“MƏN BİLİRƏMSƏ, İLHAM NİYƏ BİLMƏSİN …” !!!

PAYLAŞIN

“Bəs, ikinci “Rűstəm” və ya “qalib Rűstəm” kim ola bilər?!”

Fb-NİN GÜNDƏMİNDƏN

İlham Əliyevin Rusiya qorxusunun səbəbi nədir?

Azərbaycan prezidenti sayılan İlham Əliyevin Rusiya prezidenti qarşısında şikayət nitqini acizlik kimi qəbul etdim. Sanki, Rusiyanın hansısa qubernatoru Putinə gileylənirdi. Guya, AXC iqtidarı zamanında műharibə veteranları aşagılanırmış…

Rəhbərlik etdiyim Culfa rayonunda műharibə veteranlarına daima diqqət və qaygı gőstərməyi vəzifə və insanlıq borcum bildim. Onların agsaqqal olduqlarını heç unutmadım. İlham Əliyevin isə 26 il sonra bu mővzuya qayıtmasını təsadűf hesab etmirəm. Dűşűnűrəm ki, bu, Putinə bir mesaj idi,  məndən kənarda őzűnűzə dost axtarmayın.

Őlkəmizdəki hakimiyyət boşlugunu, xűsusilə İqtidar komandasındakı qarşıdurmaları, bőyűk ehtimalla, Putin də bilməmiş deyil. Son aylar Putinin Azərbaycan űzrə qeyri rəsmi “kurator”u sayılan Patruşevin őlkəmizə bir neçə dəfə gőzlənilməz səfərlər etməsi də Rusiyanın narahatlıgının təzahűrű sayıla bilər. Gőrűnən odur ki, Rusiya yeni bir “Rűstəm İbrahimbəyov” hazırlamaq niyyətindədir. Bu dəfə proseslər fərqli də ola bilər. Yəni, őlkəmizdə baş qaldıran narazı qűvvələri sakitləşdirmək və regiona nəzarəti saxlamaq űçűn Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyinə dəstək verə bilər. Təbii ki, Rusiyanın mővqeyi İlham Əliyevi narahat etməyə bilməz. Dűşűnűrəm ki, Onun, Putinə şikayətlənməsinin arxasında məhz, őlkəmizdə baş verə biləcək dəyişkliklər barədə sızan məlumatlar durur. Məlumatlar əsassız deyil əlbəttə. Rusiyada yaşayan azərbaycanlılar xeyli fəallaşıb ki, bundan Putinin məlumatsız olmasını dűšűnmək diletantlıq olardı. Bir zamanlar Rusiyadan siyasi nəhəngləri almaq gűcűnə malik olan YAP iqtidarının, bu gűn onu yıxıb-sűrűyən rusiyadakı gənclərə əlçatmazlıgı bir daha təsdiq edir ki, bu dəfəki “Rűstəm” daha gűclű himayə olunur. Digər tərəfdən, nəzərə alsaq ki, İlham Əliyevin komandasında Rusiya orden-medalçıları çoxluq təşkil edir, onda vəziyyətin tam “rusca” olmasını gőrmək ůçűn linzalı eynəkdən istifadəyə lűzum yoxdur.

Bəs, ikinci “Rűstəm” və ya “qalib Rűstəm” kim ola bilər?! Geniş mővzudu… Hələlik yalnız onu deyə bilərəm ki, “Rűstəm”liyə namizədlərin bir neçəsini internet və sosial şəbəkələr üzəreindən hər gűn gőrűr və eşidirsiniz. Nə isə… Onu bilirəm ki, “bu xına, o xınadan deyil”. Mən bilirəmsə İlham niyə bilməsin və bilərək, nə űçűn şikayətlənməsin?!

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*