İSTİQLALÇI MİLLƏT VƏKİLLƏRİ BƏYANAT VERDİLƏR !!!

“Bizi ciddi narahat edən həm də belə bir təhlükədir ki, … “

Bloqer Mehman Hüseynovun təkrar şərlənməsi ilə bağlı İstiqlalçı millət vəkillərinin

B Ə Y A N A T I

Biz, Azərbaycan Respublikasının müstəqilliyinə səs vermiş bir qrup sabiq millət vəkillləri dərin narahatlıq hissi ilə bildiririk ki, 2 il bundan əvvəl şərlənərək həbs edilmiş Mehman Hüseynov cəza müddətinin bitməsinə 2 ay qalmış yenidən şərlənmiş, ona qarşı daha ağır ittiham irəli sürülmüşdür. M.Hüseynov vaxtilə məhz ona görə həbs edilmişdir ki, dövlət büdcəsini talayan vəzifəli şəxslərin oğurluq yollarla əldə etdikləri mülkləri çəkərək geniş ictimaiyyətə göstərmişdir. Bütün normal ölkələrdə belə ictimai fəallar hakimiyyət tərəfindən xüsusi qayğı ilə əhatə olunur, millətinə təmənnasız xidmətə görə onlar mükafata layiq görünürlər. Gənc blooger M.Hüseynov da ölkədə mövcud olan neqativ hallara qarşı mübarizə aparmış, xalqın sərvətlərini talayan rüşvətxor məmurları ifşa etmişdir. Gənc blooger fəaliyyətində həm də onu əsas götürmüşdür ki, Azərbaycan Respublikasının prezidenti İ.Əliyev çıxışlarında həmişə ictimai nəzarətə xüsusi əhəmiyyət vermiş , belə addımların dövlətçiliyə xidmət etdiyini vurğulamışdır. Bizi ciddi narahat edən həm də belə bir təhlükədir ki, M.Hüseynov hakimiyyətin özbaşınalığına, tam qanuna zidd hərəkətlərinə etiraz olaraq 4 gündür quru aclıq keçirir və bu da faciə ilə nəticələnə bilər. Biz hakimiyyti dərhal M.Hüseynova qarşı saxta ittihamı ləğv etməyə, onun pozulmuş hüquqlarını bərpa etmyə çağırırıq. Eyni zamanda, blooger Mehman Hüseynova müracit edərək israrla xahiş edirik ki, özünün ağır durumunu nəzərə alaraq aclığı dərhal dayandırsın.

İmzalar

Mətləb

MÜTƏLLİMLİ,

Rəhim

QAZIYEV,

İsgəndər

HƏMİDOV

İbrahim

İBRAHİMLİ

1 Comment

  1. Rehim beyin kecirdiyi aclikla bagli aksiyalari yasamisik ve bizim melek anamiz ogluna Azadlik radyosuyla Cox mudrik bir mesaj yolladi ve Allahin sevimli qulu Rehim bey her gun qulaq asirmis “ azadlig”in verilislerine, “ Sen mubarize aparmak ucun guc toplamalisan, ogul basla yemeye!”!Heqiqeten bu mesaj cox tesir eledi Rehim beye. Mehman dayandir acligini! Icaze ver anan sakit uyusun, sen guc topla mubarizen ucun! Mence milyonlarca azeri qadinlarini sevindirerdin! Mubarize yolunda sene ugurlar!!!

Leave a Reply

Your email address will not be published.


*