“İLLƏRDİR DAVAM EDİR, CANLAR ALAN “ATƏŞKƏS”, MİLLƏTDƏ ÖLDÜRÜLÜR HAQLI SAVAŞA HƏVƏS…”!!!

PAYLAŞIN

“YETƏR BAL DADAN VƏDLƏR, YETƏR SİYASİ ƏDA,

SİLAHA SARILALIM, İRƏLİYƏ VƏ … NİDA”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

—— VƏ … NİDA! ——-

“Qarabağ – Azərbaycandır və … !”
İlham ƏLİYEV

İllərdir davam edir canlar alan “Atəşkəs”,
Millətdə öldürülür haqlı savaşa həvəs.
Sazişlər torpaqları geri qaytara bilməz,
Nöqtəni qoyan yağı, sülhə dedi “Əlvida”
Alalım Qarabağı düşmənlərdən və…nida!

Prezidentin sözləri ikrahla alqışlanır,
ATƏT-in səfərləri pislənir, qarğışlanır.
Qarabağ Zəngəzur tək özgəyə bağışlanır…
Yetər bal dadan vədlər, yetər siyasi əda,
Silaha sarılalım, irəliyə və…nida!

Uzandıqca bu oyun, şəhid sayı çoxalır,
Gələcəyə ümidlər buxarlanır, yox olur.
“Azadlıq” arzusunu Şimaldakı ox alır,
Pul gətirən projelər xalqımı tez aldadar,
Bütöv Vətən istərik, pul-para yox və…nida!

Ey şairin qələmi, düzünü yaz, düz danış,
Kürsülərdəki sözlər – gurultulu aldanış.
Hər qarış torpağ üçün kül olunca yan, alış…
Ruhlar səsləyir bizi, deyir: “Bitsin qan-qada!”
Axı “Güc birlikdədir”, ay camaat və…nida!

12.10.2019 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*