“KÖRPƏ NƏRMİN ÖZ FACİƏSİ İLƏ AZƏRBAYCANA XİLAS YOLUNU GÖSTƏRDİ” !!!

PAYLAŞIN

“Prezident  və  1-ci vitse-prezident  daim  problemli  vətəndaşların yanındadır”(mı?)!!!

Dondar  Quşçudakı  qanlı olay bütöv  Azərbaycanın  faciəsi, hökumətin   fiaskosudur.

İstedadınıza  bərəkallah  Xoşqədəm  və “Xəzər”  televiziyası. Məqsədimizə  çatdınız, indi  aylarla yox, illərlə  teleməkanı  zibilləməyə imkan  əldə  etdiniz.  Əzilib-büzülün, sadəlövh insanları qəm, kədərlə yükləyərək, dünya  səyahətinə  göndərin. “Dərə Xəlvət – tülkü bəy”  deyimindən  yararlanaraq, öz  qara  işlərinizi davam  etdirin.

Sahibsiz ölkə,  cinayətkar Hökumət!

Tovuzun  Dondar  Quşçu  kəndinin  Donqarı  göründü. Baş vermiş hadisə  sıradan olan hadisə deyildir. Korrupsiya və rüşvət üfunəti qoxuyan milli faciədir.

YAP qaragüruhunun faktiki rəhbəri sayılan Əli Əhmədovun “Prezident  və  1-ci vitse-prezident  daim  problemli  vətəndaşların yanındadır” – deyimini təkrarlamaqla,  dilini qabar  etməsi  də,  xalqa  yalan  satmaqdan  başqa   bir  şey deyildir.

Körpə  Nərmin  öz  faciəsi ilə  Azərbaycana  xilas  yolunu  göstərdi, ayılın dedi.

Qalır  bundan  nəticə  çıxarmağa. Baş vermiş qanlı  olay,  özünü  şüur sahibi  bilərək, yer üzünün  əşrəflərindən  hesab  edilən   hər kəsi,  sözün birbaşa  mənasında, 12 ballıq  zəlzələdən   də möhkəm   silkələdi – “ŞOK”-a saldı. 48 gün  əvvəl  kiçik  bir kəndin  daxilində ( bu kənd   vəhşilərin   vətənindən  çox-çox uzaqda,  iqtidarının  sivil, dünyavi elan  etdiyi  bir ölkənin  demək  olar ki, tən ortasındadır.  Bura  yadplanetlilərin  təşrif  buyurduğu barədə məlumat yoxdur. – T.B.) Yadellilərin də hücumu haqda  heç bir məlumat alınmamışdır. İtkin  düşmüş  məsum  bir  qız uşağının meyidinin  tapılmasını ölkənin DİN,  Baş Prokrorluq  və  DTX-sının həqiqi  rəhbəri  Xoşqədəm xalqa elan etdi. Çox  mürəkkəb  kriminagen  şəraitin, hərc-mərcliyin, müxtəlif  qüvvələrə mənsub  silahlı   birləşmələrin nəzarətində  olan  kiçik  bir  kənddə  vətəndaşın  meyidinin  tapılaraq,  valideynlərinə qaytarılmasında özünün də müstəsna xidmətlərinin olduğunu  1№ altında  qeyd  etməklə,  nazir  Vilayət  Eyvazova  sonsuz  sayda  təşəkkürlər  etdi və qeyd  elədi ki, respublikanın,  baş  prokrorluğunun,  Ədliyyə Nazirliyinin, Fövqalədə  Hallar  Nazirliyinin    (kinoloq  körpəklərinin   sahibi  kimi)  xidmətləri  təqdirəlayiqdir və ölkə başçısına  işarə vurdu ki, bunların  mükafatlandırılmasını təxirə salmasın…Mən  məcburam ki, bir  məsələyə çox şübhə ilə  yanaşdığımı ülyahəzrət Xoşqədəmə  bildirim. Ali baş  Komandan  çox çətin ki, “him-cim”inizə diqqət yetirsin və arzusunda olduğunuz kimi dəyərləndirsin.

Şübhələrimin əsasları üçün elə arqumentlər söyləyərəm ki, hətta   hər  sahədə xüsusi istedad  sahibi  olduğunuzu dilə   gətirməkdən  yorğunluq  hiss etmədiyiniz halda, matınız-qutunuz  quruyar.

İlham Əliyevin  sağ əli ( nən  bilim  bəlkə  də sol)  hesab  edilən  Zeynal  Nağdəliyev   haradasa,  bir  ilə yaxın vaxt  bundan əvvəl, elan etdi ki, Azərbaycan  sevinməlidir ki, onun möhtərəm saydığı prezident,  ölkədə  dövlət  dilinin  əlifbasını  tam həcmdə  əxz etmiş   və vətəndaş   ərizələrini  oxumağa  başlamışdır…

Açığını etiraf  edirəm ki,  bu, məni – 20 ilin  dövlət  qulluqçusunu, 2015-ci ilin  aprelində   dövlət  üçün xüsusi  əhəmiyyət  daşıyan tapşırığın  icrası zamanı, daim ikinci şəxsin  köməyinə  ehtiyacı  olan  1-ci  dərəcəli  əlili, hədsiz  dərəcədə  sevindirdi. Çünki   mən anladın ki,  ölkə başçısının kreslosunu 16 il  bundan  əvvəl mənimsəmiş  və  ermənilərin Azərbaycan   torpağından geri çəkilmək  istəmədiklərindən  nümunə götürərək, ölkənin “Ağ ev”indən  çıxıb getmək istəməyən  İlham Əliyev ərizələrimə niyə cavab  vermir? Sualıma  cavab tapmış oldum. Deməli bu kişidə heç bir  günah  yox imiş.  Əsas günahkar Azərbaycan Əlifbasıdır. O qədər qəlizdir ki, möhtərəm Əliyev ölkəyə başçılıq etdiyi hər il ərzində 32 hərfdən ikisini, yaddaşına  həkk etdirə bilməmiş, (YAP-ın  canfəşanlığı, yaltaqların yalmanmaqları da müsbət  nəticələnməmişdir. – T.B.). Yekunda isə  mən  İlham  Əliyevin “lyubimçik”i (bunun səbəblərinin aydınlaşdırılması üçün  göstərdiyimiz cəhdlər  boş çıxdığından, Türkiyəli mütəxəssis qardaşlarımıza müraciət etmişik.  Sumqayıtın ŞİH  başçısı Zakir Fərəcov tərəfindən iki il  bundan əvvəl evimin giriş qapısına girişi zəbt etdirilməsi barədə  yazmış olduğum ərizələrdən birini oxuyacaqdır.

Ölkə Konstitusiyasına və Müqəddəs Qurani-Kərimə içdiyi andı ( yaxın gələcəkdə bu yalan ona çox baha başa gələcək – T.B.) yadına salacaqdır.  Nəhayət ölkə vətəndaşının ağır zəhmət hesabına tikdirib istifadəyə verdiyi evdən  istifadə  etməsini əngəlləmiş və  onun hüquqlarını   tapdalamağa   cəsarət  etmiş Zakir  Fərəcova  və onun  havadarlarına  qarşı  adekvat   tədbirlər  görülməsini  təmin  edəcəkdir.

Azərbaycan  xalqı  bu gün  əsl  matəm  içərisində  olmalı, Dondar Quşçu  faciəsi  layiqli qiymətini almalı, ağır cinayət kimi dəyərləndirilməli, vəzifə səhlənkarlığına yol verənlərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir. İtkin düşən qızcığazin tapılmasına 48 dəqiqə ayrılmasına belə əsas olmadığı halda, ölkənin hüquq mühafizə orqanları 48 gün müddətinə heç bir iş görə bilməmişdir. Bu ölkədə tam hakimiyyətsizliyin hökm sürdüyünün nəticəsidir. Oxucuların yadına salıram, Rövnəq Abdullayev 30 nəfərdən artıq neftçini köpək balıqlarına yedizdirdi, Etibar Piriverdiyev ölkənin enerji sistemini darmadağın etdiyindən, yüzlərlə insan ziyan çəkdi, ölkənin iqtisadiyyatı çökdürüldü. İlham Əliyev dövlət komissiyaları yaratdı. İndi İlham Əliyevin yadına salıram ki, Azərbaycan cəmiyyətinin həmin komissiyaların tərtib etdikləri yekun sənədlərlə tanış olma haqqı vardır və sizdən tələb olunur ki, bu iki şəxsi istintaqa təhvil verəsiniz və onların layiqli cəza almalrını təmin edəsiniz. Bu sizin borcunuzdur və təxirə salınmadan həyata keçirilməlidir…

Xalq “ŞOU” ilə  reallığı  bir-birindən  ayırmağı bacarmalıdır.  Bu baş  verilməyəcəksə,  onda  vay  halımıza. Faciələr   təkrarlanacaq, şivən  qopan  ailələrin   sayı  artmaqla  davam  edəcəkdir…

Gəlin,   bu qanlı  hadisəni  ümumxalq   faciəsi  kimi  qəbul edək,   dərin  hüzn  kimi  yaşayaq və qisasa  köklənək. Dondarlılar    hərəkətə keçsin,  bağışlanması mümkün  olmayan  cinayətin  icraçısını   və  havadarlarını  xalqın  mühakiməsinə  təqdim  etsinlər…

Hesab  edirəm ki, kənd  könüllü  şəkildə   bunu  etməyəcəksə,  onun  özü lənətlənmiş  ərazi  elan edilməli, kəndlə  bütün  gediş-gəliş dayandırılmalıdır. Eyni zamanda  rabitə  belə  kəsilməlidir. Donqarlardakı  qanlı  olayı  mən  Xoşqədəmdən   tamamilə  fərqli şəkildə  dəyərləndirirəm. Hesab edirəm ki,   bu faciə  ümumiyyətlə  “ŞOU” mövzusu  deyildir.

 Ölkədə  insan hüquq  və  azadlıqlarının  təmin  edilməsinə,  onların  asayişinin  qorunmasına  cavabdehlik  daşıyan  vəzifəli  şəxslərin  istefa  haqqında  ərizə  yazmağa  kişilikləri  çatacaq. ”ŞOU”  düzələnməklə,  cəmiyyətin  başını  qatmaqla məşğul olmuş Xoşqədəmi  və  ona  şərait  yaratmış,  dəstək çıxmış “ Xəzər”  televiziyasının   fəaliyyəti layiqli  qiymətini  almalıdır. Ən azı ölkə  teleməkanında  onlara  bundan sonra rast  gəlinməyəcəkdir.

 Oxucularına  dərin  minnətdarlıq hissi  və  sayqılarla

Tahir  BABAYEV

Tel: 050-331-58-11 

25.01.2020-ci il                        

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*