“LƏYAQƏTİNİ QORUMAYAN ADAMIN ŞƏRƏFİ OLMUR, ƏFƏNDİLƏR” !!!

PAYLAŞIN

“Bu məmləkətdə adamlar şərəfini (özü də yalançı) qorumağa çalışırlar, ləyaqətini yox!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Rustem BEHRUDİ

09 yanvar 2021

Benzinin bahalaşması ilə bağlı tarif şurasının, yaltaq dövlət məmurlarının, saxtakar deputatların, maymaq və yalaq müxalifətin verdiyi izahlara göydə quşlar, suda balıqlar belə gülər! (Halbuki, quşlar və balıqlar gülməyi bacarmır! Gülmək tək canlı olaraq insana məxsusdur)

Məcbur olub 30 il bundan əvvəl söylədiyim, “şərəf və ləyaqət”anlayışlarına bir də aydınlıq gətirmək istədim.

“Şərəf” və “ləyaqət” sözləri adətən bir yerdə işlənsələr də, tam fərqli mənaları ifadə eləyir!

Şərəf — cəmiyyətin, ətrafın adama verdiyi qiymət, ləyaqət hissi insanın özünün özünə verdiyi dəyərdir!

Ləyaqəti olmayan adam şərəfini qoruya bilməz!

Ləyaqət insanlığın mahiyyəti, şərəf görüntüdür!

Bu məmləkətdə adamlar şərəflərini (özü də yalançı) qorumağa çalışırlar, ləyaqətlərini yox!

Ləyaqətini qorumayan adamın şərəfi olmur, əfəndilər!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*