KİM HAQLI? KİM HAQSIZ? DUYUB BİLƏN YOX!!!!!!

PAYLAŞIN

Dəmir GƏDƏBƏYLİ

dəmir gədəbəyli

GӘL BAŞ AÇ !

Son durum…

 

Eldar M.llham Əliyev
Müdrüklər içində müdrüksənsə sən,
Oğulsan gəl baş aç, bu həngamədən!
Günün olayları zülmət, qaranlıq,
Gedir ötən günə xəyal bir anlıq!
Nədən can-ciyərlər düşmənə dönür?
Qapılar bağlanır? Ocaqlar sönür?!
Min yalan uydurur hər yoldan ötən,
Doğrumu? Yalanmı? Mat qalmışam mən…
Yağı Qarabağda meydan sulayır,
Bunlar pul üstündə qana bulayır;
Dünənki dostunu, can sirdaşını!
Aqillər itirib, gəzir başını!
Millətin gündüzü gecədən qara,
Ehtiyac hamını çəkir min dara!
Dünəndə qalıbdı kişilik, mərdlik,
Baş alıb hər yanda gəzir namərdlik!
Kim haqlı? Kim haqsız? Duyub bilən yox,
Aləm yas içində, üzü gülən yox!
Ziyalı qorxudan yumub gözünü,
Alimlər, şairlər udur sözünü!
Qovan da, qaçan da ya Allah deyir!
Şübhə insanları içindən yeyir!
Zaman nəfəs kəsir, çox yavaş gedir,
Düşmən sevindirən, bir savaş gedir!

 

MTNMTN işi kollajMTN işi kollaj-1MTN işi kollaj-2

 

 

 

 

 

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*