“KXCP CİNAYƏTKAR ƏMƏL TÖRƏDƏNLƏRİN DƏRHAL CƏZALANDIRILMASINI TƏLƏB EDİR”!!!!!!

PAYLAŞIN

“KXCP, bir daha bütün müstəqil, bitərəf və siyasi partiyalardan olan namizədlərə müraciət edərək, seçki hüququnun və Seçki Məcəlləsinin  pozulmasına qarşı birgə mübarizə aparmağı, namizədlərin və siyasi partiyaların  vahid mövqedən birlikdə çıxış etməsini təklif edir.”!!!

KXCP HAKİMİYYƏTDƏN TƏLƏB EDİR,

BÜTÜN NAMİZƏDLƏRƏ VƏ SİYASİ PARTİYALARA KXCP-DƏN TƏKLİF  

17 fevral 2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, 09 fevral 2020-ci ildə keçirilən növbədənkənar Parlament seçkilərində iştirak etmiş namizədlərin  seçki zamanı planlı şəkildə edilmiş qanun pozuntularına etiraz olaraq,  MSK-nın qarşısında düzənləmək istədikləri  mitinqə gələrkən, evlərinin qarşısından, yoldan, MSK qarşısından tutularaq  aparılan namizədlərə və Media  nümayəndələrinə qarşı qəddarlıqla törədilmiş  zorakılığı qətiyyətlə pisləyən KXCP Azərbaycan hakimiyyətindən tələb edir:

– Seçki bitmədiyinə görə, toxunulmazlıq hüququ olan namizədlərə qarşı  kobudluq, qəddarlıq, onların və Media nümayəndələrinin hüquqlarının pozulması, KİV Haqqında Qanunun polislər tərəfindən heçə sayılması, öz hüqquqlarını qorumaq uğrunda mübarizə aparan  vətəndaşların 100 kilometrlərlə  uzağa aparılması, kimsəsiz çöllərdə maşınlardan düşürülərək həyatlarına təhlükə yaradılması, polis azğınlığının və Azərbaycan siyasi hakimiyyətinin öz vətəndaşlarına qarşı feodal münasibətinin göstəricisidir.

KXCP, bu cinayətkar əməli törədənlərin dərhal cazalandırılnasını tələb edir.

KXCP, bir daha bütün müstəqil, bitərəf və siyasi partiyalardan olan namizədlərə müraciət edərək, seçki hüququnun və Seçki Məcəlləsinin  pozulmasına qarşı birgə mübarizə aparmağı, namizədlərin və siyasi partiyaların  vahid mövqedən birlikdə çıxış etməsini təklif edir.

KXCP İdarə Heyətinin yığıncağında, Xocalı Soyqırımının Anım günündə – 26 fevral 2020-ci ildə  saat 14:00-da,  “Ana Fəryadı” Abidəsini ziyarət etmək haqqında qərar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, Münhen konfransında İlham Əliyevin Paşinyana verdiyi cavabların müsbət, lakin  tam dolğun  olmadığı müzakirə edilmişdir. Daha dolğun və tutarlı cavablar vermək olardı. Ayaz Mütəllibovun dediklərinin  (və ya demədiklərinin) bumeranqa dönərək,  Azərbaycan təmsilçisinin başına dəydiyi kimi, Ilham Əliyevin  Soçidə, Aşqabadda, Bakıda və Sumqayıtda Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti haqqında tarixi həqiqətləri  təhrif edərək, uzun-uzadı  söylədiyi təhqiramiz çıxışlar da,  bir gün Azərbaycanın əleyhinə istifadə ediləcəkdir.Bu Konfransın nəticəsi olaraq, Azərbaycan Dövlət Başçısının yardımçılarının daha çox, elmi, hüquqi yardımlara ehtiyacı olduğu göründü.

17 fevral   2020-ci il.

——————————————————————————————————

Zəruri qeyd:

KXCP-nin bu informasiyasının dərci, saytımızın 3 gün müddətində işləməməsi ucbatından gecikib. Bizdən asılı olmayan səbəb olsa da, KXCP rəhbərliyindən və oxuculardan üzr istəyirik … 

“ps-nota.com”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*