MƏDƏNİYYƏTSİZLİK !!!

PAYLAŞIN

“CƏHƏNNƏMƏ XOŞ GƏLMİSİNİZ ” !!!

Fazil M.
“Verdiyim pulu halal etmədən Avtovağzalı tərk etdim.”

                                                                                    Fazil MUSTAFA

Bu  Avtovağzalın nə beynələ, nə beyinə, nə də xalqa zərrəcə faydası var

 

Səhər-səhər qonaqlarımı avtovağzaldan Naxçıvana yola salmaq üçün öz maşınımla getmişdim. Avtovağzala gedən yolun yenə də asfalt dərisini soymuşdular. Burada da bardürlər bir il keçməmiş qocalmışdı. Heç yerdə işarə yox idi ki, hansı avtobusların platforması haradadır. Avtovağzala giriş özü də müəmmalı idi. İki qapıda da “Xoş gəlmisiniz!” yazılmışdı. Az sonra buranı tərk edəndən sonra düşündüm ki, bizdə çox yerdə “Cəhənnəmə gəlmisiniz!” deyilmək istənən yerdə məsxərə ilə “Xoş gəlmisiniz!” yazırlar…

Nəhayət birindən içəri girdik və məlum oldu ki, avtobuslara tərəf getməyə icazə yoxdur. Şlqbaumun yanında duran oğlandan soruşdum ki, bəs yük ağırdır, haradan keçək, söylədi ki, nə vaxtsa burada qəza olduğuna görə müdiriyyət maşınların parka yaxınlaşmasına icazə vermir. Olsun. Sordum ki, “ağır yol çantası var, nə edək?” Bildirdi ki, ancaq birinci mərtəbədən daxil olub, 3-cü mərtəbəyə pilləkənlə qalxırlar, oradan da bir az gedib avtobusa çatırlar. O cür də qadın-uşaq yola salmalı oldum.

Avtovağal-1
“Avtovağzala göz gəzdirdim, inanın ki, bu qədər çirkab, üfunət çox az yerdə görərsiniz.”
Avtovağzal
Təklif edəcəyəm ki, heç olmazsa, bu Avtovağzalın adından qarşısından “Beynəlxalq” sözünü çıxarsınlar.

Avtovağzala göz gəzdirdim, inanın ki, bu qədər çirkab, üfunət çox az yerdə görərsiniz. Asfalt kələ-kötür, 3-4 ay öncə, bir il öncə gördüyüm təmir hələ də davam edir. Ən əsası isə dəyişməyən bir şey var: 1 dəqiqəyə daxil olub tərk etdiyin avtovağzalda “M.TRANS” MMC adlı qurum üçün yığılan 1 manat haqq öz yerindədir. Demək heç bir xidmət göstərmədən pul yığmaq, vətəndaşı soymaq ənənəsinə ancaq bizdə rast gəlmək olar. Verdiyim pulu halal etmədən Avtovağzalı tərk etdim. Təklif edəcəyəm ki, heç olmazsa, bu Avtovağzalın adından qarşısından “Beynəlxalq” sözünü çıxarsınlar. Belə “xidmət” göstərilən Avtovağzalın nə beynələ, nə beyinə, nə də xalqa zərrəcə faydası yoxdur.

1 Comment

  1. Yaxshi teklifdir. Beynelxalq sözünü heyder aliyev adina saxta vokzal adlandirsinlar.

Leave a Reply

Your email address will not be published.


*