“KXCP 05.05.2019-CU İLDƏ AXH ADINDAN KEÇİRİLƏCƏK MƏCLİSİ SƏLAHİYYƏTSİZ HESAB EDİR.” !!!

PAYLAŞIN

“AXH İdarə Heyətinin yığıncaqlarında, qeyri-dəqiq informasiyaların verilməsi, sənədlərin təqdim olunmaması, rayon təşkilatlarının yaranması haqqında məlumatların reallığa uyğun olmaması dəfələrlə müzakirə edilmişdir. “!!!

Azərbaycan Xalq Hərəkatında baş verənlərlə bağlı

Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin

B Ə Y A N A T I

KXCP İdarə Heyəti, Azərbaycan Xalq Hərəkatında baş verənləri müzakirə edərək bəyanat qəbul etmişdir. Bəyanatda deyilir:

“İqtidarın yürütdüyü yarıtmaz, antimilli siyasətdən bezmiş cəmiyyət, bütün bölgələrdə Azərbaycan Xalq Hərəkatını dəstəklədi. Rejimin əleyhinə mübarizə aparmaq istəyənlərin təşkilatlanması üçün KXCP rayon (şəhər) şöbələri bir başa iştirak etdilər. KXCP İdarə Heyəti, rayon (şəhər) şöbələrinin Respublika Müşavirəsi və KXCP Ali Məclisinin Sessiyasında AXH-nin təsis olunması ilə bağlı qərarlar qəbul edildi. KXCP-nin bu qərarları ilə, AXH İdarə Heyətinin bütün üzvləri məlumatlıdırlar və bütün bunlar cəmiyyətin gözü qarşısında baş verib.

AXH İdarə Heyətinin yığıncaqlarında, qeyri-dəqiq informasiyaların verilməsi, sənədlərin təqdim olunmaması, rayon təşkilatlarının yaranması haqqında məlumatların reallığa uyğun olmaması dəfələrlə müzakirə edilmişdir. Son bir ayda baş verənlərə, KXCP-nin münasibəti diqqətə alınmadı, qulaq ardına vuruldu, təklifləri eşidildi, əməl edilmədi.

KXCP, AXH adından, indiki şərtlərlə, təmsil etdiyi rayon (şəhər) şöbəsi məlum olmayan, 05 May 2019-cu ildə keçiriləcək məclisi səlahiyyətsiz hesab edir. KXCP, AXH-nin təsisçi üzvü olan bütün siyasi qurumların, rayon (şəhər) şöbələrinin iştirakı ilə məclisin keçirilməsini məqsədə uyğun sayır və bu işdə bütün səylərin birləşdirilməsini vacib hesab edir.”

Bakı şəhəri

01 may 2019-cu il

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*