“KƏNARDAN TABUTUNA DURUB BAXAN MƏMLƏKƏT”!!!

PAYLAŞIN

“Bəxti bir-iki yol qumara çəkdik,
Onda da ağıldan zaylar apardı.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Bir gün urus çaldı, bir gün ingilis,
Bizi yuxulara laylay apardı.
Torpağı özümüz yağıya verib,
Sonra da dedik ki, haylar apardı..

Çox qızıl vardı ki, zatı misiydi,
Bəstəkar, dirijor pisin pisiydi,
Böyüklər hamısı pay hərisiydi,
Onunçün bu yurdu paylar apardı.

Yıxıldı qürurum, dağıldı binam,
İçimdə heç kimə qalmadı inam,
Gah şəhid ağladıq, gah da ki imam,
Bütün ömrümüzü vaylar apardı.

Vətən sevgisini damara çəkdik,
Dərdi sığallayıb tumara çəkdik,
Bəxti bir-iki yol qumara çəkdik,
Onda da ağıldan zaylar apardı.

Yüz öpüb, yüz əmib, yüz əlləşdirib,
Mindilər bu yurdu gözəlləşdirib,
Külli-Qarabağı özəlləşdirib,
Görünməz həftələr-aylar apardı…

Çəkilib gedəcəm mən də bir azdan,
Bu əyri qoşmadan, bu qəmli sazdan…
Qorudum özümü Kürdən-Arazdan,
Məni saymadığım çaylar apardı…

——————————————————————————-

“İndi biqeyrət, biar,
Çox kişi gündəmdədir.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Ləbləbi ləbdən düşüb,
Ləb də ki,təbdən düşüb,
Ac kişi dəbdən düşüb,
Tox kişi gündəmdədir.

Tanrı gedib yoxluğa,
Bax, dəxi bir çoxluğa,
Qoy özünü loxluğa,
Lox kişi gündəmdədir.

Qiymətə minmiş xiyar,
Hökmü-zərü ixtiyar,
İndi biqeyrət, biar,
Çox kişi gündəmdədir.

Dərd bizi həp çulladı..
Hər nə ki, var pulladı,
Var kişi qeybulladı,
Yox kişi gündəmdədi.

Gündü keçir oxxay,oxx,
Can şirindi,həm də çooxx,
Etdirəcək “hendi xox”x
Xox kişi gündəmdədir.

Beyni peyin,altı miz,
Boşkaqarın,enli diz,
Boynu kərən,burnu biz-
Ox kişi gündəmdədədir.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*