“İSTİQLALÇILARIMIZI 30 İLLİK YUBİLEYLƏRİ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRƏM”!!!

PAYLAŞIN

AXC  Azərbaycan xalqına azadlıq yolunu göstərdi və bu yolla inamla addımlamağı Azərbaycan gəncliyinə tövsiyə etdi.

 

ALDP sədri Fuad Əliyev AXC-nin yaranmasının 30 illiyilə bağlı Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb

Təbrik məktubunda deyilir:

“Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycanın yenidən istiqlaliyyət qazanmasında, müstəqilliyinə qovuşmasında xalqla birlikdə mücadilə edib. Bu mücadilənin nəticəsində Azərbaycan xalqının  mövqeyini, mübarizliyini, əzmkarlığını bir daha dünyaya bəyan edib. 

AXC  Azərbaycan xalqına azadlıq yolunu göstərdi və bu yolla inamla addımlamağı Azərbaycan gəncliyinə tövsiyə etdi. AXC 1992-ci ildə ölkədə hərbi, sənaye, iqtisadi, təhsil və digər sahələrdə təkrarolunmaz islahatlara imza atıb. AXC-nin bir illik hakimiyyəti dövründə qəbul edilən qərar, sərəncam və fərmanlar yalnız xalqın, millətin gələcəyinə, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin möhkəmlənməsinə yönəlib.

Bir daha istiqlalçılarımızı 30 illik yubileyləri münasibətilə təbrik edir, Azərbaycannın bütövləşməsi, qüdrətlənməsi, ölkəmizdə demokratiyanın bərqərar olunması, torpaqlarımızın işqaldan azad olunması yolunda həmrəy olmağımızı arzulayıram.

Hörmətlə:

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri”

 

ALDP Mətbuat Xidməti

14.07.2019

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*