İQBAL AĞAZADƏDƏN MÜBARİZ MƏNSİMOVA DƏSTƏK

PAYLAŞIN

“Türkiyə hökumətindən, həmçinin məhkəməsindən ədalətli addım atmalarını gözləyirəm.”

Fb-NİN GÜNDƏMİNDƏN 

 

Adil QULAMİ 

İqbal Ağazadə Mübariz Mənsimovdan yazdı:

“Mübariz Mənsimovun həbsini və barəsində yazılanları günlərdir izləyirəm. Özünü şəxsən tanımıram, açığı fəaliyyəti barədə də geniş məlumata malik deyildim. Bu bir həftə ərzində xeyli bilgi əldə etdim. Gəldiyim qənaəti sizlərlə bölüşürəm;

Mübariz Mənsimov fəaliyyəti dönəmində xeyli həmvətənlimizə yardım edib, onlara dayaq olub. Xəstələr, aztəminatlı insanlar, o cümlədən Türkiyədə təhsil alan tələbələrimiz zaman-zaman Mübariz bəydən davamlı yardım görmüşlər.

Onun həbsini qətiyyətlə pisləyir, Türkiyə hökumətindən, həmçinin məhkəməsindən ədalətli addım atmalarını gözləyirəm. Çox inanmaq istəyirəm ki, müraciətləri nəzərə alaraq, Türkiyə Cümhuriyyətinin yetkililəri adil qərar qəbul edəcək, Mübariz Mənsimov barəsində həbs qətimkan tədbirini dəyişdirərək, işini davam etdirəcəyinə şərait yaradacaqlar.”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*