“KOR ATIN KOR DA NALBƏNDİ OLUR” !!!

VƏ YA ANALOQLU SİYASƏTLƏ ANALOQSUZ SİYASƏTİN FƏRQİ

———————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

——————————–

 

İctimai nəqliyyatda gedişhaqlarınn qaldırılması ilə Azərbaycan, bünyəsində ciddi fəsadlar bulunduran yeni bir sürəcə girdi. Qafalar qarışdıqca qarışmaqda davam edir. Hər ağızdan bir avaz gəlir. Yandaş medianın efirlərini dolduran qafillər və cahillər sürüsü də orda-burda, sosial şəbəkələrdə və xəbər portallarında ya bilərəkdən, ya da bilməyərəkdən olub-bitənlərlə bağlı müdhiş açıqlama və bəyanlarda bulunmaqdadırlar. Məsələn, uzaq qohumlarıın və yaxın qonşularının belə, nə düz-əməlli tanıdığı, nə də ilərdən bəri səsini duyduğu deputat Aydın Hüseynov adlı birisi görün nə deyir:

“VƏTƏNDAŞLAR DÖVLƏTİN XƏRCLƏRİNİ BÖLÜŞMƏLİDİR” –

“10 QƏPİK BÖYÜK ARTIM DEYİL…”

Adam ya məsələnin mahiyyətini anlamır, miqyaslarını dərk eləmir, ölkənin durumunu bilmir, əhalinin vəziyyətindən xəbərsizdir, ya da özünü gic yerinə qoyub, camaata “cırıq üçlük” sırıdğnı düşünür, “paçka” basır. O da ayrı bir məsələdir ki, ağlı, İlham Əliyev demiş, iki uzunqulağın arpasını bölməyə yetməyən bu qafil qafalı cahil adamcığaz necə və niyə, kimin hesabna deputat kürsüsünə oturdulub. Bax əsas məsələ də budur, problemlərimizin kökü burdadır…

“Kor atın kor da nalbəndi olar” deyiblər ya, zira, qaba zora dayanan rejimin yaratdığı, ağıldışı zehniyyətlə idarə olunan,  yaytaqlıqla yalanı dövləy siyasəti səviyyəsinə qaldırmış çürük sistemin də, belə qafil və cahil deputatı olar…

Bu arada, o, belə gic-gic danışan və ətrafa axmaqlıqvə yaltaqlıq, ya da vurdumduymazlıq sovuran tək adam, tək parlament üzvü, tək hökumət yetkilisi, tək hakimiyyət görəvlisi deyil. Hardasa, çox cüzi istisnalarla, bu konuda danışanların tamamı  elə bu ağıldadır. Sağduyu anlamına gələn tək bir açıqlama, tək bir səs-səda yox, sanki millətin və dövlətin qəsdinə durublar. Amma bu duruşun düyməsinə basan kim(lər)di? Əsl cavablandırılmalı sual da budur. Yoxsa özünü-sözünü bilməyən bu və bu kimi qafilllərin və cahillərin nəyi, necə və niyə deməsi, həmçinin də onlarla uğraşmaq nə durumu dəyişəcək, nə də tarix qarşısında və dünyanın gözləri önündə başmızı endirən sərsəm gedişi durduracaq !!!!

Yeri gəlmişkən, bu gün hardasa oxudun ki, Estoniyada hökumət istimai nəqliyyatn hücrətsiz kullanılması haqda qərar alıb. Bir müddət öncə də, Belarusda kommunal xərclərin iki dəfə endirilməsi barəsində məlumat oxumuşdum. İştə, analoqlu inkişafla, analoqsuz inkişafın fərqi də bu kimi xəbərlər olsun gərək…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*