KXCP BƏYAN EDİR !!!

PAYLAŞIN

KXCP Azərbarcan hakimiyyətini Konstitusiyaya və Azərbaycan respublikasının qanunlarına riayət etməyə, vətəndaşların konstitusion hüquqlarına və insanların qanuni haqlarına hörmət etməyə çağırır.

Bu gün (12.11.2019) Müsavat partiyasının Bakı Şəhəri İcra Hakimiyyəti qarşısında keçirməyə cəhd etdiyi piketə icazə verilməmiş və polis qüvvələrinin zorakI müdaxiləsi ilə piketin qarşısı alınmışdır. KXCP Azərbaycan Konstitusiyasının 49-cu bəndini və “Sərbəst Toplaşma Haqqında” Azərbaycan Respublirfsının Qanununun tələblərini xatırladaraq bəyan edir ki, Müsavat partiyasının piketinin zorakı üsullarla dağıdılmasını qətiyyətlə pisləyir və Azərbarcan hakimiyyətini Konstitusiyaya və Azərbaycan respublikasının qanunlarına riayət etməyə, vətəndaşların konstitusion hüquqlarına və insanların qanuni haqlarına hörmət etməyə çağırır.

Piketə cəhd zamanı saxlanılan və xəsarət alan vərəndaşların, olduğu bildirilir. KXCP saxlanılan vətəndaşların dərhal azad olunmasını tələb edir, xəsarət alanlara Allahdan şəfa diləyir.

Eyni zamanda hakimiyyətin bu cür addımlarının ölkədə, onsuz da gərgin olan, vəziyyəti daha da gərginləşdirdiyini, eləcə də beynəlxalq aləmdə ölkəmizin imicinin yerlə bir edilməsini diqqətə çatdırmaqla, hakimiyyətdən bu cür hərəkətlərə son qoyulmasını tələb edir.

Mətbuat xidməti

12 noyabr 2019

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*