KXCP TC SİLAHLI QÜVVƏLƏRİNİN “BARIŞ PINARI” HƏRƏKATINA DƏSTƏYİNİ BƏYAN ETDİ !!!

PAYLAŞIN

18 oktyabr 2019-cu il saat 12.00-da KXCP Ali Məclisinin növbəti (Bayram) Sessiyası keçiriləcək.

14 oktyabr 2019-cu ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında,  18 oktyabr 2019-cu il saat 11.00-da KXCP üzvləri tərəfindən, Müstəqillik günü münasibətilə Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarının ziyarət olunması haqqında qərar qəbul edilmişsdir.

Yığıncaqda həmçinin  18 oktyabr 2019-cu il saat 12.00-da KXCP Ali Məclisinin növbəti (Bayram)Sessiyasının keçirilməsi qərara alınmışdır.

İdarə heyətində, o cümlədən, KXCP Cəlilabad rayon şöbəsi konfransının nəticələri haqqında məlumatlar dinlənilmişdirvə qəbul edilmişdir.

Barış Pınarı Harekatı’nda 595 terörist etkisiz hale getirildi

Yığıncağın sonunda İdarə Heyəti, Türkiyə Cümhuriyyəti Ordusunun “Barış Pınarı” antiterror əməliyyatına  münasibət bildirərək, TC Dövlətinin bu addımını KXCP tərəfindən tam dəstəkləndiyi bəyan edildi.

Bəyanatda deyilir:

“KXCP olaraq daimi dualarımız da, özümüz də türk əsgərinin yanındayıq və bu kutsal savaşın şəhidlərinə Tanrıdan rəhmət diləyir, qəhrəman Mehmetciklərə savaşdan uğurla çıxmalarını, Türk əskərinin adına və şanına layiq qələbə qazanmalarını arzulayırıq. Azərbaycan adına istənilən dəstək və yardıma hazır olmaqla bərabər, inanırıq ki, tarixin bəlli və bəlirli dönəmlərində olduğu kimi, qəhrəman Mehmetcik bu dəfə də zamanın sınağından üzü ağ çıxacaq və Türk ruhunun qalibiyyət ənənəsinə növbəti şanlı bir səhifə yazacaq.

Tanrı Türkü və Türkiyəmizi qorusun”   

KXCP Mətbuat xidməti

14 oktyabr  2019-cu il.

———————————————————————————

P.S.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*