“MƏN ADINA İNSAN QANI TÖKÜLƏCƏK İDEAL TANIMIRAM”!!!

PAYLAŞIN

 

Müəllifdən:

Serdar2

İlbəil qətl günündə və ad günlərində yada salınan Elmar Hüseynovun xatirəsi anılır, adı müxtəlif səviyyələrdə hallandırılır, və hamı da bu günlərdə xüsusi canıyananlıq göstərməklə özünə bu adın kölgəsi altında yer eləməyə çalışır. Amma Elmarın tökülən və batırılan qanı barəsində çox az adamların səsi eşidilir, bir çoxları isə, ümumiyyətlə bu haqda danışmağı lazım belə bilmillər. Ötən bu illər ərzidə çox ideyalar  gəlib- gedib və çox ieallar təzələnib.  Təxminən elə bir o qədər də həmim ideyalara xidmət edən , o idealları cəmiyyətə yedirtmək istəyənlər olublar. Onlardan da indi meydanda qalan-qalmayanlar çoxdu, hətta dəfələrlə barrikadaların o tərəf, bu tərəfinə səkməklə, ideya və idealları ilə birgə var-gəl edənlərin də sayı kifayət qədərdi. Yerində sayan isə, təkcə bu qanlı terrorun istintaqı və bu istintaqı fparmaqla mükəlləf olan hüquq mühafizə orqanlarıdı. Oysa bu qədər zaman kəsiyində artıq istintaq da bitməli, qatillər də, sifarişçilər də tapılaraq cəmiyyətə təqdim olunmalıydı. Bu həm də ona görə vacib idi ki, hər təzə ideya ilə silahlananlar, hər dəfə yeni ideallarla cəmiyyəti tovlamağa girişənlər, yollarında hər hansı şəkildə maneəyə çevrilə biləcək insanların qanını tökməyə cəsarət edə bilməsinlər! Cəfər Cabbarlıdandı səhv eləmirəmsə, belə bir sitat yadımda qalıb:

 “MƏN ADINA İNSAN QANI TÖKÜLƏCƏK İDEAL TANIMIRAM”!!!

Bu günlərdə yenidən Elmarın anım günü ərəfəsindəyik və belə bir zamanda, onun qətlindən bir il sonra, isti izlərlə, aprel ayında mətbuatda dərc etdirdiyim yazını nöqtəsinə, vergülünə toxunmadan yenidən ictimai rəyin diqqətinə təqdim etmək ehtiyacı duydum. Ki, yaddaşlar bir az təzələnsin və bəzi ideya nökərləri və ideal düşgünləri özlərinə gəlsinlər.

 

Sərdar ƏLİBƏYLİ

 

“MƏN ADINA İNSAN QANI TÖKÜLƏCƏK İDEAL TANIMIRAM”!!!

YAXUD, ELMAR NİYƏ  ÖL(DÜRÜL)DÜ?!!

Giriş əvəzi:

Elmar-1

Yenə Elmar Hüseynovun ölümü ilə bağlı məsələ mətbuatın gündəminə gətirilir. Amma bu barədə ıstər yeni , istərsə də anonim imzalarla dərc olunan yazılar bütünlüklə yeni fakt və versiyalardan çox uzaqdı. Əslində, artıq dəfələrlə yazılmış məqalələrdən seçmələr şəklində gedən bu tip cızma-qaraların ruhundan hiss olunur ki, dəyərli həmkarlarım ya kimlərinsə si-farişini yerinə yetirir, ya da gündəmə yени sensasiya təqdim etmək xatirinə plagiatlıq edirlər. E.Hüseynovun  ölümü ilə bağlı istintaqın hələ də sona yetməməsi və işin məhkəmədə yekunlaşmaması səbəbindən kimlərisə qatil, sifarişçi və ya cani elan etmək haqqı heç kimə verilməyib. Bu səbəbdən bəzi qəzetlərin və bəzi həmkarların hakim və ya prokuror qiyafəsində çıxış etməsi, ən azı təəccüb doğuran haldı. Lakin bununla yanaşı, hesab edirəm ki, Elmarın qətli ilə bağlı qaranlıq məqamları işığa çıxarmaq üçün dövri mətbuatda kifayət qədər söhbət açılıb. Təəssüf  ki, nə iсtintaq orqanları, nə də özlərini mərhuumun vəkilləri qismində sırıyan jumalistlər, nədənsə bu məqamları vurğulamağı, onların müzakirə və tədqiqat predmeti olmasını lazım bilməyiblər. Bu da özlüyündə onun göstəricisidi ki, onlar özləri də аylardan bəri cəmiyyəti narahat edən qətl hadisəsinin sifarişçi və icraçılarının ortaya çıxmasında maraqlı deyillər…

 

Qətlin açılmasına mane olan yeganə səbəb hamının qeyri-səmimi olmasıdı

Elmar-2

Əslində baş vermiş cinayətin müəmmalarla dolu qaranlıq məqamlarına işıq sala biləcək faktların əksəriyyəti qətlin törədildiyi ilk günlərdə mətbuata sızdırılmışdı. Lakin nədənsə istintaqçılar və mətbu “prokurorlar” isti izlərlə getmək əvəzinə, tamam başqa istiqaməti seçdilər. Nəticə də ortadadır. Elmar ölüb, sifarişçi və icraçılar azadlıqdadırlar, manıpulyatorlar isə açılmamış cinayətdən istədikləri kimi yararlanırlar. Düşünürəm ki, bütün bu müddətdə ANS-in «Cəm»ində Elmarın ölümünün bir  illiyində keçirilmiş müzakirələrdə yeganə doğru versiyanı “gəlin heç olmasa, bu gün səmimi olaq” deməklə həmkarlarına müraciət edən Telli Pənahqızı səsləndirdi. Yəni, bu qanlı cinayətin niyə indiyədək açılmamasından  indiyədək açılmamasındаn danışarkən, hələlik ən doğru versiya kimi ortaya qoyula biləcək əsas fakt, bu cinayətlə bağlı yazan və danışan insanların qeyri-səmimi olmasıdı. Bu fikir, təkcə jumalistlərə deyil, həm də bəzi siyasətçi və dövlət məmurlarına da şamil oluna bilər. İndi elə bir vəzıyyət yaranıb ki, siyasi konyukturanın istəyinə uyğun olaraq, ən üstün səviyyəli dövlət məmurlarından tutmuş, bir çox müxalifət liderlərinə qədər, hamını və hər kəsi bu qətldə suçlayan yazılar yazılıb. Ən dəhşətlisi isə odu ki, nə ittiham olunanlar ortaya çıxıb məsələni etiraf və ya təkzib edir, nə də yazarlar faktlara söykənərək araşdırmalarında daha dərinə getmək istəyir. Amma bəzi bəyanatların izi ilə bir sıra versiya və faktların üzərində dayanmağa ehtiyac var. Ki, gec də olsa, bəzi, bilərəkdən və ya bilməyərəkdən, görməzliyə vurulmuş maraqlı məqamları oxucular da bilsinlər. Bu mənada, Elmarın həyat yoldaşı Rüşaniyyə Hüseynovanın qətldən dərhal sonra bəzi qəzetlərə verdiyi müsahibələrdə söylədiyi fikirlər daha çox diqqət çəkir.  Bu müsahibəlrdə hələ də haqqında heç kimin danışmadığı çox ilginc məqamlar var. Məsələn, xanım söyləyir ki, Elmar ölümündən təxminən iki ay öncədən, hər axşam ailəsinə öldürüləcəyi barəsində danışırmış. O, açıqca “məni öldürəcəklər, amma mənim ölümüm də bu xalqı ayıltmasa, o zaman bu millətin xilas yolu yoxdur” deyirmiş.

Haşiyə:

Əcəba, Elmar Hüseynov öldürüləcəyini qətlinə iki ay qalmış haradan bilirdi? Qeyd edim ki, Elmarı nə qədər yaxşı yazar saymışamsa, o qədər də yazdıqları ilə razılaşmamışam. Bu qanlı cinayətdən sarsılıb, onu pisləsəm də, Elmarı mətbuatımızın nə «siması», nə də “millət qəhrəmanı” saymışam. Onu Azərbaycanda azad sözün simvolu hesab edənlərlə də qətiyyən razılaşmıram. Ən yaxşı halda belə yazıları görməməzliyə vurar, ən pis hlda isə yazarı  tapıb onunla dil tapmağa çalışarlar. Amma daha killer  tutub adam öldürtmək üçün ortada mütləq ayrı səbəblər дə olmalıdı. O ki qaldı, onun iki ay öncdən öldürüləcəyi qənaətinə gəlməsinə, onda doğrudan  da bu qənaət formalaşmışdısa, ən azı lazımi orqanlara və hüquq-mühafizə qurumlarıнa müraciət edə, həyatının təhlükədə olması barədə məlumat verə bilərdi. Daha adam gəlib evdə ailəsinə və azyaşlı övladına hər gün “məni öldürəcəklər” deyə, onları da təlaşda saxlamazdı ki?! Ən azı  “Monitor”da bu düşüncələrini sətiraltı da olsa, büruzə verə və cəmiyyəti məlumatlandıra bilərdi. Amma bunların heç biri olmayıb. Yaxşı, indi çoxları iddia edir ki, az qala Elmarla ailə üzvləri qədər yaxın olublar. O zaman Elmar onlara niyə bu barədə heç nə deməyib?! Əgər deyibsə, onlar niyə əziz dostlarını ölümün pəncərəsindən qurtarmaq istəməyiblər?!

 

Bir daha Ruşaniyyə  xanımın müsahibəsi barədə…

Elmar-3

Birincisi, proseslərin sonrakı axarı sübut etdi ki, bu xanım heç də sıradan bir evdar qadın olmayıb. Elə isə, proseslərə sonradan bu qədər sürətlə və cəsarətlə qoşulan bir xanım, niyə ömür-gün yoldaşının taleyindən zamanında duyuq düşüb, onu xilas etmək naminə, ondan xəbərsiz olsa belə, heç kimə məlumat verməyib?!  Əslində, indi deyəcəyim versiya barəsində  ciddi təpkilərlə üzləşəcəyimin fərqindəyəm. Lakin ortada olan faktlara rəğmən,  az-çox  ağlı  başında olan adamlar bütün deyilənlərdən    bu qənaətə gələ bilərlər: Elmar Hüseynova qarşı hazırlanan terrordan    əvvəl o özü, yaxın dostları, hətta, bu və ya digər şəkildə, ailəsi belə     məlumatlı olub.  Bu versiyanın subyektiv fikir kimi qəbul olunmasını istəyirəm. Əgər Rüşaniyyə xanımın söylədikləri həqiqətdisə, belə çıxır ki, Elmar, sadəcə ailəsini olacaq terrora psixoloji cəhətdən hazırlamaqla məşğul olub. O ki qaldı bu hazırlıq məsələsinin iki ay öncədən başlan-masına, məsələnin bu tərəfi, hadisənin xeyli öncədən planlaşdırıldığının göstəricisidir. Görünür, əvvəl-əvvəl “Monitor”un baş redaktorunun özünün bu təhlükəli  oyuna cəlb olunması prosesi gedib. Yalnız o öz razılığını bildirəndən sonra evdəkilərin olacaqlardan kiayət qədər az sarsıntı keçirməsi üçün bu haqda evdə də danışmağa başlayıb. O tamam ayrı bir məsələdi ki, Elmarla bu danışıqları kim aparıb və onun belə təhlükəli oyuna qoşulmaq barədə razılığını kim alıb? Və niyə bu oyun üçün məhz Elmarı seçiblər? Мəsələ burasındadı ki, o dövrdə cəmiyyət jurnalistlərin bir qismini iqtidarıн, digər qismini isə müxaliətin yanında görürdü. Elmar Hüseynovun həmin vaxtdakı durumu və yazıları isə, onu hər iki cinahdan aralı kimi gös-tərirdi. Elə bu səbəbdən də terroru dəzgahlayanlar ölüm quşunu məhz Elmarın başında gördülər.

 

«Mafiya şahidlər saxlamır»

Çox ola bilsin ki, bu barədə Elmarla danışıqlar onun Fərhad və Rafiq Əliyev qardaşlaрI ilə görüşlərində aparılıb. Bəlkə rəhmətliyin belə bir oyuna qoşulmaq razılığı da məhz bu görüşlərdə alınıb. Amma bütün görünənlər dolayısı ilə onu sübut edir ki, Elmar özünə qarşı düzənlənəcək sui-qəsddən xəbərdar olub. Lakin burada bir məsələni də dəqiqləşdirməyə ehtiyac var. Yəni, bütün hallarda Elmar özünün öldürülməsi ilə çətin razılaşardı. Gö- rünür, ona sadəcə səs-küy doğuracaq terror cəhdinin olacağına və ən pis halda, bəlkə də, ayağından, ya da qolundan yaralanacağına söz veriblərmiş. Lakin son anda sifarişçilər killerə “öldür!” əmrini veriblər. Nəticədə sifarişçilər danışıqlarda əldə olunmuş razılıqlardan xeyli artığına nail olmaqla yanaşı, terrorun başlıca şahidini də aradan götürmüş olublar. Bir sözlə, Elmarın diri şahid yox, ölü cəfakeş obrazında oyunu tərk etməsi bu «Фаntоmas»lara daha çox lazım ıdi.

Görünəni odu ki, Elmarın ölümü Azərbaycanda rəngli ınqilaba start verməliydi. Və sonrakı hadısələr də, bəzi boyutları ilə bunu sübut etdi. Deməli, Elmar üçün ayrılan rol da Qanqadze və Sanayanın oynadığı roldan fərqlənməməliymiş…

 

Qətl günündə oynanan fars tamaşası

Elmar-4

Cinayətin əvvəlcədən kifayət qədər diqqətlə hazırlanmasını sübut edən daha bir fakt, həmin vaxt mətbuatda gen-bol vurğulansa da, nədənsə bunun fərqinə varan olmadı. Şəhərin mərkəzində yerləşən “Natəvan” klubundan dostları ilə sağollaşıb evinə yollanan Elmar, yaşadığı evin blokundaca öldürüldü. Ona atəşlərin saat 20:30-da açılması da həmin günlərin qəzet və telexəbərlərindən istənilən vaxt dəqiqləşdirilə bilər. Amma tətiyin çəkilməsindən cəmi 20 dəqiqə sonra, yəni saat 20:50-də, onun “Natəvan” klubunda qoyub gəldiyi dostlarının hamısı sanki sehirli bir səsin çağırışı ilə Elmarın cəsədi ətrafında hay-küy qoparırdılar, Eynulla Fətullayev isə  “Amerikanın səfiri gəlməlidir” deyə yaxasını yırtırdı. Burada diqqət çəkən əsas məqam vаxt məsələsidi. Görəsən, dostları niyə Elmarla dabanbasma onun yaşadığı evə gəlməliydilər? Özü də cəmi 20 dəqiqə ondan sonra?!  Məsələnin aydınlaşdırılmağa ehtiyacı olan əsas məqamlarından biri də budu.

Birincisi, azı, sabaha qədər sağollaşıb ayrılmış dostlar, niyə öz evlərinə yox, məhz Elmargilə tərəf gəlirdilər?!  Elmarın ən yaxın dostları kimi cəmiyyətə sırınan və onunla birgə, guya haqq mübarizəsi apardıqlarını iddia edənlər və həmin axşamın digər “dostları”, deyilənlərdən də göründüyü kimi, heç də səmimi deyillər və açmasını bildikləri kifayət qədər müəmmalı məqamlar var.

Faciə üzərində siyasi şou düzənlənir

Əli Kərimli

Bu şounun müəllifi isə AXCP sədri Əli Kərimli oldu. Görünür, onun da hadisə yerinə hamıdan tez gəlməsi, sadəcə, operativlikdən və Elmara olan xüsusi sevgidən qaynaqlanmırdı. Bu mənada, onun burada belə tezliklə peyda olması da, sadə bir təsadüfün nəticəsi deyil. Başqa sözlə,Əli bəyin də  о ахşamkı və qətldən sonrakı günlərdə yol verdiyi bəzi hərəkətləri özündə xeyli gizlinləri bu gün də saxlamaqdadı. O ki qaldı AXCP sədrinin Lalə Şövkətlə eyni vaxtda gəlişinə, görünür, burada da maraq doğuracaq məxfi planlarıн mahiyyəti gizlənir. Ən yaxşı halda, Lalə xanım o gün Əli Kərımlinin büründüyü “kamuflyaj” rolunu oynayırdı. Çünki АХCP sədrinin həmin məqamda ortaya tək çıxması xeyli şübhələrə yol aça bilərdi. Əli bəyin olay yerinə gəldiyini təsvir edən bəzi bəyanatları da var ki, açıqca onun məqsədli hərəkət etdiyinə işarə vurur. Məsələn, o bildirir ki, hadisə yerinə gəldiyi vaxt adamların cəsədə yaxın buraxilmadığını və polislərin binanın blokuna girişi qadağan etdiyıni görüb. Daha sonra AXCP sədri komanda verib və insanlar mühasirəni yararaq, əvvəl binanın blokuna, oradan da cəsədin qoyulduğu yerə keçə biliblər. Yəqin Əli Kərımli, QIRMIZI DİPLOMLU bır hüquqşunas kimi, çox yaxşı bılir ki, belə hallarda istintaq qrupundan başqa kimсəнин hadisə yerinə keçməsi qanunla qadağan olunur və bu, doğru da deyil. Lakın Əli Kərımli siyası məqsədlər namınə məsləkinə də arxa çevirməyi üstün tutub. Bəlkə də onun bu hərəkətlərinin nəticəsində cinayətin dərhal açılmasına şərait yarada biləcək izlər və əşyayi-dəlillər bilərəkdən, ya da bilməyərəkdən məhv edildi. Başqa sözlə, Əli bəy cinayətın açılmasına yox, daha da qəlizləşməsinə şərait yaratdı. Niyə?! Bəlkə də bu, artıq haqqında danışdığımız ssenarinin tərkib hissəsıydi və artıq Elmarın qanınа bulanmış sulardan boy göstərməyın vaxtıydı…

İstər qətl günündə, istərsə də dəfn mərasimində baş verənlər də terror aktının konkret məqsədlərə hesablandığını ortaya qoydu. Əvvəl cəsədin Amerika səfirinə təslim edilmə cəhdləri, ardınca, təkidlə istintaqın amerikalı detketivlərə etibar olunması barədə çağırışlar, ipin bir ucunun da okeanın o tayına uzandığının bariz göstəricisiydi. Bu tip çağırışlarda bulunanların kimliyinı söyləməyə ehtiyac olmasa da, onların bir müddət bu istəklərini həyata keçirə bilmələri, o günlərin ən sirli olayları kimi yaddaşlarda qaldı. Lakin çox tezliklə bəlli oldu ki, amerikalı detketиvlərın məqsədi cinayəti açmaqdan daha çox, siyasi sifarişlərə xidmət etməkdən ibarətdi. Artıq məsələnın tam siyasət qoxuduğunu görən amerıkalılar, ikibaşlı bəyanatlar verməklə, sivişib aradan çıxdılar. Nətıcədə isə kələfin bir az da dolaşdırılmış uclarının çözülməsi, bütün ağırlığı ilə Azərbaycan hüquq-mühafizə orqanlarının üzərinə düşdü. 

 

Dəfn olunan sirlərdən doğan yeni müəmmalar

Bütün bu olaylardan doğacağı planlaşdırılan siyasi gəlişimlərin to-şəbbüsünü ciddi cəhdlə ələ keçirməyə çalışan isə AXCP sədri Əli Kərimli oldu. Bu mənada, onun qətl günü verdiyi bəyanatın, qanlı cinayətin həyacanından doğan nəticə kimi ortaya çıxdığını düşünmək də sadəlövhlük olardı. Hər şeyin konkret plan əsasında getdiyini adi gözlə də görmək mümkün idi. Əli bəy birbaşa kütləvi itaətsizliyə və üsyana çağıran inqilab sərkərdəsi kimi danışırdı. Sanki o, bir ailənin faciəsindən doğan kədəri bölüşməyə gələn müsafir yox, mitinqdə çıxış etməyə dəvət almış siyasi xadim ıdi. Amma cinayətin törəndyi ilk anlarda və hələ heç kimin nəyin, niyə baş verdiyini kəsdirə bilmədiyi halda, Əli Kərimlinin bu qədər sərt danışması, təbii ki, təsadüf yox, ssenarinin tələb etdiyi gerçəklik idi. Hələ cəsəd soyumamış “Elmarın dəfn günü bu rejimə qarşı nifrət gününə çevrilməlidir” – deyə danışan bir adam, ya bu şeyləri dəqiq bilməli, ya da sifariş yerinə yetirməliydi. Əgər doğrudan da, Əli Kərimlinin əlində belə ağır ittiham səsləndirə bilmək üçün faktlar var idisə, bəs onlar necə оldu və nıyə  sonradan   ıstintaqa  təqdim olunmadı?!.  Deməli, əsas kimi ikinci versiya qalır ki, bu da birbaşa AXCP sədrinin “narıncı inqilab”a start vermə sifarişini yerinə yetirməyindən xəbər verir. O, bu bəyanatı ilə, əslində ölkənin biriləri tərəfindən inqilaba sürükləndiyini və baş vermiş terrorun da burada, sadəcə, katalizator rolu oynadıği mesajını cəmiyyətə vermiş oldu. Bunun ardınca baş verənlər, o cümlədən də hakimiyyət səfində gedən proseslər bir daha məsəlnin kifayət qədər ciddi olduğunun göstəricisi kimi dəyərləndirilməlidi. Belə ki, Elmarın cəsədinə sahiblənmə, onun kim tərəfindən və harada basdırılması uğrunda mübarizə hakimiyyətin, AXCP sədrinin mesajına olduqca ciddi yanaşdığını ortaya qoydu. Hətta məsələyə dərhal prezident səviyyəsində münasibət bildirilməsi və Təhlükəsizlik Şura-sının toplanması da, özlüyündə, sadəcə bir jurnalistin öldürülməsi an-lamında gedən proseslərə oxşamırdı. Görünür, ortada daha ciddi və vaxtında reaksiya verilməli məsələlər var idi ki, hakimiyyət qismən də olsa, bunun öhdəsindən gələ bildi.

 

 Dəfn günü və «inqilabçılar»ın gömülən ümidləri

Eynulla

Artıq hakimiyyət gedən prosesləri kifayət qədər önləyə və Elmarın yalnız cəmiyyətin müxalif nə narazı kəsiminin təmsilçisi kimi dəfn olunmasının qarşısını ala bilmişdi. Bu mənada, cəsədin II Fəxri Xiyabanda basdırılmasına nail olan hakimiyyət demək olar ki, Əli Kərimlinin haqqında danışdığı “rejimə qarşı nifrət günü” elan edənlərin bütün planlarını alt-üst etmişdi. Elə o gün proseslərə nəzarəti itirdiyindən əsəbləşən “dostlar” və Əli Kərimli dəfnin ssenarisini pozmaqla təşəbbüsü ələ almağa çalışırdılar. Lakin qatar artıq getmişdi və istər dini ayinlərin, istərsə də adət-ənənələrin pozulması ilə müşayiət olunan sərsəmləmələr əks effekt verməyə başlamışdı. Bu mənada, Elmarın dəfn gününüн kütləvi etiraz aksiyalarının başlanğıcı gününə çevriləcəyini düşünənlər, hər şeydən məhrum olmuş duruma düşmüşdülər. Bundan sonrası isə “dostlar” və Əli Kərimli itiifaqının arasında qaçılmaz olacaq «razborkalar»lа nəticələnməliydi ki, belə də oldu. Tezliklə, “inqilab fədailəri” əvvəl bir ağızdan Elmarın ölümündə hakimiyyəti ittiham etsələr də, sonradan bir-birini terror və cinayətdə suçlamağa başladılar. Görünür, inqilabın olmayacağını hiss edən müttəfiqlər, artıq Elmar Hüseynovun qətli ətrafında açıq bazar prinisipləriylə alverə getməkdən başqa çarələrinin olmadığını görərək, özlərini və əllərindəki “kozırları” bazara çıxardılar:

 

Ay alan, kompramat satıram

Elmarın dəfinindən cəmi bir neçə gün keçmiş sabiq müttəfiqlərlə «dostlar»ın açıq düşmənçilik mövqelərinə keçdiyi ortaya çıxdı. Artıq müttəfiqlərin barrikadanın əks tərəflərində yer aldığı aydınca hiss olunurdu. Bu mənada, qarşı tərəfə ilk ätəşi Eynulla Fətullayev tuşladı. O, Amerika səfiri ilə görüşdə Elmarın sonuncu görüşdüyü dövlət məmurlarının adlarını açıqladı. Bu açıqlamanın mətbuat üçün nəzərdə tutulmadığını söyləsələr də, həmin görüşün iştirakçısı olmuş Rauf Arifoğlu ad çəkmədən xəbəri öz qəzetinin manşetinə çıxardı. Ertəsi gün isə «Yeni Müsavaт»ın növbəti sayının qonağı qismində müsahibə verən Eynulla Fətullayev, haqqında söhbət gedən məmurun iqtisadi inkişaf naziri Fərhad Əliyev olduğunu bildirdi. Əsl mərəkə də Eynullanın bu açıqlamasından sonra qopdu.

 

Haşiyə:

Rauf Ar.

Eynulla Fətullayev sonralar bu açıqlamasını məhz Rauf Ari-foğlunun məsləhəti və təkidilə verdiyini söyləyəcəkdi. Bununla da, o dövr üçün olduqca ciddi önəm və əhəmiyyət daşıyan bu informasiyanыn cəmiyyətin müzakirəsinə təqdim edilməsində Rauf Arifoğlunun da maraqlı olduğunu ictimai rəyə çatdıran Fətullayev, bəlkə də bildiyi daha ciddi şeylərin olduğunu söyləmiş və bəzi «dostlar»ına bu yolla xəbərdarlıq etmişdi. Sadəcə, bu xəbərdarlığın mahiyyəti barəsində xeyli versiyalar söyləmək olar ki, bu da tamam ayrı bir söhbətin mövzusudu.

Elmarın Fərhad və Rafiq Əliyevlərlə görüşləi barəsində yayılan məlumatlar gözlənilmədən barrikadanın Əli Kərimli tərəfindən cavab atəşləri ilə qarşılandı. Onun nəzarətində olan bütün qəzetlər xorla Eynulla Fətullayevin Elmarın qətlində birbaşa iştirakçı olduğu barəsində, eləcə də Eynullanın şəxsi həyatına aid xeyli kompramatlar dərc etdilər. Beləcə  «mehriban düşmənlər»in soyuq savaşı artıq açıq müstəviyə keçməklə, qaynar savaş həddinə gəldi. Yalnız bundan sonra ictimai rəydə də müəmmalı qətlin sifarişçi və icraçıları barəsində düşüncələrə yeni çalarlar əlavə olunmaqla hər şey bir az da qəlizləşdi. Normalda Əli Kərimli, istər müxalifət lideri, is-tərsə də qətl günündən başlayaraq, verilmiş çox ciddi bəyanatların müəllifi kimi Eynulla Fətullayevin bu açıqlamasından istifadə edərək hakimiyyətin üzərinə bir az da yeriməliydi.  Axı, onun özü başından bəri bu ölümün sifarişçisinin hakimiyyətdə təmsil olunanlardan olduğunu iddia edirdi. Bu mənada, Fərhad Əliyevin dolayısıyla suçlanması, Əli Kərimlinin də ciddi mənada karına gəlməli və onun dediklərinin, dolayısıyla da olsa, sübutu kimi gündəmə çıxarılmalıydı. Amma nədənsə AXCP sədri bu dəfə, o dövrün ən aparıcı iqtidar təmsilçilərindən birinin müdafiəsinə qalxdı. Niyə?!! Əli Kərimli cinahının Eynullaya yönəlik ittihamlarının ard-arda gələrək yüksələn xətlə davam etməsi, özlüyündə bu sualın cavabını da verməliydi. Sadəcə, bu sualı onlara verən kimsə tapılmadı. Bu ittihamlar, bir tərəfdən Fərhad Əliyevin müdafiəsinə yönəlsə də, o biri tərəfdən ictimai rəyin sabiq müttəfiqlərin xeyrinə dəyişmədiyini ortaya qoydu. Artıq cəmiyyətdə Elmarın qətlindən bəri hay-haray salaraq yaxalarını cıranların heç də süddən yenicə çıxmış ağ qaşıq olmadıqları barədə qənaətlər hasil olmağa başladı. Lakin birdən-birə çox gözlənilməz və anlaşılması çətin olan olaylar ortaya çıxdı. AXCP sədrinin qəzetləri bir-birin ardınca Eynulladan üzr istəyərək, yenidən qətlin arxasında hakimiyyət təmsiлçisinin dayandığını sübut etməyə çalışdılar. Bu da bütünlükdə, bu düşərgənin artıq çaş-baş düşdüyünü və özləri də bilmədən cəmiyyətin gözü qarşısında qeyri-ciddi duruma gəldiklərini bütün çılpaqlığı ilə ortaya çıxardı. Görünür, onlar artıq əvvəlcədən hazırlanmış ssenariyə əməl etməkdən daha çox, əllərində olan məlumatları bacardıqca baha sata bilmək üçün yarışa girmişdilər. Sanki söhbət ölkəni silkələmiş qanlı terrordan və bir insanın, bir ailənin, bir nəslin faciəsindən deyil, ölü toyuqların hərif müştərilərə sırınmasından gedirdi. Bir tərəfdən hakimiyyəti qətlin sifarişçisi olmaqda, istintaqın da bu səbəbdən yubadılmasında ittiham edən “dostlar”, o biri tərəfdən də özlərini ittiham etməkdə davam edirdilər. O da ayrı bir məsələdi ki, istinqatın gedişinə kifayət qədər yardımçı ola biləcək bu qədər faktlar nədən rəsmi orqanlar tərəfindən görməməzliyə vurulurdu. Məsələn, Əli Kərimlinin iqtisadi inkişaf nazirinin və “Azpetrol” prezidentinin adlarının açıqlanmasından niyə bu qədər əndişələndiyi sualına yerində cavab tapmaqla çox məqamlara aydınlıq gətirmək olardı. Ən azından, sonrakı baş vermiş olaylar AXCP sədri və bəzi müxalif qüvvlərlə Əliyev qardaşlarının ciddi ilişgilərinin olduğunu ortaya çıxardı. Cavabı tapılmalı daha bir sual da var ki, zamanında araşdırılsaydı, çox qaranlıqlar işığa çıxar və qətlin sifarişçilərinin tapılmasına xeyli kömək edərdi. Bu sual da təxminən belə səslənir: “Eynulla Fətullayevi bu qədər ağır ittihamlara və təhqirlərə məruz qoyan Əli Kərimlinin qəzetçiləri nəyə və hansı faktlara əsaslanır, yaxud da bunu etmək göstərişlərini kimdən alırdılar?” Amma bütün bunlar baş vermədi. Bununla belə, dostlardan bəziləri bu bazarlıqdan xeyli qazanc ələ keçirə bildilər. Nəticədə GÜNDƏLİK AZЯRBAYCANIN REALNI VƏZİYYƏTİ ortaya çıxdı və bu gün də REALNI AZЯRBAYCANIN GÜNDЯLİYİNİ təyin etməkdədir. Digər dostların da alverində rentabellik şkalasının artan xətlə getdiyi göz qabağındadı. Bu oyundа  uduzan tərəf təkcə Elmarın özü oldu – yalnız özü!!!…

 

Əli  Kərimlini  Eynulladan üzr istədən səbəb nəymiş?

Bu sualın cavabını isə bir neçə ay sonra “Realnıy Azərbaycan”və “Gündəlik Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru kimi “Xural” qəzetinə müsahibəsində Eynulla Fətullayuvin özü verdi. O, “Əli Kərimliyə, haqqımda yazılan ittiham və təhqirlərdən dolayı nəzarətində olan bütün qəzetlərdə üzr istənilməli olduğunu telefonla xəbərdarlıq etdim” deyə bunları söylədi:

“Səhəri gün hamısı məndən üzr istədilər. Əks təqdirdə mən Əliyə nə edəcəyimi söyləmişdim. Təbii ki, Əlinin üzr istəməkdən savayı yolu yox idi. Çünki o da yaxşı bilirdi ki, mənim də əlimdə bu gün Azərbaycanın ən yüksək tirajlı iki qəzeti var. Mən isə bildiklərimi yazasıydım…”

İndi oğul gərəkdi ki, baş sındırıb bu tapmacanın cavabını versin. Doğrudan da, görəsən Eynulla Əli Kərimliyə nə barədə xəbərdarlıq etmişdi? Hər nədisə ciddi məsələdi. Çünkı bu ölkənin prezidenti olmaq iddiası ilə yatıb-duran bir siyasi xadimə, sıradan bir qəzetçi hansı xəbərdarlığı etməliydi ki, dərhal ondan üzr istənilsin?! Bəlkə bu xəbərdarlıq baş vermiş qanlı terrorun pərdə arxası məqamları və Əli Kərimli- Fərhad Əliyev ilişgiləri barəsində olub. Ən azından, Əli Kərimlidən mütləq soruşulmalıydı ki, niyə sənin qəzetlərin tələm-tələsik Eynulladan üzr istədilər?! Elə Eynullanın özündən də soruşmaq pis olmazdı ki, bəs sən Əli Kərimliyə nə barədə xəbərdarlıq etdin ki, səndən dərhal üzr istədilər?!  Kim bilir, bəlkə də hər iki suala verilmiş səmirni cavab aylardan bəri cəmiyyəti təlaşda saxlayan Elmar Hüseynov müəmmasının cavabını verə və bu qanlı cinayətin açılmasına birbaşa vəsilə ola bilərdi. İşin bu tərəfi артıq bizlik deyil. Çünki çoxlarından fərqli olaraq biz özümüzü nə prokuрor, nə də hakim kreslosunda oturan kimi görmürük. Bu ölkədə kifayət qədər peşəkar və öz məsləyinə bağlı prokurorlar və hakimlər var. Sadəcə bir şeyləri istəmək lazımdı, istəsələr edərlər.

 

Yazıya son söz əvəzi

Elmar-5

Bütün hallarda bir şeydən əminəm ki, Azərbaycan mətbuatı bu qanlı cinayətin açılması üçün kifayət qədər faktları ortaya çıxara bilib. Başqa sözlə, rəsmı istintaqdan fərqli olaraq mətbuat artıq bu cinayətin üstünü açıb. Sadəcə ortada olan faktları hüquqi ardıcıllıqla araşdırıb, məsələyə son nöqtəni qoymaq qalıb. Elmar peşəsi və məsləyi uğruna qətl olunan nə birinci, nə də sonuncu jurnalist deyıl. O ayrı bir məsələdi ki, sözügedən proseslərdə məsləyə xidmətdən daha çox siyasi çalarlar mövcuddu.  Amma o da həqiqətdi ki, Elmar bu siyasi oyunların içərisinə məhz jumalist olduğu üçün düşüb. Bu gün isə düşünürəm ki, artıq səmimi etirafların vaxtı çatıb. Hamı kifayət qədər səmimi olmalı və heç kəs, ən аzından vicdanı ilə alver etməməlidi. Hər şey bu qədər ortadaykən, dəvə misalı, başlarını pambığa soxanlar, arxalarının bayırda qaldığı barədə düşünməli və nəhayətində cəmiyyəti aylаrdır düşündürən bu məsələyə səmimi etiraflarla son qoymalıdılar. Bir də məncə, kimlərinsə qəzet, kimlərinsə fond, kimlərinsə QHT, kimlərinsə müxalifət patronu ola bilmək istəyi, bu tip qanlı terrorların hesabına başa gəlməməlidi. Əgər etiraflar və səmimi münasibətlər sıstemi olmayacaqsa, çoxlarımızın həyatı bahasına bu istəklərdə bulunanlar yenə də tapılacaq. Adlar isə önəmli deyil. Bir daha Elmara Allahdan rəhmət və cəmi həmkarlarımıza səmimiyyət diləkləri ilə.

 

«Ноtа bene!» qəzeti  

22-28-iyul 2008-ci il

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*