KOLXOZ QURUCULUĞUNDA ALIŞANOV TƏCRÜBƏSİ !!!

Sərdar ƏLİBƏYLİ

VƏ YA, “KƏNDXUDANI GÖR, KƏNDİ TALA”!!!

 

Namizad SAFAROV 03 mart

“Tanış olun: AzTV-nin sədri Arif Alışanovun istintaqa verdiyi ifadəsidir:

“2012-ci ildən 2016-cı ilədək, hissə-hissə qardaşım Habil 200 000 manat, yeznəm Vidadi 200 000 manat, qaynım Etibar 1 800 000 manat, qaynım Natiq 3 500 000 manat, özüm isə 500 000 manat – cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik…”

Allah xeyir versin, cənab Alışanov. Narahat olmayın, bu ifadəyə görə heç kim sizə “gözün üstə qaşın var” deməyəcək. Bu ölkədə sahibkarlıq və bizneslə elə məmurlar məşğul olur da.. Sizin onlardan nəyiniz əskikdir ?!” 

Oxudunuzmu, yəqin deyəcəksiniz burda maraqlı nə var ki, zatən Azərbaycanda ayrı cür olsayd təəccüblü olardı. Amma elə də deyil, indi mən deyim siz də qulaq verin və görün burda nə qədər maraqlı nüanslar var. Sən demə biz fil qulağında yatmışıqmş. Ayə, bə bu “anti-milli ünsürlər”deyillər ki, Azərbaycanda islahatlar getmir, korrupsiyaya qarşı effektiv mübarizə aparılmır, işsizlik, yoxsulluq,  aclıq və səfalət tüğyan edir?! Bə islahat getmirsə, Alışanov axmaq-zad deyil ki, tayfa-toluğunun ətək-ətək pularını göyə sovursun. Etiraf edək ki, axmaq bir adam özünə də tayfasna-toluğuna da bu qədər para qazandıra bilməz, sonra da o pulları,  karlı çıxacağı bəri başdan bəlli olmasa, kənd təsərrüfatı(oxu: “kolxoz quruculuğu”) və turizm kimi, indi modda olan sahələrə yatırmazdı. Yəni adam sadəcə bir adam deyilmiş, həm də ağıl dəryasıymış…  

Korrupsiyaya qarşı effektiv mübarizə aparılmasaydı, korrupsionerlər Alışanovun özünə və  tayfasına  bu qədər para toplamaq inkanı verərdilərmi? İndiyə qədər Çodarovnan MTN-in canavarları onun dərisinin altındakı piyə qədər soyub,  ozünü də bir dəri, bir sümük edərək, Edar Mamudovun qulu-köləsi eliyərdilər. Ki, indi  heç istintaqa-filana da hacət qalmazd. Hələ bu biri yanda Fazil Məmmədovun töycü ustaları da vardı ki, Alşanovu biyara işlədən kimi işlədərdilər, xeyri şərini ödəməzdi heç. Amma bizdə Korrupsiyaya Qarş Mübarizə İdarəsi var və onun şanlı qladiatorları özlərini şəhid eliyərlər, ancaq bi məmləkətdə  kimsənin korrupsiya qurbanı olmasına könülləri razı gəlməz.   

İşsizlik haqqında deyilənlər də blefdi, Alşanovun tayfasnın pullarını təkcə sayıb dəstələməyə və ora-bura  daşımağa, neçə işçi, hesablayıb başa varmağa neçə buxalter lazımdı. Alışanovların  və onların tayfa-toluqlarnın sayı bilirsinizmi nə qədərdi Azərbaycanda? …

Bu informasiyanı oxuyandan sonra cənab prezidenti:

“Bizdə işsizlik və iş problemi yoxdur, işləmək istəməyənlərin problemi var”

– dediyinə görə qınamaqdan vaz keçdim.

Məzahir Pənahovu da:

“Milyon yarım iş yeri açılıb”

–  dediyinə gögə çox qnamışdım, indi anladım ki, adam bizim hesaba almadığımız, ala bilmədiyimiz çox şeyləri bilirmiş. Bə nədi, atalar ona görə deyiblər ki, oxumuş adam ayrı şeydi.  Biz hardan bilə bilərdik ki, bunların özlərinin və tayfalarnın təkcə pul təsərrüfatlarnı idarə etməyə minlərlə adam gərəkmiş, on minlərlə adam da, o biri təsərrüfatlarnda çalışır əlbəttə ki. Hakimiyyətin qoltuğunda yatıb-duranların, arxa bağçalarda nələr əkib, nələr biçdiklərini bilə bilmək də kimsəyə asan görsənməsin. Adamlar işçidən çox “axran”ı bə niyə saxlıyıllar ki?  Hələ ölkədən kənarda da bunların sayi bilinməz qədər nələri var, nələri ki, onların da hərəsinə, çox yox, bircə dənə də olsa, güdükçü lazımdı, ya yox. Belə hesaba vuranda “Mükəmməl Səssayma Kolxozu (MSK)”nun sədri hələ insaflı deyib və ən azı səslərin, pardon, iş yerlərinin sayını yarıbayarı azaldıb.  Neynək ki, onun da bu sahədə təcrübəsi çoxdu, istədiyi rəqəmi azalda, istədiyi sayı artıra bilir.  Hətta lazım gəldimi, faizləri “101” in üzərinə də qaldırmaq problemi yoxdu onun. Yeri gəlmişkən, nə sirri-ilahidirsə, bu kimi işlərdə lazım tez-tez gəlir və hər yerdə bunların əmrinə müntəzirdi. Amma Qarabağ məsələsinə gələndə, o zındığın balası da bir əppək olub göyə çəkilir…

Bu yöndən, o boyutlardan baxanda,  “yoxsulluq”, “aclıq”, “səfalət” kimi arxaik sözləri əllərində bayraq, dillərində əzbər edən “anti-milli ünsürlər”ə də nifrətim birə-beş artdı. Yaşasın Alışanovlar  və oların tayfa-toluğu, “anti-milli ünsürlər”ə ölüm. Kommunizmin tam və qəti, kolxoz quruğuluğunun əbədi qələbəsinə doğru ALIŞANOVLARLA İRƏLİ!!!

Namizəd bəy də gəldiyi nəticədə çox haqlıdı, necə deyərlər, kəndxudanı gör, kəndi tala… Amma bir məsələdə Namizəd bəyə də ciddi etirazda bulunmaq zorundayam. Bilirsinizmi niyə? Adam durub Allaha göstəriş verir ki,  Alışanova xeyir versin. Allah özü bəyəm birmir ki, kimə xeyirə, kimi də şərə calamaq lazımdır? Qurban olduğum zatən yapdığnın yapmış və Alşanov da o YAP(ılan)la bu dünyada cənnət quşu kimi qanad açıb uçur, Azərbaycanda qonmadığı ərazi, əl qoymadığı rayon qalmayıb. Tak çto, Namizəd bəy, lütfən hədinizi bilin, Allahı da dəqiqəbaşı ortalığa gətirib, başnı ağrıtmayın. Biz kimik, məclis onun məclisidi !!!!!!!!!!!!    

 

 

1 Comment

  1. Bu quduz it yüzlərlə ömrünü vermiş AzTv-nin təcrübəli mütəxəssisləri səbəbini bildirmədən kütkəvi şəkildə işdən çıxarıb ailələrini çörəksiz qoydu! Ömrünü , təcrübəsini sərf etdiyi işindən alışanov təhqiramiz surətdə, yəni heç nəədən xəbəri olmayan, işə gələn işçilər komitəyə polislər tərəfindən buraxılmadılar. Yəni qapıdan içəri buiraxıkmadı! Qapıda Yaqub adlı nəzarətçi polis (hazırda alışanov onu kadr rəisi qoyub) yüzlərlə əməkçiya artıq işdən azad olduqlarını bildirərək alışanovun ona verdiyi siyahını göstərdi vəssalam, belə hörmətsizliklə yüzlərlə ailənin çörəyini kəsdi bu milyonlar səltənətinin şahı!!! İndi də utanmadan Tele kanalını özəlləşdirərək, telejurnalistikadan , ümumiyyətlə hər hansı savaddan məlumatı olmayan
    nəsli üçün özəlləşdirərək, (ğzlərindən başqa baxılmayan)Tele kanalı bütövlüklə özəlləşdirərək yararsız hala salan bu adamın (adam demək olarsa) tayfa-toluğu üçün özəlləşmiş,dövlətin milyonlarını məbimsəyibmiş! Dəhşətdir! Bunun hələ məhkəməyə tutmağa üzü varmı?! Hələ Bakının Fatmayi kəndindəki villalarının hansı pulla tikildiyi məlum deyil! Yazılıb cəmiyyətə bildirilməli o qədər alçaqlıqları var ki!!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published.


*