“MƏMLƏKƏTİN BU HALINDA NİKBİNLİYİMİZ ABIRSIZLIĞIMIZDIR”!!!

PAYLAŞIN

Rüstəm BEHRUDİ: 

“30 il bundan əvvəl söylədiyim bir fikri bir də söyləyirəm:

“ƏSGƏRİ GİRDİYİ TORPAQDAN ANCAQ ƏSGƏR ÇIXARA BİLƏR””!!!

Fb-NİN GÜNDƏMİNDƏN

NİKBİNLİYİMİZ ARSIZLIĞIMIZDIR

 

Hərdən səhifəmdə şeirlər paylaşıram.

Dostlarım məni bədbinlikdə günahlandırırlar.

“Halım məmləkətin halı” – deyən bir şairin, xalqın və ölkənin uçrum qarşısında dayandığı, torpaqlarının düşmən əlində olduğu,milli dəyərlərinin təhqir olunduğu, müstəqilliyimizin təhlükədə olduğu bir zamanda, mədhiyyə, toy-bayram şeirləri yazması arsızlıqdan başqa bir şey deyil!

Məmləkətin bu halında nikbinliyimiz arsızlığımızdır!

Bunun başqa adı yox!

30 il bundan əvvəl söylədiyim bir fikri bir də söyləyirəm:

“ƏSGƏRİ GİRDİYİ TORPAQDAN ANCAQ ƏSGƏR ÇIXARA BİLƏR”

—————————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

TANRIM, BU GÜN YERDƏ QALAN,
BU QAN BİZİ ÖLDÜRƏCƏK

Zalım dostlar, zalım qardaşlar, görürsünüzmü?!

Qan sellənir, qan… yenə qan,
Qan içində üzür Turan…
Tanrım,bu gün yerdə qalan,
Bu qan bizi öldürəcək!

Bu gün şəhid düşən əsgər tabutlarına üz tutub bağırmaq istəyirəm!
30 illik atəşkəs daha böyük atəşlərə düşməyimizdi bizim!
Bunu anlamaq üçün hər gün yeni-yeni şəhidlər verməyimiz gərəkmiş sən demə.
Biz savaşı uduzmuşuq, müharibəni yox! Müharibə davam eləyir hələ!
Əsgəri girdiyi torpaqdan əsgər çıxara bilər ancaq!
Bunu anlamayan sərkərdə sərkərdə deyil!

Bu şəhidlər son şəhidlərimiz olsun gərək!
Şəhid evlərinə düşən atəş bizim ürəyimizə düşmədikcə xalq xalq, vətən vətən deyil!
Alçaldılmış, təhqir olunmuş bir xalqdan 100000 minlik ordu çıxarıb üstündəki namus ləkəsini silə bilməyən millət millət deyil !!!

Mən səni deyirəm, səni, ehey, sən-
Mil ildir ruhumu oxşayıb mənim
Ölməyə qoymayan qeyrətsən, nəsən?!
Daralıb ömür-gün, vədə, vaxt daha,
Səni çağırıram,səsimə hay ver,
Səni çağırıram, oyan, qalx daha!
Haqqın yoxdu məni eşitməməyə,
Çünkü, mən yurd adlı imanda,dində,
Bir ağzı tövbəli, dili dualı,
Şaman nəvəsiyəm bu yurd yerində!

Tanrım, bu gün yerdə qalan bu qan bizi öldürəcək!

 

 

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*