KXCP: “SEÇKİNİN NƏTİCƏLƏRİ LƏĞV OLUNSUN!”!!!

PAYLAŞIN

“YENİ PARLAMENT SEÇKİLƏRİNİN

KEÇİRİLMƏSİNİ TƏLƏB EDİRİK!”!!!

KXCP Azərbaycan Xalqını anti-milli, anti-demokratik   seçkilərin  nəticələrinin ləğv edilməsi üçün  birgə mübarizəyə çağırır.

10 fevral 2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, 09 fevral 2020-ci ildə keçirilən növbədənkənar Parlament seçkilərinin nəticələri müzakirə edilmişdir. 

KXCP 09 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar Parlament seçkilərinin nəticələri haqqında Bəyanat qəbul etmişdir. Bəyanatda deyilir:  

“ …09 fevral  2020-ci il növbədənkənar Parlament seçkiləri  xalq tərəfindən boykot edilmişdir. Azərbaycan Hakimiyyətinin 1993-cü ildən etibarən  keçirdiyi saxta seçkilərin sonuncusu  qeyri–adiliyi ilə  tarixə  çevrildi. Özünün yararsız olduğu haqqda qərar qəbul edib, buraxılmış  Milli Məclis üzvlərinin  80 nəfərindən çoxu  yeni – növbədənkənar Parlament seçkisinin  “qalibi” elan edildi. Buraxılmış Parlamentin üzvlərinin əksəriyyəti seçicilərlə görüş zamanı  öz layiqli qiymətini alaraq, rayonlardan  qovulmuşdur. Bütün baş verənlər dünyanın gözü qarşısında olmuşdur.

Növbədənkənar Parlament Seçkilərinin nəticələrini qiymətləndirən KXCP, 09 fevral 2020-ci ildə formalaşan Parlamenti qeyri-legitim sayır, total saxtalaşdırılmış seçkinin nəticələrini tanımır, bütün siyasi partiyalarla, müstəqil namizədlərlə seçkinin nəticələrini  birgə müzakirə etməyi  və Azərbaycan Xalqını  anti–milli,  qeyri-legitim  Milli Məclisə qarşı mübarizədə birliyə çağırır.

KXCP  seçkinin nəticələrinin ləğv olunmasını, yeni Parlament  seçkilərinin keçirilməsini tələb edir.

  10 fevral   2020-ci il

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*