İSGƏNDƏR HƏMİDOV “BANDOTDELƏ” APARILIB !!!

PAYLAŞIN

KEÇMİŞ NAZİRƏ SONUNCU DƏFƏ XƏBƏRDARLIQ EDİLİB

Bu gün günorta saatlarında Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) aparılıb.

Bu barədə danışan sabiq nazir bildirib ki, onu AXH-nin fəaliyyətinə və şəxsi çıxışlarına görə saxlayıblar.

İsgəndər bəy olay haqqında bunları deyib:
“Saat 13 radələrində namaz qılıb çıxanda 5-6 nəfər yaxınlaşaraq, mədəni şəkildə bildirdilər ki, Daxili İşlər Nazirliyinə getməliyik. Ancaq yolda hərəkət zamanı gördüm ki, Nazirliyə yox, başqa istiqamətə gedirik. Soruşdum ki, “Bandotdel”ə aparırsınız? Dedilər, bəli. Orada 4 saat 20 dəqiqə mənimlə söhbət apardılar, çıxışlarımla bağlı suallar verdilər. Soruşurdular ki, rayona gedəndə kimlərlə görüşürsən? Dedim, kim salam verirsə, onunla. Mənə bildirdilər ki, yaşlı adamsan, niyə görə xalq hərəkatı yaratmısan? …”.

Sabiq nazir bildirib ki, ona sonuncu dəfə xəbərdarlıq edərək, sərbəst buraxıblar.

————————————————————————————–

P.S.

Fb-NİN GÜNDƏMİNDƏN

AXH rəhbərliyində təmsil olunan siyasi liderlərə, onların ailə üzvlərinə və yaxınlarına qarşı hakimiyyət tərəfindən həyata keçirilən hücumlar, repressiv tədbirlər, təqib və təzyiqlər, prezidentin islahatlara meyilləndiyi haqda cəmiyyətə verilən mesajları alt-üst etməklə yanaşı, onsuz da cana doymuş geniş kütlələrin daha da aqressivlənməsinə xidmət edir.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*