“İNANIRAM Kİ, YARIMÇIQ QALAN İŞLƏRİMİZİ DAVAM ETDİRƏCƏK, BÜTÖV VƏ DEMOKRATİK AZƏRBAYCANI QURA BİLƏCƏYİK”!!!

PAYLAŞIN

HAQQ YOLUNDA ÇOX ÇALIŞMALIYIQ, ÇOX FƏDAKARLIQ ETMƏLİYİK”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

X A L Q  C Ə B H Ə S İ -30

Azərbaycan xalqının, türk millətinin özünün qurduğu, millətin özünün olan, onu daha gözəl sabahlara aparan yolun memarı AZƏRBAYCAN XALQ CƏBHƏSİ – AXC-nin 30 yaşı tamam olur. Azadlıq yolunda minlərlə şəhid verən AXC, həm də Əbülfəz Elçibəyin rəhbərliyində M.Ə.Rəsulzadə ideyalarına söykənən milli dövlət quruculuğunun, bütövlük idealının memarıdır. Şəhidlərimuzin ruhu şad, mübarizə meydanında olanların yolu açıq olsun. İnanıram ki, yarımçıq qalan işlərimizi davam etdirəcək, bütöv və Demokratik Azərbaycanı qura biləcəyik. Tanrım yar və yardımçınız olsun.

Türk milləti və islam hümmətinin, bəşəri dəyərlərin adı ilə bağlı fədakarlıq edənə CƏBHƏÇİ deyirlər.

CƏBHƏÇİ ÖZƏLLİYİ – təmənnasızlıq, nəfsin toxluğu, sədaqətli, səxavətli, cəsarətli olmaq, vətən və millət sevgisi, haqq yolunda sona qədər varmaq, novatorluq, ölümün gözünə dik baxmaq, barışcıllıq, ədalətlilik, şəhidlik zirvəsindən qürurlanmaq, başqasına əl tutmaqdan zövq almaq….. və qısası Adam balası kimi adam -İNSAN -MİLLƏT olmaq! Düz 30 ildi bu insanlarla qürur duyaraq yola çixmışam. Sonu zəfər olar, inşallah. Şərəfli 30 yaşınız mübarək olsun əziz qardaş- bacılarım, əziz məfkurə dostlarım.

Bir onu bilirəm ki, yenə məsuliyyət bizim üzərimizdədir. Haqq yolunda çox çalışmalıyıq, çox fədakarlıq etməliyik. Allah güc versin. Bir daha təbrik edirəm!

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*