İSTİQLALÇI MİLLƏT VƏKİLİ PREZİDENTƏ “OLACAQLARDAN ŞƏXSƏN MƏSULİYYƏT DAŞIYACAQSAN” – DEDİ !!!

“AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ BİLİRSİNİZMİ NƏLƏR BAŞ VERMİŞDİR?”!!!

“GÖRƏSƏN DAHA HANSI DƏHŞƏTLİ HADİSƏ BAŞ VERMƏLİDİR Kİ, …”!!!

VƏ YA İKİ GÜNÜN DƏHŞƏT SAÇAN ÜÇ STATUSU 

Fb-NİN GÜNDƏMİNDƏN (I status)

Dostlar! Bildiyiniz kimi, mən saxa ittihamlarla cinayət məsuliyyətinə cəlb edilmiş Ülviyyə Abdalovanın səlahiyyətli nümayəndəsiyəm. Dünən Ağır Cinayətlər məhkəməsində bilirsinizmi nələr baş vermişdir? Hakim Mail Bayramov ayağındakı qırmızı çəkələkərlə məhkəmə zalına düşmüş, qızı yaşında olan Abdalovanın saçlarından utub zalda sürüməyə başlamışdır. Təsəvvür edirsinizmi? Bütün məhkəmə iştirakçılarının, eləcə də Abdalovanın 2 körpə uşağının gözləri qarşısında onu küçə söyüşləri ilə söymüş, heç bir qanuna sığmayan daha bir addım atmışdır ki, onun körpə uşaqlarını zorla alıb hansısa uydurma qəyyumlara vermək istəmişdir. Məhkəmə iştirakçıları ürəyi getmiş Abdalovanı zorla hakimin əlindən almış, təcili tibbi yardım çağırmışlar. Bunlar hamısı onun vəkilinin və AN TV kanalının nümayəndəsinin gözləri qarşısında baş vermişdir. Görəsən, daha hansı dəhşətli hadisə baş verməlidir ki, bir çoxlarının vicdanı oyansın, ictimai qınaq hərəkətə keçsin?

————————————————————————————-

“… SUSMAYACAĞIM TƏQDİRDƏ ÖLÜMLƏ HƏDƏLƏNİRƏM”!!!

“MƏNƏ QARŞI SUİ-QƏSD ETSƏLƏR BELƏ, QORXMURAM” !!!

Fb-NİN GÜNDƏMİNDƏN (II status)

Dostlar! 18 dekabr 2018-ci il tarixdə “AzerFreedom”da respublia prokurorluğunda baş alıb gedən qanunsuzluqlardan, cinayətlərdən danışdıqdan sonra mənə qarşı total hücumlar başlamışdır. Prokurorluğun əli ilə səhifəm bloklanıb, bir çox halda dostlar statuslarımı oxuya bilmir, Rüstəm Usubovdan, Kamran Əliyevdən əl çəkməyəcəyim halda ölümlə təhdid olunuram. İş o yerə çatıb ki,sabah,ya o biri gün mənim üzümə saxta zərərçəkən durğuzmaq istəyirlər (guya, kimisə türmədən çıxaraq üçün 100 min (?) pul almışam). Mənə qarşı sui-qəsd etsələr belə qorxmuram, Bu qurum rüşvətxorlar, terroristlər qrupu yox, hər bir vətəndaşın ümid yeri olmalıdır. Bu həyati əhəmiyyətli, müqəddəs işdə hər bir vicdanlı insandan mənəvi dəstək, hüquqşunaslardan isə əməli kömək olacağına inanıram…

————————————————————————————-

“CƏNAB PREZİDENT! MƏNƏ VƏ ABDULOVAYA QARŞI TÖRƏDİLƏCƏK QƏSDLƏRƏ QARŞI ŞƏXSƏN MƏSULİYYƏT DAŞIYIRSINIZ.” !!!

Fb-NİN GÜNDƏMİNDƏN (III status)

Dostlar! Səlahiyyətli nümayəndəsi olduğum Ülviyyə Abdalovaya qarşı prokurorluğun, eləcə də məhkəmənin mənəvi və fiziki terroru davam edir. Azərbaycan Respublikasının Prezidentinə növbəti müraciətimi, sizə təqdim edir, bu terrora qarşı biganə qalamağa çağırıram.

Cənab Prezident! Son bir həftə müddətində 3-cü dəfədir sizə müraciət edirəm. Təəssüf ki, səlahiyyətli nümayəndəsi olduğum Ülviyyə Abdalova kimi mənim də müraciətlərim cavabsız qalır. Görünür, müraciətlərə belə laqeyd münasibətin nəticəsidir ki, yerlərdə şikayətlərə baxılmır, vətəndaşların hüqqları addımbaşı tapdalanır. Müraciətlərimdən sonra mən ölümlə hədələnirəm, Ü.Abdalova isə Ağır ciayətlərə dair məhkəmənin hakimi Mail Bayramov tərəfindən məhkəmə zalındaca saçlarından tutulub sürüdülür. Hər cür ağır küçə söyüşlərdən istifadə edən Bayramov bir daha haqqa-ədalətə yox, prokurorluğa xidmət etdiyini nümayiş etdirir. Vətəndaşların müraciətlərinə, şikayətlərinə belə münasibət bir daha göstərir ki, prokurorluqda, məhkəmədə, digər orqanlarda belə cinayətlər məhz ölkədə cəzasızlıq mühiti olduğuna görə baş verir. Halbuki, siz vətəndaşların hüquqlarını həmişə qoruyacağınıza görə Qurana, Konstitusiyaya əl basaraq and işmisiniz. Bir daha sizə müraciət edir, məni qəbul etməyinizi və yaxud Dövlət Təhlükəsizlik Xidməti rəhbəri tərəfindən qəbul edilməyimə göstəriş verməyinizi xahiş edirəm. Əks halda, mənə və Ü.Abdalovaya qarşı törədiləcək qəsdlərə görə şəxsən məsuliyyət daşıyırsınız.

1 Comment

  1. Hörmətli Sərdar bəy, İstiqlalçı deputat hörmətli Mətləb bəy Mütəmlinin,həyatını real təhlükəyə ataraq ölkəmizdə son 25 ildə baş alıb gedən, normal insan təfəkkürünə sığışmayan anarxiyanın nəticəsində çox saylı, tükürpədən, ən yüksək rannqlı dövlət, hökumət məmurları tərəfindən törədilən saysız-hesabsız ağır cinayətlərdən birini saytınızda kütləviləşdirdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Hörmətli Mətləb bəyin vicdanlı, cəsarətli, ədalətli hüquqşünas kimi tutduğu vətəndaş mövqeyini alqışlamaqla yanaşı, onun cəsarəti qarşısında təzim edirəm, həm də mən, Rəhim Qaziyev istiqalçı deputat olaraq, hörmətli Mətləb bəyin saytınızda getmiş yazısının altında onun(Mətləb bəyin) icazəsilə imza atdığımı rəsmi şəkildə bəyan edirəm. Dövlət səviyyəsində baş verməkdə olan bu ağır,təsəvvir edilməsi çox çətin olan cinayətə qarşı haqq səsini cəsarətlə yükəltmiş, həyatını risqə qoymuş hörmətli Mətləb bəyin haqlı etirazına qoşşulmağa, 43 istiqlalçı deputatlardan həyatda olanların hamısını qoşulmağa çağırıram. Bu gün hamımızın gözləri qarşısında baş verməkdə olan ali vəzifə sahiblərinin törətdikləri ağır cinayətləri görüb susmaq onlarla ortaq olmaq deməkdir, həm də vicdansızlıqdır. Hörmətli, bu gün həyatda sağ qalan-yaşayan İSTİQLALÇI DEPUTATLAR hamımızı bu vandallığa qarşı çıxan, həyatını real təhlükəyə atmiş hörmətli Mətləb bəyin yannda olmaga, onun imzasının altından imza atıb, o haqlı tələbə qoşulmağa çağırıram.

    Hörmətlə və böyük ümidlərlə:
    istiqlalçı deputat Rəhim Qaziyev.

Leave a Reply

Your email address will not be published.


*