“İNDİ BİZİM SÖYLƏDİKLƏRİMİZ GERÇƏK OLUR” !!!

PAYLAŞIN

“Azərbaycanın yüksəlişi Türk Millətinin maraq və mənfəətlərini əsas alan siyasət fəlsəfələri yartmaqla mümkün olacaqdır.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Dəqiq tarixini unutmuşam. Səhv etmirəmsə 2016 cı ildə İsa Qəmbərin başqanlıq etdiyi Milli Strateji Düşüncə Mərkəzinin toplantısında Qarabağla bağlı çıxışımda Azərbaycan üçün o zaman yeni olan fikirlər səsləndirmişdim. Qeyd etmişdim ki,

1. Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etməlidir.

2. Azərbaycan özünü müdafiə etmək üçün Pakistan-Azərbaycan- Türkiyə dən ibarət hərbi siyasi strateji blok qurmalıdır.

3. Rusiyanın 102-ci ordusu Ermənistanda olduğu üçün, Türkiyə Orduları Azərbaycana daxil olmalıdır.

4. Türkiyə Azərbaycan konfederativ birliyi qurulmalıdır.

Həmin toplantıda Vaqif Hacıbəyli istisna olmaqla bütün müxalifət liderləri və təmsilçiləri mənim bu fikirlərimə güldülər, protesto etdilər, qeyri real və avantürist ideyalar adlandırdılar…

Heç əhvalımı pozmadım. Çünki bilirdim ki, tarixdə böyük tarixi atılımları “avantüristlər” həyata keçirir. Böyük tarixi dönüşümləri praqmatiklərin anlamaqda zorluq çəkdikləri “avantürist” lər yaradır. Bax indi bizim söylədiklərimiz gerçək olur. İndi Azərbaycanın bütün milliyyətçi görüşlü siyasətçiləri Türkiyə-Azərbaycan-Pakistan hərbi siyasi blokunun qrulmasını tələb edir. Türkiyə Azərbaycan konfederativ birliyinin qurulmasını tələb edir. Bu Rusiya və Erməni işğallarını durdurmağın, Qarabağı və İrəvanı almağın ən doğru yoludur. Bu Xəzərdə Rusiya və İranı zəiflətməyin ən doğru yoludur. Bu başda Türkiyə olmaqla İran-Azərbaycan-İraq-Suriya-Əfqanıstan-Türküstan-Doğu Türküstan türklərinin birləşməsinin və kürəsəl super güc olmasının ən doğal yoludur.

Arkadaşlar Azərbaycan müxalifətində Türk milli mərkəzli siyasət fəlsəfəsi və anlayışı yoxdur. Liberal kosmopolitizm görüşləri Azərbaycan müxalifətini Qərb-Amerika siyasətinin, stratejisinin, maraqlarının təmsilçisinə və müdafiəçisinə çevirib. Mən Azərbaycan siyasətçilərini xarakterizə etməkdə çətinlik çəkirəm. Yarısı Atlantizmin, yarısı Rusofizmin, yarısı Panfarsizmin, Paniranizmin təmsilçiləridir. Türk millətinin maraqları və stratejilərini mərkəz almayan siyasətlər və Azərbaycan projeləri iflasa məhkumdur.

Azərbaycanın yüksəlişi Türk Millətinin maraq və mənfəətlərini əsas alan siyasət fəlsəfələri yartmaqla mümkün olacaqdır. Türk millətinin kürəsəl super gücə çevrilməsi Azərbaycanın jeokültürəl və jeopolitik-stratejik mövqeyinə bağlıdır. Bu həm də Azərbaycanın milli kadrolarına bağlıdır.

Arkadaşlar özümlə qürur duyuram, çünki siyasətdə dediklərim fikirlər, irəli sürdüyüm ideyalar hər zaman gerçək olur.

Çünki hər zaman millətimin iradəsini və maraqlarını təmsil etməyə çalıştım. Çünki ürəyim hər zaman Türkiyəmizin yanında döyündü. Çünki həm türkük, həm də Türkiyəçiyik. Çünki siyasətdə Türk Millətinin davasını aparırıq, Türk Milləti üçün çalışırıq.

Arkadaşlar hər bir türkün iki vətəni vardır. Həm öz yaşadığı vətəni, həm də böyük Türkiyə.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*