“MƏKTƏB İŞĞALDA … DÜNNƏN LENİNİ ÖYRƏDİRDİ, BU GÜN DƏ LENİNİN TÖRƏMƏLƏRİNİ”!!!

PAYLAŞIN

“… lakin… öz tarixini bilməyəni qınayıram… çox qınayıram…” !!!

Bu da… Fatmanisə… Gah məhkəmədə… gah mətbuatda…

Bildiyiniz kimi Cümhuriyyət qadına seçki hüququ verdi. Lakin Azərbaycan qadını seçki hüququnu rəsmən əldə etmədən öncə də seçkilərdə iştirak etməkdə idi. 
Qadınlar 1917-ci ildən etibarən bələdiyyə və digər yerli seçkilərdə iştirak edirdilər. Dövrün qadın liderləri, o cümlədən Şəfiqə Əfəndiyeva Bakı Milli Komitəsi tərəfindən yerlərə ezam edilir, qadınlara seçki təlimləri keçir, qadınların seçkidə iştirakına rəhbərlik edirdi.

Qadın inkişaf tarixindən maraqlı bir fakt:

1917-ci ildə ərzaq komitəsinə seçkilər keçirilir.  Fatmanisə Məlikova adlı bir qadın Şəfiqə xanımın fəaliyyətindən narazı qalır və onu məhkəməyə verməklə hədələyir. Fatmanisə xanımın ittihamlarına cavab olaraq, Şəfiqə xanım “Açıq söz” qəzetində “Fatmanisa xanıma cavab” adlı məqalə nəşr etdirir.  Şəfiqə xanım həmin məqalədə Fatmanisə xanımın ittihamlarının əsassız olduğunu izah edir, problemin qadınların səs vermə qaydaları ilə bağlı təcrübəsizliyi və bu təcrübəsizliyin doğurduğu bəzi yanlışlar olduğunu izah edir.

Həm Fatmanisə xanımın məhkəmə hədəsi, həm Şəfiqə xanımın qəzet vasitəsi ilə cavabı Azərbaycan qadınının 100 il öncə olan mədəni-siyasi səviyyəsini isbat edir.
Bu dəlil 2 diqqətəlayiq mənzərəni aşkar edir.

1. Cümhuriyyətin qadınımıza verdiyi seçki hüququ göydəndüşmə deyildi. Gerçəkliyi,  qadın gücünü, ictimai istəyi dəyərləndirən milli intellektin məhsulu idi.

2. Azərbaycan qadını 100 il əvvəlki  səviyyəsini layiqincə irəlilədə bilməyibsə, 21-ci yüz ildə haqq etdiyi vizionu göstərə bilməyibsə… bunun səbəbini rus işğalında, insan haqqlarının, qadın hüquqlarının işğalçı tərəfindən tar-mar edilməsində, milli müstəqilliyin boğulmasında, 3000-dən çox təhsilli qadının sürgün edilməsində, güllələnməsində, dözülməz şəraitlərdə həlak olmasında… beyni mənfur sovet ideolijisi ilə formatlanmış “yeni sovet qadını” yetişdirilməsində  və… digər işğal faktlarında axtarmaq lazımdır… 

Qeyd:

Bəziləri bəlli məna daşıyan “Fatmanisə”, “Tükəzban” ifadələrini işlətməyi xoşlayırlar…
Bilirsiniz niyə?

Çünkü Fatmanisə Məlikovaları, Şəfiqə Əfəndiyevaları… tanımırlar… yəni öz tarixlərini bilmirlər… 
Əslində qınamıram… məktəb öyrətməli idi… məktəb də işğal altında… dünən Lenini öyrədirdi, bu gün Leninin törəmələrini öyrədir… amma özünü intellektual sayan, oxuyan, yazan… hətta söz icad edən… lakin… öz tarixini bilməyəni qınayıram… çox qınayıram…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*