KLASSIK  XALQ  CƏBHƏSI  PARTİYASI “OPERATİV QƏRARGAH”A MÜRACİƏT ETDİ

PAYLAŞIN

“Tətbiq olunan hazırkı qadağalar, Siyasi Partiyalar Haqqında Qanuna, Siyasi Partiyaların  Ədliyyə Nazirliyində təsdiq olunmuş Nizamnamələrinə ziddir …”

31 Avqust  2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, Nazirlar Kabineti yanında qanuni  əsası olmadan fövqaladə salahiyyət verilmiş Operativ Qərargaha müraciət qəbul  olunmuşdur.

 Müraciətdə deyilir:

“Azərbaycanda koranavirus pandemiyası ilə bağlı  karantin tədbirləri 2020-ci ilin Mart ayından başlamış, fəaliyyətlərin  kəskin məhdudlaşdırılması bu gün də davam etməkdədir.

Dünyanın əksər ölkələrində bir çox fəaliyyət növlərinə icazə verilsə də, Azərbaycanda  bu hal hələ də, nəzərə çarpmır. Qanuni əsası olmayan, fövqaladə səlahiyyət sahibi – Operativ Qərargah  müxtəlif quruluş və strukturları daha çox məhdudlaşdırmaq, qapatmaq və cərimələmək tədbirləri  əsasında  fəaliyyət göstərir. Bu taktika və  strategiya,  ölkədəki bütün ictimai-siyasi, iqtisadi, təhsil, sosial, mədəni və idman fəaliyyətlərini iflic  etmək üzrədir. Bu məhdudiyyətlərin  qısa müddətli aradan qaldırılması,  dərhal, daha sərt qadağa və cəzalarla əvəzlənmişdir.

Bütün hərəkətlər ictimaiyyət üçün  tam qiymətləndirilmir, baş verən hasdisələr:

– yoluxanların sayı, dəqiq ərazisi, həyatını itirənlərin şəxsiyyəti  naməlum olduğundan ciddi suallar doğurur.

Dünyada baş verən pandemiyanın insan sağlamlığı üçün təhlükəli  təsir ehtimalları, bu şəraitdə ölkə əhalisinin daha az ziyan çəkməsi  niyyəti ilə, bütün Siyasi Partiyalar, QHT-lər və ictimai təşkilat nümayəndələri baş verənləri  anlayışla qarşılamış, qadağalara  etiraz etməmişlər.

Klassik Xalq Cəbhəsi Partiyası,  bütün baş verənləri  bir daha qiymətləndirərək bəyan  edir:

–  yarım ildən çox  davam edən karantin tədbirləri zamanı, həyata keçirilən tədbirlər və yumşalmalar daha çox ticarət və iaşə obyektlərinə aiddir;

– ictimai siyasi qurumların, siyasi partiyaların struktur və  fəaliyyəti nəzərə alınmır;

– sərt karantin dövründən qalmış, aradan qaldırılmamış toplantı və tədbirlərin keçirilməsinə tətbiq olunan hazırkı qadağalar, Siyasi Partiyalar Haqqında Qanuna, Siyasi Partiyaların  Ədliyyə Nazirliyində təsdiq olunmuş Nizamnamələrinə ziddir, cari işləri tənzimləyən Əsasnamələrin və normativ  aktların ölkə üzrə həyata keçirilməsini  mümkünsüz edir;

– Dünya ölkələrinin,  xeyli müddət əvvəl, məsafə, təmizlik, maska və sair vasitələrdən istifadə edərək, anlaşılan, ağla batan qaydalarla  bu problemli sahələri  tənzimlədiyini;

– Müxtəlif ölkələrdə, qapalı yerlərdə 20 nəfər, açıq havada 40-50 nəfərin iştirakı ilə (qoruyucu vasitələrdən və dezinfeksiya tədbirlərindən istifadə nəzərdə  tutularaq) rəsmi tədbirlərin həyata keçirilməsi  təcrübəsini   məqbul sayaraq;

– Türkiyədə  müvafiq qurumların açıq havada qurultay keçirilməsinə icazə və şərait yaratmasını nəzərə alaraq;

– Klassik Xalq Cəbhəsi Partiyası Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Operativ Qərargaha,  Siyasi Partiyaların, ictimai təşkilatların fəaliyyətinin davam etməsinə  şərait yaradan  Qaydalar hazırlanmasına ciddi zərurət və tələbat yarandığını bəyan edir. Bu məsələyə ən yaxın və qısa müddətdə baxılması, uyğun bir qərar qəbul edilməsi zərurəti var.

KXCP, ehtiyac olduğu halda, öz yardımını və təklifini etməyə hazırdır”.

 İdarə Heyətinin yığıncağında,  mövcud ictimai- siyasi  vəziyyət müzakirə edilmiş və iqtidarın  yanlış – yarıtmaz siyasətinin  mahiyyətinə  etiraz   bəyanatı  qəbul edilmişdir.

31  Avqust  2020-ci il.                                

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*