KXCP ETİRAZ BƏYAYATI YAYDI !!!

PAYLAŞIN

“Güc strukturlarının bu cür əməliyyatları dövlətimizin və ölkəmizin nüfuzuna ciddi zərbələr vurmaqla yanaşı, tərəqqipərvər bəşəriyyətin Azərbaycana münasibətinin daha da sərtləşməsinə şərait yaradır.”!!!

Klassik Xalq Cəbhəsi Partiyası MSK qarşısında etiraz aksiyasının xüsusi amansıqlıqla dağıdılması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“KXCP, MSK qarşısında 11 fevral 2020-ci ildə, növbədən kənar parlament seçkilərinin total şəkildə saxtalaşdırılmasına görə keçirilən aksiya iştirakçılarına, həmçinin, toxunulmazlıq statusu olan namizədlərə və media mənsublarına qarşı hakimiyyət orqanları və güc strukturları tərəfindən törədilən zorakılığI və hüquq-mühafizə orqanlarının qeyri-adekvat güc tətbiqinni, o cümlədən də, əməliyyat zamanı mülki geyimli şəxslərdən istifadə edilməsini şiddətlə qınayır.

Dövlət rəhbərliyini vətəndaşlara, toxunulmazlıq ststusuna sahib olan deputatlığa namizədlərə, hətta bir neçə namizədin saxlanılaraq polis idarəsinə aparılmasına etiraz edir, o cümlədən də, aksiyanı işıqlandıran media mənsublarına qarşı xüsusi amansızlıqla həyata keçirilən güc tətbiqindən çəkinməyə çağırırıq.

Dövlət və hokumət orqanlarının, Azərbaycan vətəndaşlarının haqlı tələblərinə diqqətlə yanaşmağa mükəlləf olduğunu bildirir, bir daha bəyan edirik ki, güc strukturlarının bu cür əməliyyatları istər ölkə ictimaiyyətinin, istərsə də, beynəlxalq qurumların gözü qarşısında dövlətimizin və ölkəmizin nüfuzuna ciddi zərbələr vurmaqla yanaşı, tərəqqipərvər bəşəriyyətin Azərbaycana münasibətinin daha da sərtləşməsinə şərait yaradır.”

12 fevral 2020-ci il

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*