“… İŞİ İŞ BİLMƏZƏ TAPŞIRIR BUNLAR” !!!

PAYLAŞIN

” … harınlamış, qartımış mafioz adamlar nəinki idarəetmədən qovulmalı, barələrində ciddi hüquqi tədbirlər görülməlidir.” !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Elshad MUSAYEV

20 avqust 2019

“Bizdən qabaqdadır  Avropalılar, işi iş bilənə tapşırır onlar”…

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 74 yaşlı sədri Əhməd Əhmədzadə 1967-ci ildən bəri bütün respublika rəhbərləri dövründə yüksək vəzifələrdə çalışıb. Abşeronon rayon XDS İcra Komitəsinin sədri, Füzuli rayon, Şamxor rayon, Şəki şəhər partiya komitələrinin birinci katibi, Quba rayonunun icra Başçısı, Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Meliorasiya və Su Təsərrüfati Komitəsinin sədri və s. kimi iri vəzifələr daşıyıb. 1993-cü ildən bu günə kimi isə respublikanın meliorasiya və su təsərrüfatı bu cənabın tam nəzarətindədir. Amma heç bir iş görmür.

Heç kəsə sirr deyil ki, Azərbaycan kəndlisi on illərdir təsərrüfatını becərmək üçün su tapmır. Ölkənin istər cənub, istər şimal, istər Aran, Muğan və s. zonaları susuzluq üzündən kənd təsərrüfatı məhsullarını becərib başa çatdıra bilmir. Məhsullar susuzluqdan yanıb sahələrdə qalır. Çəkilən zəhmətlər hədər gedir. Qiymətlər qalxır, xaricdən ölkəyə kənd təsərrüfatı məhsulları idxal etmək məcburiyyətində qalırıq.

Xaçmaz, Quba zonasına getmişdim. Susuzluqdan, xəstəlikdən hektarlarla məhsul sahələri məhv olub, digər bölgələrdə də eyni aqibətdir.

Əhməd Əhmədzadə on illərlə yüksək vəzifə daşıyıb, böyük təsərrüfatlar görüb. Məgər bilmir ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün əsas şərtlərdən biri sudur. Çox yaxşı bilir. Adamın ölkəyə, millətə, sadə kəndliyə yazığı gəlmir. Bu cür harınlamış, qartımış mafioz adamlar nəinki idarəetmədən qovulmalı, barələrində ciddi hüquqi tədbirlər görülməlidir.

Kənddəki balaca uşaqlara da bəllidir ki, yayda suyun bol olması üçün ölkənin müxtəlif bölgələrində su anbarları tikilməlidir. Naxçıvanda xeyli su anbarları yaradılıb. Bu nümunə ölkənin digər bölgələrinə tətbiq olunmalıdır.
Belə olsa, biz kənd təsərrüfatı sahəsində xeyli irəli gedə bilərik. Torpağı satın alan Hollandiyanın büdcəsinə 100 milyard dollardan çox vəsait kənd təsərrüfatından daxil olur.

“Bizdən qabaqdadır  Avropalılar, işi iş bilənə tapşırır onlar”…

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*