“İLQAR MƏMMƏDOVUN SİMASINDA ƏLİ KƏRİMLİ YETİŞİR”???!!!

PAYLAŞIN

“BU SSENARİ HAKİMİYYƏTİN SSENARİSİDİR” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Nahid Jafarov ‘un “İlqar Məmmədovun simasında Əli Kərimli yetişir”məqaləsini diqqətlə oxudum və məndə təkliflərinə, proseslərə yanaşmasına cavab vermək məcburiyyəti yarandı. Belə ki, öz yazısında hörmətli dostumuz Nahid Cəfərov Əli Kərimli və İlqar Məmmədovu müqayisə edir və deyir ki, İlqar Məmmədov növbəti Əli Kərimlidir…

Hörmətli Nahid bəy, Azərbaycan siyasətində bunlar zaman-zaman Azərbaycan iqtidarının yürütdüyü siyasətinin nəticəsidir. Azərbaycan iqtidarı uzun illərdir ki, məhz bu xəttini davam etdirir. 

Tarixə qayıtsaq, görərik ki, 1998-ci ilin prezident seçkilərinə qədər Azərbaycan siyasətində böyüdülmüş fiqurlar, siyasi liderlər yaradıldı. AXCP daxilinə mərhum Əbülfəz Elçibəy prezident və yaxud da müxalifətin vahid namizədi olmasın deyə Əli Kərimli Elçibəyin alternativi kimi təqdim olundu və proseslər də onun üzərində qurulmağa başladı. Bu gün də kimsəyə sirr deyil ki, Əli Kərimliyə o dövrün istər seçkiləri, istərsə də dəstəyi və s. hansı dərəcədə və necə göstərilmişdi. Bütün bunların müqabilində isə həm də Əbülfəz Elçibəyin vahid namizədliyinin qarşısının alınması üçün İsa Qəmbərin vahid namizədliyi üzərində hakimiyyət ciddi şəkildə  təbliğat kampaniyası qurdu. İsa Qəmbər o qədər böyüdüldü ki, 1998-ci ilin prezident seçkilərində bu gün də, dünən də “Rəsulzadə-Elçibəy yolunu gedirəm” deyən adamlar Elçibəyin sağlığında onu vahid namizəd olmağa qoymadılar. 

Bu yazımda Rəsulzadə-Elçibəy yolunun nə olduğunu, necə olduğunu dartışmayacağam. Lakin adamlar iddia edirlər ki, biz Rəsulzadə-Elçibəy yolu ilə gedirik. Sual olunur, əcəba Rəsulzadə bu dövrdə yaşamış olsaydı, 1998-ci ildə Rəsulzadədəmi vahid namizəd olmayacaqdı? 1998-ci ildə sağ olan Elçibəyi namizəd olmağa qoymayanlar kimin planını həyata keçirirdilər? 

Bəlli idi ki, hakimiyyət İsa Qəmbəri və çevrəsini, hətta təşkilatını bilərəkdən o qədər böyütmüşdü ki, o Elçibəyi vahid namizəd olmağa qoymasın. Arqumentimi gücləndirmək üçün bir neçə faktları əlavə edirəm:

– Mərhum Heydər Əliyevin söykəndiyi siyasət yerliçilik siyasəti idi. Yerliçilik siyasəti ətrafında Qərbi Azərbaycandan və Naxçıvandan olan siyasətçilərin partiyalarına və siyasətdəki yerlərinə baxaq…

– Etibar Məmmədovun Milli İstiqlal Partiyası 4 iyun qiyamından sonra faktik olaraq, Yeni Azərbaycan Partiyası üçün alternativ baza rolunu oynadı. Hətta şöbə müdirlərinə qədər belə o təşkilatdan götürüldü. Kadrlar ən azı icra strukturlarına yerləşdirildi. Belə ki, bu gün Yeni Azərbaycan Partiyasının komitə sədri, baş nazirin müavini, siyasətdə olanların böyük əksəriyyəti Milli İstiqlal Partiyasının nümayəndələri idi. Və yaxud da dünənə qədər olanların da böyük əksəriyyti məhz bu partiyadan idi. 

Əbülfəz Elçibəy Heydər Əliyevlə eyni region – Qərbi Azərbaycan – Naxçıvan mənsubluğu daşıyırdı. Əli Kərimli də qeyd etdiyim kimi təşkilat daxilində ona alternativ yetişdirilməyə başladı.
Rəsul Quliyev region baxımından alternativ ola bilərdi. Quliyev 1996-cı ildə istefaya və Amerikaya göndərildi və hələ bu günədək də qayıtmayıb. 

Belə ki, yerliçiliyin alternativi olaraq, İsa Qəmbər qapısı açıldı və ta o yerədək böyüdüldü ki, hətta yuxarıda qeyd etdiyimiz kimi Elçibəyi vahid namizəd olmağa qoymadı. Hakimiyyətin əsas alternativi Elçibəyin sağlığında AXCP-Müsavat ola bilərdi, o düsturu da hakimiyyət bilərəkdən dağıtdı.

İkinci mərhələ Əbülfəz Elçibəyin vəfatından sonra 2003-cü il seçkiləri idi. O dövrdə də Əli Kərimli kifayət qədər böyüdüldü. Milli İstiqlal Partiyası ilə müqavilələr və s. Baxmayaraq ki, partiya parçalandı, baxmayaraq ki, İsa Qəmbər həmin partiyanı tanımadı. Lakin bununla belə hakimiyyət müxalifətin birliyini təşkil edə biləcək Əli Kərimli faktorunu ortaya qoydu və o da sona qədər İsa Qəmbərin namizədliyini dəstəkləmədi. Və beləliklə də müxalifətin vahid birliyi bir daha alınmadı. Əgər həmin dövrdə Əli Kərimli Etibar Məmmədovu 2003-cü il seçkilərində dəstəkləməsəydi, müxalifət də vahid namizəd məsələsində heç bir problem yaşamazdı. Amma yox, hər kəsin öz missiyası var idi axı. “Böyük” Əli Kərimli də müxalifətin vahid mərkəzinin yaradılmasına mane olmalıydı. Belə ki, İsa Qəmbər siyasətdə “dəfn” olunandan sonra Əli Kərimli böyüdülməyə başladı. Ta 2013-cü ilin seçkilərinədək bu proses davam etdi. 

İndi isə, təəssüflər olsun ki, hakimiyyət alternativ olaraq İlqar Məmmədovu böyüdür. Böyütməyinin bircə səbəbi var. Ona görə yox ki, İlqar Məmmədovun potensialı kifayət qədər çoxdur və hökmən gəlib prezident olacaq, xeyr, ona görə ki, Əli Kərimli ilə dava edir, arsenalları bir-birləriylə savaşır.
Tarixə eksurs edək. 1992-1998-ci illərdə Müsavatın bütün arsenalı Elçibəyə, Əli Kərimlinin bütün arsenalı yenə də Elçibəyə qarşı döyüşdü. 1998-ci ildən 2003-cü ilədək cəbhənin bütün arsenalı İsa Qəmbərə qarşı döyüşdü. 2013-cü il seçkilərindən sonra İlqar Məmmədov həbsdə olanda və həbsdən çıxandan sonra cəbhənin arsenalı İlqar Məmmədova, İlqar Məmmədovun da arsenalı cəbhəyə qarşı yönəldi. Ənənəvi ssenaridir. Bu ssenari hakimiyyətin ssenarisidir. Bu cür senarilərdən prezident çıxmır, bu ssenarilərdən, olsa-olsa, hakimiyyətin maraqlarını ifadə və təmin edən siyasi konfiqurasiya yaradılır. Necə ki, 1993-cü ildən bu yana gördüklərimiz bütün bu gedişatlardan fərqli deyil. Bu situasiyadan xalq lideri də ortaya çıxmır, bu situasiyadan ən layiqli prezidentliyə namizəd – vahid namizəd də çıxmır. Çıxanların hamısı hakimiyyətin maraqlarından çıxır, hakimiyyətin maraqlarına söykənir. Bunu olduğu kimi qəbul etməyənədək, hakimiyyətin bu oyunlarını görməyəcəyinizədək elə bu labirintin də içində dolanacaqsınız. 

Əslində, Nahid bəy, hakimiyyətə bilirsinizmi nə lazımdır? Bu gün hakimiyyətə lazım olan İlqar Məmmədovun da Əli Kərimlinin də meydanda qalması, böyüməsi və bir-birləriylə döyüşmələri lazımdır. Sizlər də hamınız bu oyunu bilərəkdən və ya bilməyərəkdən davam etməsini təşkil edirsiniz, hakimiyyət planının içərisində yer alırsınız. 1998-ci ildə Rəsulzadə-Elçibəy yolunu getmək istəyənlər İsa Qəmbəri müdafiə edəndə də eynən sizin kimi əsaslandırırdılar. Əbülfəz Elçibəy onu edə bilmədi, bunu edə bilmədi, yenisi lazımdı, yenisi gəlməlidi və s. və i.a

2003-cü ildə Əli Kərimli ilə İsa Qəmbər də bir araya gələ bilməyəndə İsa Qəmbəri “vurmaq” üçün Əli Kərimli tərəfdarları da bu gün İlqar Məmmədovun tərəfdarlaının dediyi eyni arqumentləri deyirdilər. 

Unutmayın, tarixin bütün dönəmlərində bu adamların edə biləcəkləri bundan artıq olmayıb, bu adamlar indiyədək onların boyuna biçilmiş oyunları oynayıblar, oynamağa da davam edirlər. Onlar xalqın boyuna biçilmiş funksiyaları yerinə yetirmək üçün savaşmadılar. Hə, 2013-cü il prezident seçkisində bir namizədə boyundan artıq paltar biçilmişdi, o namizəd də hələ də indiyədək o biçimin altında qalıb, çıxa bilmir. Olsa-olsa, o paltarın enini, boyunu kəsib də öz əyninə uyğunlaşdırmağa çalışır, amma üstündə başqa damğa var…

Xüsusi böyüdülmüşlər düşünməsinlər ki, məhz onların böyüklüyündən bu gün istifadə edib də Azərbaycan problemlərini həll edəcəklər. Vaxtı ilə birinin biri haqqında dediyi bir söz var idi:
“Onlar Azərbaycan siyasətinin sıfırlarıdırlar – kimdən sonra dayansalar, o adamı çox böyüdəcəklər, kimdən önə keçsələr, o adamı 10 dəfə kiçildəcəklər.”
…Bu haqda da növbəti yazıda…

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*