsədov və s. və i.a) cavabdehlikdən, məsuliyyətdən qoruyan kimdir, hansı qüvvədir???

Dövlət, onun strukturları və rəhbərləri yerlərindədirlərsə hərəkətə keçsinlər, yaxud eyni korrupsiya və rüşvət zəncirləri ilə bağlı olduqları üçün nəinki hərəkət orqanlarının, beyinlərinin belə iflic vəziyyətində olduğunu etiraf etsinlər. Xalqın bunu bilməyə haqqı vardır. Kim cavab verməlidirsə versin, növbəti yalanla doydurulmuş “ŞOU”lardan əl çəkilsin.

Bu yazıda mən bir şeyi də qeyd etməyə bilmərəm. İlham Əliyev AzərİŞIQ-a növbəti talançını rəhbər təyin edərkən “BARMEK”in ünvanına kəskin tənqidi fikirlər söylədi. Tamamilə yalandır, Hüseyn Arabulun Azərbaycan xalqına doğma münasibətinin canlı şahidi kimi mən bu fikrə qəti etirazımı bildirirəm. Bakı və Sumqayıtelektrikşəbəkəsinin xidmətində olan rayonların əhalisi çox yaxşı bilirlər ki, Hüseyn  Arabulu  Heydər Əliyev o vaxtlar Azərbaycana dəvət edərək şəbəkələrin idarəçiliyini ona etibar etməsə idi, o zamanlarda  yaşamaq əhali üçün çox çətin olacaqdı. İlham Əliyevsə gec-tez yalanlarına və böhtanlarına görə cavab verməli olacaqdır.

Mənim şəxsən çox yaxşı yadımdadır ki, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə”nin anbarları yeni avadanlıqlarla dolu idi. Bunu bir tərəfdən Etibar Pirverdiyev (Azərenerji) digər tərəfdən isə Cahangir Hacıyevin (2015-ci ildə həbs edilmişdir) Beynəlxalq Bankın quldurları bir gecənin içərisində “Sumqayıtelektrikşəbəkə”ni işğal etdilər. Dərhal ambarları boşaldaraq ora daşıdılar. Ödəniş mərkəzini bankın filialına çevirib elektrik enerjisinə görə ödənişlərin orada qəbulunu təşkil etdilər. 2006-2010-cu il ərzində belə davam etdi və bir gecənin içərisində necə gəlmişdilər elə də aradan çıxdılar. Sonradan məlum oldu ki, Beynəlxalq bank şəbəkəyə İlham Əliyev tərəfindən talanların həyata keçirilməsi üçün cəlb edilmişdir. Həmin bankın rəhbərinin sonrakı taleyi hamıya bəllidir.

Rüşvət adlanan zəhərin cəmiyyətin şah damarlarına sona qədər yeridərək onu taqətdən salmağın öhdəsindən məharətlə gəlmiş, yaxın günlərdə respublikada İlham Əliyevin islahat adı altında elmin rüşvətxorlar məzarlığında dəfn edilməsinə nail olacaqdır. Son zamanlarda həyata keçirdiklərinin islahat adlandırılması elə islahat sözünün tarix qarşısında daşıdığı mənəvi təhqiri deməkdir. Kimlərinsə birbaşa təsiri ilə, kimlərinsə hansısa yüksək vəzifələrə soxuşdurulması, situasiya üçün qara qəpiklik əhəmiyyəti olmayan düşünülməmiş səbatsız gedişdən başqa bir şey deyildir. Hakimiyyətin son nəfəsdə belə əldə saxlamasına yönəldilmiş bu gedişlər həyatı tərk etmişin üstünə molla əvəzinə YAP səhiyyəsindən professor titullu həkim çağırmaq kimi bir şeydir.

Mən, SovİKP-nin çörəyini yemiş, onun hesabına cəmiyyət arasına çıxanların bir saniyə içərisində tamamilə başqa düşüncə daşıyıcılarına çevrildiklərini, ümumxalq dövlətindən, ümumxalq mülkiyyətinin müqəddəs və toxunulmaz olduğu barəsində yüksək tribunalardan alovlu nitq söyləyərək, insanlara müəllimlik edənlərin bir anın içərisində heyvanlar aləmində belə mövcud olmayan yırtıcıya çevrildiyinin şahidi olmuş bir adamam və İlham Əliyevin son çabalamalarının, sözün əsil mənasında, kəskin ürək ağrısı ilə müşahidə edir və bu ölkədə yaşamağa itirdiyim son 30 illik ömrümə hayıfım gəlir.

İlham Əliyevin baş islahatçı statusunda xalqa sırıyaraq, ölkənin 1№li binasında (Xoşqədəm məni bağışlasın, deyəsən bu baş axtarışçı xanımın qoruğuna girdim. Axı 1№li titulunu vermək onun müstəsna səlahiyyətidir) özündən sağ tərəfdə oturtduğu(bəlkə də daha əzəmətli qüvvə tərəfindən oturdulmuş) Kərəm personası xüsusi diqqətə layiqdir. Çünki ümumxalq dövlətindən qalmış mirasın hakim ailə və onun yaxın ətrafı tərəfindən mənimsənilməsində o xüsusi fədakarlıqlar göstərmiş, Mehriban Əliyevanın fondunun baş mahiyyəçisi statusunu qazana bilmişdir. Yalnız Sumqayıt şəhəri üzrə Kərəm-Mehriban tandeminin xüsusi “qayğısı” nəticəsində 40(qirx) min nəfərə yaxın fəhlə və qulluqçu iş yerlərini itirmiş, minlərlə ailə aclıqla imtahana çəkildiyi üçün dağılmış, qadınlar Türkiyə və Dubayın yollarında qalmış, milli mentalitet ayaq altına atılmış, xalqın mənəviyyatına təcavüz edilmişdir.

Bu azmış kimi Sumqayıt zəhmətkeşlərinə, onların son ümidlərindən məhrum edilmələri üçün Eldar Əzizov rəhbər təyin edilmiş, Vaqif Əliyevin özbaşınalıqları nəticəsində yol verilmiş qanunsuzluqların aradan qaldırılması adı altında iş adamları, sahibkarlar misli görünməmiş təhdid və təsirlərə məruz qoyularaq malı- mülkü əlindən alınmış, onlardan mövcud imkanlarının son həddi səviyyəsində aylıq toycü yığılmışdır.

İlham Əliyev – hansı ki, özünü utanmadan xəcalət çəkmədən və uca tanrının qəzəbinin mövcudluğunu saya salmadan xalqın 1№ li xidmətçisi (burada xalqın sözündən sonra “düşmənlərinin” sözü işlədilərsə, ifadə reallığı və İlham Əliyevin mahiyyətini doğru ifadə etmiş olar – T.B.) adlandırır. Sumqayıtlılara olan nifrətini Eldar Əzizovu Zakir Fərəcovla (hansı ki, tarixdə görünməmiş sürətlə iki il müddətində ikinci və birinci dərəcəli “Vətənə xidmət” ordenlərini sinəsinə asdıra bilmişdir) açıq şəkildə büruzə vermiş oldu. . Sumqayıtlılar isə bunun müqabilində İlham Əliyevə “vətənə xəyanət” titulunun verilməsi haqqında qərar çıxarmışlar və yaxın günlərdə ümumşəhər hüzn mərasimində şam taxtasından hazırlanmış nişanın təqdimetmə mərasimi baş tutacaqdır. Hamıya da olmasa, əhalinin böyük əksəriyyətinə məlum olan bu həqiqətlər Nizaməddin Quliyevin həbsi və onun ətrafında teleşouların təşkili oldu. Bu həmin Nizaməddindir ki, 2014-cü ilin yayında Goranboyda deyil, İlham Əliyevin bilavasitə aparatında,  60 illiyi xüsusi təm-təraqla qeyd edildi və sinəsindən “Şöhrət ordeni”asıldı. İki sutkaya yaxın müddətdə İlham Əliyevin yaxını çevrəsi yubliyarın təbriklərinə vaxt ayirdılar. Mən, Nizaməddin sevənlərin sırasında olmamışam və bu gün də belə bir məramım yoxdur.

Haqqın, ədalətin müdafiəsinə durmamaq Allah qarşısında ən ağır cinayətdir. Mən buna görə Allahın qəzəbindən qorxur və həqiqəti müdafiəyə qalxıram.

Nizaməddini Goranboya İcra Başçılığına o zamanlar İlham Əliyev komandasının ən “bərkgedən” üzvü Ziya Məmmədov gətirmiş və bununla bağlı tələb olunan rüşvəti də çatdırmışdır. (Çoxlarının yəqin ki hələ yaxşı yadındadır ki, Ziya Məmmədov o vaxtlar nazir olmaqla yanaşı altı rayona “qubernatorluq” edirdi. Həmin rayonların bütün vəzifəlilərinin işə təyinatı, azad edilməsi, yerlərinin dəyişdirilməsi, həmin ərazilərdən seçilən deputatların müəyyənləşdirilməsi onun tərəfindən həll edilirdi. Hətta “Ali Məhkəmə”adı daşyan, həqiqətdə isə ölkə qanunlarını tanımaqda ciddi problemləri olan qurumda da, iki kollegiyanın formalaşması üçün təklif vermək hüququ var idi və o, bu imkanlardan yararlanmağı bacarırdı.

Hazırda onurğa sütunu rüşvət həlqələrindən yığılmış, aşağıdan yuxarıya qədər bütün pillələrində İlham Əliyev və YAP tərəfindən rüşvətxorlar , korrupsionerlər əyləşdirilmiş bir rejimin cinayətlərini Nizaməddinə yükləməyə nə adı vermək olar. Nizaməddin korrupsioner və rüşvətxorlar cərgəsində 999.999-cudur. İlham Əliyev mübarizəyə başlamaq istəyirsə onda qoy Əli Əsədovdan, Əli Əhmədovdan, Əli Həsənovdan, Siyavuş Novruzovdan, Fizuli Ələkbərovdan, Ziya Məmmədovdan, Heydər Əsədovdan, Fazil Məmmədovdan, Eldar Mahmudovdan, özündən, xalqının, dövlətinin adına ləkə olan prokurorlardan, hakimlərdən, məhkəmə sədrlərindən, bir sözlə özünün sərəncamı ilə təyin etdiyi bir vəzifəli şəxsi belə unutmadan başlasın. Ona görə ki, onlar hər biri pula, var-dövlətə satılaraq vəzifəyə gəlməyə razılaşıblar. YAP komandasında xalqa xidməti vəzifə borcu hesab edən bir nəfər olsun belə yoxdur.

İlham Əliyev heç olmazsa istirahət saatlarında özündən soruşurmu ki, niyə 2017-ci ildə onun çağırışına qoşularaq pambıq və çəltik əkmiş fermerlər 2018-ci ildə bu prosesdən kənarda qaldılar? Buna səbəb nədir? Onun özünə əziyyət verməsini YAP-a təhqir hesab etdiyim üçün Ağdaş rayonunun nümunəsində fikrimə aydınlıq gətirəcəyəm. 2016-cı ildə fermerlərin əkdikləri pambıq toxumu bilərəkdən yerli şəraitə uyğunsuz seçilmişdi. Vaxtinda dərmanlanmadığı üçün açılmadı və fermer onun tarlasında  pambığın becərilməsi ilə məşğul olan kəndlilər İ. Əliyev dilə gətirdiyi arzulara rəğmən hər axşam evinə pul əvəzinə borc apardı. Kasıb əhali acınacaqlı vəziyyətə düşdü. Fermerlər müflis oldular. Onları məhkəmələrə dartdılar və hər birinin boynuna icbari qaydada 15…20 min manat məbləğində məcburi ödəniş qoyulur. Beləliklə, 15 hektar ərazidə pambıq əkib becərmiş fermer nəinki qara qəpik qazanmadı, üstəlik bütün qohum-qonşu, ailə üzvləri ilə üz- göz olmaqla yanaşı, 20 min manatdan artıq taparaq İlham Əliyevin dələduzlarına ödəməlidir. Çəltiklə bağlı vəziyyət də yekunda buna oxşar oldu. Əhali acınacaqlı vəziyyətə düşdü. Məhkəmə sədri Famil Nəsibov  milyonlara sahib oldu. Minbir əzaba qatlaşaraq, düyü istehsal etmiş fermer onu sata bilmədi. Məlum oldu ki, ölkəyə düyü idxalı bir-iki nəfərin inhisarındadır. Onlarsa öz növbəsində pərakəndə satış obyektləri ilə ən azı 10 ilə müvafiq müqavilələr bağlamışlar. Beləliklə, ölkə daxilində istehsal olunmuş düyünün bazarı birdəfəlik və uzun müddətə bağlıdır. Bu faktlar onu təsdiq edir ki, ölkənin idarəçiliyi İlham Əliyevin əlində deyil, yaxud da o göstəriş və tapşırıqlarının icrasını təmin edə bilmir, insanların bundan külli miqdarda ziyan çəkməsi onu qətiyyən narahat etmir. Bir az ətraflı fikirləşəndə, belə bir nəticə hasil olur ki, ömrü boyu heç bir çətinlik görməyən rəhmətin və ehtiyacın nə olduğu barədə elementar təssəvvürünün belə olmayan bir adam ölkə əhalisinin qayğısını nəinki çəkə bilməz, heç bu barədə anlayışı belə ola bilməz.

Pambıqla Ağdaşda baş kəsənlər, düyü ilə siravi kəndçiləri və fermerləri özlərinə yemə çevirən Ağdaş İcra hakimiyyətinin və hüquq müdafiə orqanlarının rəhbərləri hazırda orada at oynadırlar. Bələdiyyə seçkilərini köhnədən də köhnə qaydada saxtalaşdıraraq pulunu ödəyənləri seçki qutularından çıxardılar, bələdiyyə başqanlarını müəyyənləşdirərkən qanunların onlarla bağlı xüsusi tələblərini belə tapdalayaraq  üstündən keçdilər. Bütün işlərin kordinatorluğunu öz üzərinə götürmüş Ağdaş RİH-in şöbə müdiri hamının hüquqlarını özününküləşdirə bildi və Azərbaycan dövlətinə, onun rəhbərinə meydan oxumağın öhdəsindən gəldi. Ağdaşda seçkilərin hansı qanunla idarə olunduğu izah etmək, müəyyənləşdirmək belə mümkün deyildir. Qarşıdan deputat alverinin gəldiyi nəzərə alınarsa. Bunun Azərbaycan dövləti və dıvləyçiliyi üçün necə təhlükəli olmasını təsəvvur etmək heç də çətin deyildir. Aydın görünür ki, çirkli pullara sahiblənənlər hakimiyyətə də sahiblənəcək və ölkəni alqı-satqı predmetinə çevirəcəklər. Dilinə gətirdiklərinin tam əksi olaraq İlham Əliyevdən başqa bir şey gözləmək ağılsızlıq deməkdir.

İqtidarda bu yazıdakı həqiqətlərə münasibət göstərə biləcək kiminsə tapılmasına şübhə edirəm. Oxucularıma tam səmimiyyətlə bildirirəm ki, Nizaməddin Quliyev İlham Əliyev komandasında qazananlar arasında arxadan birincidir. Bunu nəzərə alaraq, onun ailəsi bu quldurlardan qorunmalıdır. Bu isə cəmiyyətin borcudur.

Oxuculara hədsiz sayğılarla;

  İmza:      Tahir Babayev

tel: (050) 331-58-11

25.01.2020

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*