
“DÖVLƏT TƏCRÜBƏMİZ YOXDU” DEYƏN MÜXALİFLƏR ÜÇÜN KURSLAR AÇILDI !!!
Fb-NİN GÜNDƏMİNDƏN
Təbriklər, yeni kurslarımız xeyirli olsun!
“Dövlətçilik məktəbi” təcrübəli sabiq dövlət xadimləri ilə danışıq əldə edib və aşağıdakı kurslar üzrə tələbə qəbulu elan edir:
Eldar Mahmudov
(sabiq MTN)
– Dövlət təhlükəsizliyinin əsasları, təhlükəli regionda kəşfiyyat və əks kəşfiyyat
Ziya Məmmədov
(sabiq NN)
– Nəqliyyat işinin təşkili
Cahangir Hacıyev
(sabiq BB İH sədri)
– Bank işi, ofşor köçürmələrin əsasları (online dərs)
Etibar Pirverdiyev
(sabiq Azerenerji rəhbəri)
– Dövlətçilikdə energetikanın dayanıqlılığı: alternativ və bərpa olunan enerji
– Elmar Vəliyev
(sabiq Gəncə İH başçısı)
– Politologiya və siyasi idarəetmə: emosional zəka və yumşaq güc
Gülər Əhmədova
(sabiq deputat)
– Demokratik seçki işinin təşkili: imkanlar və perspektivlər
Heydər Əsədov
(sabiq KTN)
– Kənd təsərrüfatı: taxılçılıqdan quzuçuluğa uzun yol
Digər dəyərli, təcrübəli sabiq dövlət xadimləri ilə danışıqlar davam edir. Kursların sonunda, 2019-cu ilin yay aylarında müvafiq dövlət qurumlarında təcrübə qazanmaq imkanı da olacaq. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatları dəyərli Artur müəllim Rəsizadə təqdim edəcək. Müxalif siyasi partiyalardan kurslara göndərilən hər 4 nəfərlik qrupa 50% endirim var.
Daha nə istəyirsiniz, dövlətçilik ətrafında sıx birləşin.
PAYLAŞ