KXCP TÜRK DÖVLƏTLƏRİNİ VƏ BÜTÜN TÜRK DÜNYASINI UYĞURLARIN MÜDAFİƏSİNƏ ÇAĞIRDI !!!

PAYLAŞIN

Klassik Xalq Cəbhəsi partiyası, Çin hökumətindən, Uyğurlara qarşı tətbiq olunan soyqırımı, görünməmiş zülmə və amansız təqiblərə son qoymasını,  dini əqidəsinə və irqi mənsubiyyətinə görə,  insanlara qarşı artan zülmü dayandırmağı tələb edir!

Klassik Xalq Cəbhəsi Partiyası

Uyğur Türklərinə qarşı Çin hökumətinin törətdiyi soyqırıma qarşı 

B Ə Y A N A T  

yayıb. Bəyanatda deyilir:

“Çin hökuməti, utanmadan, dünyanın gözü qarşısında Uyğur Türklərini öz Vətənlərində soyqırıma, amansız təqiblərə və  zülmə məruz qoymaqla, zaman-zaman  Bəşəriyyətə qarşı görünməmiş cinayətlər törətmiş  və bu gün də həmin cinayətləri daha ağır və daha kütləvi formada törətməkdə davam edir. 

Klassik Xalq Cəbhəsi partiyası, Çin hökumətini, Uyğurlara qarşı tətbiq olunan soyqırıma, görünməmiş zülmə və amansız təqiblərə son qoyması ilə bağlı,   başda ABŞ olmaqla, 22 dövlətin imzaladığı Bəyanata əməl etməyə, dini əqidəsinə və irqi mənsubiyyətinə görə,  insanlara qarşı artan zülmü dayandırmağı tələb edir!

Klassik Xalq Cəbhəsi partiyası,  Türk dövlətlərini BMT-də, həmçinin Türk Dünyasını və tərəqqipərvər bəşəriyyəti, bütün mümkün vasitələrlə Uyğur Türklərinin haqq səsini müdafiə etməyə çağırır.”

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*