KXCP BƏYAN EDİR: “TƏLƏB EDİRİK Kİ …”!!!!

PAYLAŞIN

“Rusiya tərəfinin Fuad Abbasovla bağlı atdığı bütün addımlar Azərbyacan dövlətinə və xalqına qarşı təhdid və təhqirdir.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Klassik Xalq Cəbhəsi Partiyası Fuad Abbasovun həbsi və isgəncələrə məruz qalması ilə bağlı bəyanat qəbul etmişdir. Bəyanatda deyilir :

“ Fuad Abbasovun həbsi, isgəncələrə məruz qalıması, ilk baxışdan sıradan bir hadisə, yaxud prosedur kimi görünsə də, məsələnin ciddi ictimai – siyasi pərdə arxası olduğu şübhə doğurmur. Azərbaycan hakimiyyətinin yürütdüyü və öyündüyü balanslı xarici siyasətin fiasko olduğu və iflasa uğradığı, dövlətimizin nüfuzunun zərbə altında qaldığı göz önündədir. Dövlət büdcəsi hesabına fəaliyyət göstərən Diaspora Komitəsinin dağıdıcı fəaliyyəti, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın həm vətənlə həm də, öz aralarında münasibətlərinin gərginləşməsi heç kəsə sirr deyil.

KXCP, Fuad Abbasovun son illərdə Rusiya mediasında geniş fəaliyyətini, onun Azərbaycan və Türkiyə milli maraqları uğrunda göstərdiyi çabaların vacibliyini təqdir edir. Bu fəaliyyət, ölkə daxilində və Rusiyadakı bəlli qüvvələri narahat edir. Rusiya tərəfinin Fuad Abbasovla bağlı atdığı bütün addımlar Azərbyacan dövlətinə və xalqına qarşı təhdid və təhqirdir. Azərbaycan vətəndaşına bəslənən bu terrorçu münasibətin Respublika Günü ərəfəsində baş verməsi, erməni lobbisi və yerli ermənipərəst qüvvələrin birgə düşüncəsinin məhsulu kimi, departasiya üçün 28 Mayın seçilməsi də təsdadüfi deyil.

KXCP, Azərbaycan hakimiyyətindən, müvafiq Dövlət qurumlarından öz vəzifələrini yerinə yetirməyi tələb edir. KXCP, ölkədən kənarda göstərdiyi fəaliyyətlərin və sərgilədiyi siyasi mövqelərin kiminsə xoşuna gəlib – gəlməməsindən, aslılı olmayaraq, öz vətəndaşına sahib durmağı, onu düşdüyü durumdan xilas etmək üçün uyğun addımlar atmağı və cəmiyyəti məlumatlandırmağı Azərbaycan hakimiyyətindən bir daha tələb edir.

KXCP, Fuad Abbassovun azad olunmasını tələb edir!”

24 May 2019-cu il. Bakı şəhəri

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*