MƏKTƏBLİLƏR ÜÇÜN MUZEY DƏRSLƏRİ TƏŞKİL EDİLSİN !!!

PAYLAŞIN

“Təhsil sistemində muzeylərin rolunun artırılması sahəsində fəaliyyəti gücləndirməyə ehtiyac vardır”

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Məktəblilər üçün muzey dərslərinin təşkili” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. Layihənin əsas məqsədi şakirdlərin sinifdə verilmiş biliklərin dərinləşdirilməsinə onlarda vətənpərvərlik keyfiyyətlərinin, idarəetmə bacarıqlarının formalaşdırılmasına istiqamət verməkdir.

Müasir elmi-texniki, pedaqoji metodik tələblərə cavab verməklə tədrisi fəallaşdıran məktəblərə ehtiyac vardır. Təhsil işinin təlim-tərbiyə prosesinin təkcə pedaqoji məzmun deyil, ciddi sosial, ictimai əxlaqi-mənəvi mahiyyəti ilə seçilməlidir. Ənənəvi metodlara nisbətən təhsildə yeni, interaktiv təlim metodlarına üstünlük verilməlidir. Muzeylərin təlim-təhsildə   elmi, mədəni və təhsil kompleks sistemində müasir rolunun təkmilləşdirilməsinə də ehtiyac vardır. Müasir dövr təlim-tərbiyə prinsipləri, metodları və vasitələri həm yeniləşdirilməsinin, həm də təkmilləşdirilməsinin aktuallığını meydana çıxartmışdır. Müasir elmi-texniki, pedaqoji metodik tələblərə cavab verməklə tədrisi fəallaşdıran məktəblərə ehtiyac vardır. Təhsil işinin, təlim-tərbiyə prosesinin təkcə pedaqoji məzmin deyil, ciddi sosial, ictimai mənəvi-əxlaqi mahiyyəti ilə seçilməlidir.

Müzeylər böyüməkdə olan gənc nəslin təlim-tərviyəsində, onların vətənpərvərlik hisslərinin inkişaf etməsində, dünyagörüşünün genişlənməsində müstəsna rol oynayır. Muzeylər,  muzey obyektlərinin sərgizi ilə yanaşı,  həm də milli-mədəni irsin saxlancı hesab edilən bir məkandır ki, onun rolu müasir təhsildə əsas istiqamətlərdən biri hesab edilir. Məkrəblərdə aparılan təlim-təhsil sistemində muzeylərlə birgə strukturlaşdırılmış və təhsil müəssisələri ilə razılaşdırılmış fəaliyyətlər demək olar ki, mövcud deyil. Müasir təlim-tərbiyə sistemi ilə muzeylərin maarifləndirini fəaliyyəti olkəmizdə elmi, mədəni və təhsil kompleksinin biri kimi müasir tələblərə uyğun deyildir.

Tatix dərsinin muzeylərdə verilməsi milli-mədəni irs nümmunələrinin qorunduğu məkanlarda əyani olaraq öyrənilməsi, qorunması, təbliği və mühafizəsi işinə gənc nəsli cəlb etmək, təhsil sistemində muzeylərin rolunun artırılması sahəsində fəaliyyəti gücləndirməyə ehtiyac vardır.

Lahiyə işi bu sahədə olan problemlərin həlledilməsinə  həsr edilmişdir.

Milli Mədəniyyətin Təbliği

İctimai Birliyinin sərdri

Jalə xanım CƏFƏROVA

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*