“İMKAN YOXDUSA, BOŞ VƏDLƏRLƏ KİMİSƏ ALDATMAĞIN NƏ MƏNASI?!”

PAYLAŞIN
ramiz tagiyev-4Ramiz Tağıyev xüsusi təqdimata ehtiyacı olmayan siyasi xadimlərimizdən, Milli Azadlıq Hərəkatının əfsanə adamlarından biridi. O zamanlarda SSRİ-nin iqtisadi dayaqlarına ciddi zərbələr vuran, ölkənin nəqliyyat sistemini iflic edən Dəmiryol Tətillərinin təşkilində, sonralar isə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi tarixə düşən 31 dekabr Sərhəd Hərəkatının baş tutmasında və davamlılığının təmin olunmasında əvəsziz xidmətləri, danılmaz şücaətləri olub…
 Amma, nə sirri-ilahidisə, hərəkat dönəminin digər əfsanə adamlarının əksəriyyəti kimi, bu gün Ramiz bəyə də cəmiyyətdə və məxsusən də, çağdaş ictimai-siyasi çevrələrdə münasibət birmənalı deyil. Bir çoxlarınndan fərqli olaraq bir neçə dəfə, uzun vədəli həbs cəzaları ilə qarşılaşıb və ömrünün neçə illərini qazamatlarda keçirməyə məcbur buraxılıb. Amma, bununla belə, o, bu gün də siyasi fəaliyyətdədi və Camımız Azərbaycan Naminə (CAN) Prtiyasinin sədridi.
Siyasi fəaliyyətində və indiki hakimiyyətə    münasibətində, bəzən ziddiyyətli, bəzən də ziq-zaqlarla dolu bir həyat yolu keçmiş Ramiz Tağıyevdən  müsahibə almağı çoxdan düşünsəm də, qismət bu günlərə imiş. Bu arada onunla görüşüb, Azərbaycanın çağdaş durumuna CAN-ın pəncərəsindən boylanmağa çalışdım. Nə alındı, necə alındı, buna oxucular Sərdar Əlibəyli-100əlbəttə müsahibəni oxuyandan sonra qiymət verəcəklər. Amma mənə elə gəlir ki, Ramiz bəydən sorulmalı hesablar da, soruşulmalı suallar da hələ çoxdu və ən yeni tariximizin içində,  istiqlal savaşının tamına, eləcə də müstəqil dövlət quruculuğunun ilk illərinə yaxından şahidlik etmiş bu mübariz insanın deyəcəkləri, deməli olduğu çox şeylər var məcə. Təki bir sağlıq, bir də azadlıq olsun, İnşaalah.
Beləcə, növbəti müsahibim CAN sədri və “Millətim” qəzetinin Baş məsləhətçisi Ramiz Tğıyevdir.

                                                                  Sərdar ƏLİBƏYLİ


 

Ramiz Tağıyev“ƏBÜLFƏZ BƏYDƏ ƏTRAFINDA OLANLARA QARŞI QISQANCLIQ YOX İDİ”

“AXCP-nin BÜTÜN FƏALİYYƏTİ TƏKCƏ ƏLİ KKƏRİMLİNİN GÜNDƏMDƏ ALMASI ÜÇÜN SƏRF OLUNURSA …”

Ramiz TAĞIYEV: LİDERLƏRİN ƏTRAFLARINA HƏDDƏN ARTIQ QISQANCLIĞINDAN MÜXALİFƏTİN SIRALARI KİFAYƏT QƏDƏR SEYRƏLİB”

 

III hissə

–  Ramiz Tağıyevin özü AXCP-nin qurultayına dəvət olunsaydı gedərdimi?

Mütləq iştirak edərdim orda və təbii ki, uğur diləyərdim. Ayrıca da, orda hansısa uğurlu yeniliklər görsəydim, müxalif kəsimin bir nümayəndəsi kimi mən də sevinərdim, yəni qısqanclıqla yanaşmazdım.

–  O zaman, sizcə niyə bu dəvətlər olmadı və Əli Kərimli bu imkanı qaçırdı və müxalif kəsimlə münasibətləri qismən də olsa düzəltmək istəmədi?

Əli-İsa–  Bu sualı ilk növbədə Əi Kərimlinin özü cavablandırmalıdır. Siz bayaq da bir sual verdiniz və mən də onu, qismən də olsa, cavablandırdim.  Söhbət İlham Əliyevin niyə alternativsiz olmasından gedir. Mən Əli Kərimlini, İsa Qəmbəri və bir sıra dügər müxalifət liderlərini nisbətən əvvəldən tanıyıram və bunların daxilindəki mənəm-mənəmliyi, tənqidə dözümsüzlüyü, eqaistliyi və illlələ rəqiblərini, müxtəlif formada qara piarla əzmək istəklərini hər zaman müşahidə etmişəm. Yəni bunların özünütəsdiq üçün əllərində olan imkan budur. Amma bunların əllərində tutaq ki, həbs elətdirmək və ya digər təqib və təzyiq imkanları olmuş olsaydı,  indiki iqtidardan daha çoxunu edərdilər ki, mən də buna yüzdə yüz əminəm. Çünki onların bu günkü fəaliyyətləri də bunu göstərir. Məsələn, tutaq ki, bu gün bunlar Ramiz Tağıyevlə çay içən adamları satqın adlandırıb partiyadan qovurlarsa, demək iqtidarda olsaydılar, həmin insanları xəyanət ittihamı ilə həbsə göndərəcəkdilər. Tuaq ki, Sərdar Əlibəyli illərdi ki, ölkə rəhbərliyini ən üstün səviyyələrdə və ən sərt formada tənqid edir, amma inanın ki, Əli Kərimlini bu formada tənqid eləmək mümkün deyil. Son vaxlarda bir sıra iqtidaryönlü mediada da, bəzən ölkənin ən nüfuzlu məmurları belə tənqid olunur. Ancaq özünü demokrat adlandıran Əli Kərimlinin öz ruporuna çevirdiyi “Azadlıq” qəzetində, onun özünü də, ətrafında olanları da, bircə dəfə də olsun, tənqid edən olmayıb. Amma, tutaq ki, bunların guya bəyənmədikləri “Millətim” qəzetində, Əli Kərimlinin də, ətrafının da mövqeləri dərc olunur, hətta, bəzən onları ya birbaşa, ya da dilayısı ilə dəstəkləyən mövqe yazıları da gedir, bu şəxslərin səhifələrlə müsahibələrinə yer verilir, və sair. Lakin “Azadlıq” qəzetinin öz səhifələrində, Ramiz Tağıyevin, lap elə Sərdar Əlibəylinin, bircə cümləsini, ya da onları təqdir edən bircə yazını dərc eləmək hünəri var, yoxsa yox?

–  Allah qoysa, məndən müsahibə alan olsa bu sualı cabablandırram.

–  Bütün bu məsələlərə baxaraq, bu gün də deyirəm ki, İlham Əliyevin hakimiyyətdə olması,  hələlik ən məqbul variantdır. Amma zaman olacaq ki, mən də İlham Əliyevin də alternativi olduğunu deyəcəm.

–  Ömrümüz bitdi, canımız çıdı axı, o zaman nə vaxt olacaq?

–  O zaman olacaq ki, bu gün quruğuluğuna çalışdığım, Canımız Azərbaycan Naminə Partiyasının, heç olmasa, prezident aparatını doldura biləcək sayda dürüst, saf, əqidəli üzvləri olsun. Yalnız bundan sonra deyə bilərəm ki, bəli mən Ramiz Tağıyev olaraq İlham Əliyevə alternativəm. Ancaq indi o imkan yoxdursa, boşu-boşuna vədlər verməklə, kimisə aldatmağın nə mənası var. Elə bütün siyasətu bu cür pafosa və yalana, saxtakarlığa yönələn təşkilatların, liderlərin ucbatından, məmləkətin durumları indiki hala gəlib, ya da bilərəkdən gətirilib. Baxın, bu gün AXCP-nin bütün fəaliyyəti, təkcə Əli Kərimlinin gündəmdə qalması üçün sərf olunursa və onun lider kimi tanınmasına, üzdə qalmasına xidmət edirsə, təşkilatda ciddi bir komanda yoxdursa, nə də bu komandanın formalaşması yönündə heç bir iş görülmürsə, üstəlik də, uzun illərini bu partiyanın yaşam mücadiləsinə vermiş adamlara da, addımını kənara qoyan kimi, satqın, xəyanətkar damğası vurulursa,  hansı alternativlikdən, hansı ciddi siyasətdən söhbət gedə bilər. Əli Kərimlinin ətrafında nəinki ölkəni, bir rayonu belə idarə edəcək Elçibəyciddi kadr potensialı yoxdu. AXCP-nin son qurultayı da, bir daha onu göstərdi ki, bu aparıcı sayılan müxalifət təşkilatının həm kadr məsələsində, həm də digər vacib, vazkeçilməz məsələlərlə, məxsusən də, çağdaş demokratik ənənələrə münasibətlə bağlı ciddi problemləri var. Dünənə qədər, kadr potensialı baxımından Müsavatda vəziyyət az-çox qənaətbəxş idi ki, onlar da qurultaydan sonra bir-birini inkar elədilər və başlayan dağıdıcılıq prosesi bu gün də davam etməkdədir. Açıq etiraf eləmək lazımdır ki, liderlərin öz ətraflarına həddən artıq qısqanc yanaşmaları ucbatından, son illərdə küllən müxalifətin sıralarını kifayət qədər sanballı insanlar, dəyərli ziyalılar, idarəçilik təcrübəsi olan adamlar tərk edib. Məsələn, bunlarla müqayisədə, Əbelfəz Elçibəyin müsbət bir xüsusiyyəti var idi və bu gün müxalifətin öndə gedənlərinin, hətta iqtidarın üzdə olan bəzi kadrlarının siyasətə gəlişləri və siyasətçi kimi formalaşmaları, siyasi arenaya çıxıb tanınmaları onun ətrafında baş verib. Çünki Əbülfəz bəydə belə şeylərə qarşı qısqanclıq yox idi və Əli Kərimli - Sahib Kərimlibunu etiraf eləmək lazımdır. Ancaq bunlar kimsənin önə çıxmasını nə istəmirlər, nə də buna imkan vermirlər. Baxın, Sahib Kərimli son qurultayda iddia ortaya qoydu və sədrliyə namizəd oldu. Ona qarşı təşkil olunan qaragüruhçuluq mövqeyini də hər kəs gördü. Min nəfərlik zalda adamı fitə basır, yerdən atmaca atırlarsa, bu həmin adamın özünün də, içində iddia yaşadan digərlərinin də, ya birdəfəlik, ya da bir müddətə mövqelərini ya tərk etmək, ya da biryolluq siyasətdən uzaqlaşmaq məcbiriyyətində buraxar.

Ramiz bəy, yaşadığınız dairədən deputatlığa neçə namizəd var, bilirsinizmi ?

Davamı var

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*