İSTİQLALÇI MİLLƏT VƏKİLİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

“Qanunsuzluqlarla bağlı  aidiyyətli dövlət orqanlarına müraciətlər heç bir nəticə vermir.”!!!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İlham   ƏLİYEVƏ

Cənab Prezident!

Səlahiyyətli nümayəndəsi olduğum Ülviyyə Abdalova İlyas qızı uzun illərdir ki, Respublika prokurorluğu, xüsusən də, baş prokurorun 1-ci müavini Rüstəm Usubov və baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev tərəfindən mənəvi və fiziki terrora məruz qalır, ona qarşı qəsd törədilir, saxta ittihamlarla barəsində hökmlər çıxarılır, əmlakı əlindən alınır. Bu qanunsuzluqlarla bağlı Ü.Abdalovanın aidiyyətli dövlət orqanlarına müraciətləri də heç bir nəticə vermir. Qanun tanımayan bu vəzifəli şəxslər vətəndaş Ü.Abdalova ilə istədikləri kimi rəftar edir, onu və uşaqlarını öldürməklə hədələyirlər. Bu qanunsuzluqlara son qoymağınızı, R.Usubovun və K.Əliyevin qanuna zidd əməlləri, hətta, adam ölümündə adlarının hallanması, eləcə də sahibkarlıq fəaliyyətləri ilə bağlı məni qəbul etməyinizi, yaxu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri tərəfindən qəbul edilməyimə göstəriş verməyinizi xahiş edirəm.

Mətləb MÜTƏLLİMLİ

İstiqlalçı Millət Vəkili

————————————————————————-

P.S.

Baş Prokurorun müavinləri Rüstəm Üsubov və Kamran Əliyev böyük korrupsiyada

35 591 просмотр

1 Comment

  1. Hörmətli Sərdar bəy, Hörmətli Mətləb bəy, dəyərli dostlarım, hərbirinizi yaxşı tanıdığım üçün yazdıqlarınıza həm təəcüb, həm də təəssüf edirəm. Biriniz sayılıb-seçilən jurnalist, biriniz də kifayət qədər savadlı bə təcürbəli, həm də bu qudurğan rejimin iç üzünnə çox yaxşı bələd olan hüquqşünassınız. Mənim dəyərli dostlarım məyər siz bimirsiniz ki, bu məmləkətin heç bir yerində qanun deyilən şeyin son 25 ildə işlədiyini görən olmayıb. Əgər siz, dəyərli dostlarım bu analoqu olmayan rejimin hər hansı tərəfindəsə qanunla hər hansı bir işin görüldüyü barədə prezidentə, baş prokurora, digər hüquq mühafizə orqanları tərəfindəN qanunların aliliyi rəhbər tutularaq, hər hansı bir işin başa gəldiyi barədə yazsanız, həmin qanunla iş görən qurumun başına yuxarı orqanlar tərəfindən ən ağır cəza verildiyininin, həmin qurumun rəhbərlərinin işdən qovulduqlarının, hətta həbs olunduqlarının şahidi olacaqsınız. Bizim möhtərəm və onun əyan-əşrəfləri qanunların işləməməsi uğrunda, onların ayaqlar altında tapdanması üçün əllərindəki bütün imkanlardan maksimum istifadə edirlər və bu ənənələrinə də son dərəcə sadiqdirlər. Dəyərli dostlarım, mənə inanın və özünüzü aldadıb, belə romantik məktublar yazmaqla qiymətli vaxtınızı itirməyin, əsəblərinizi korlamayın,sizdən kömək uman məzlum insalarımızı da arxayın salmayın.

    Dərin hörmət və ehtiramla.

Leave a Reply

Your email address will not be published.


*