“İNDİ BELƏ HƏKİMLƏRİN UCBATINDAN O QƏDƏR İNSANLAR ÖLÜR Kİ…” !!!

PAYLAŞIN

“Sadəcə, gördüklərimi qısaca anlatmağa çalışdım.”!!!

“SOS!”!!!

Xəbərlər oxuyuram:

“Yaş həddi gözlənməlidir…”!!!

“Maskasız vətəndaşlar cəzalanır…”!!!

“Covid–19 xəstələri evlərini tərk etməməlidir…”!!!

“Xəstəlik əlamətləri hiss edən kimi təcili yardıma zəng edin…”!!!

Və s. Və i. a…

Çox qəribədir küçədə, marketdə, nəqliyyatda, sağlam olsa belə, tibbi maskasız olanlar cərimə olunur. Amma “Medera” kimi bahalı hospitalda “Covid–19” diaqnozu ilə gələn xəstələr sərbəstdi. Pulmonoloq Ramin Nəriman saatlarla onları gözlədir, hətta bir neçə dəfə analiz vermələrinə nail olur. Yəni, xəstə sabahı gün yenidən gəlməli olur. Sonra nəticələrlə gəlməli olur. Mən də bir-neçə dəfə onun qəbuluna getdim. Və…

Və birdən ayıldım. Adam müalicədən danışmır. Saatlarla vaxt itirmişəm, analizlərin bir-neçəsini dövlət poliklinikasında verməklə 125 manat xərc çəkmişəm, bir kəlmə həkim məsləhəti almamışam. Hələ yenə bir bəhanə ilə məni analizə göndərir. Deyir: “Mən sovet dövrü oxumamışam, poliklinikanın nəticələrini oxuya bilmirəm(???)”. Təbii etiraz etdim. Amma o bahalı hospitalda işləyir – Mederada, mənsə sovet dövründə tikilən dövlət müəssəsində.

Amma qəbulda “gecikmisiz, təcili xəstəxanaya getməlisiz” – dediyi xəstə oturmuşdu, bir neçə saat idi.

“Sizin buna ixtiyarınız yoxdu” – dedim.

Baş həkimi axtardım.Yox idi. Tez evimə gəldim. Səhiyyə Nazirliyinin, TƏBİB- in qaynar xəttinə zəng etdim. Təbii, heç birinə düşmək olmur. Hansı səhifələrə nələrsə yazdım. 

Məni narahat edən Xalqın düşmənləri olub həmişə – Bahalı Hospitallardakı Ramin kimi insanlar.

Dəfələrlə zəng etsəm də heç nə dəyişmədi. İndi belə həkimlərin ucbatından o qədər insan ölür ki….

Bu dediklərimsə, uydurma-filan deyil, gözümlə gördüklərimdi. Sadəcə, gördüklərimi qısaca anlatmağa çalışdım.

Kamalə ABİYEVA

Şair, publisist

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*